Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Oyun: Standart vəziyyətlər və xüsusi hadisələr

Bu bölmədə biz oyunun iki əsas aspektinə nəzər salacağıq: standart vəziyyətlərdən necə qol vurmalı və “xüsusi hadisələrdən” (və oyunda digər əlavə hadisələrdən) nə kimi fayda əldə etmək olar.

Standart Vəziyyətlər

Bəzi əsas hücumlar standart vəziyyətlərlə nəticələnir. Real futbolda olduğu kimi, əla icra edilmiş standart vəziyyət rəqib üçün bir çox problem yarada bilər. Hazırda iki növ standart vəziyyət mövcuddur: birbaşa zərbələr və sərbəst zərbələr.

Birbaşa zərbələr

Birbaşa zərbələrə 11 metrlik cərimə zərbəsi və birbaşa cərimə zərbələri aiddir. Qol vurmaq üçün standart vəziyyətləri icra edən oyunçu rəqib komandanın qapıçısını aldatmalıdır. Qapıçı qapıçılıq bacarığı ilə yanaşı cərimə zərbələri zamanı qapının toxunulmazlığını qorumaq üçün "Standart vəziyyətlər" bacarığından istifadə edir. Lakin o, cərimə zərbələrini icra edə bilməz.

Sərbəst zərbələr

Sərbəst zərbələr bütün standart vəziyyətlərin təxminən 1/3 hissəsini əhatə edir. Sərbəst zərbələrin nəticəsi komandanın səyindən asılıdır. Hücum edən tərəf üçün (lazım olduğu təqdirdə) meydanda olan bütün oyunçuların ortalama hücum bacarığı, ortalama standart vəziyyətlər bacarığı və standart vəziyyətləri icra edən oyunçunun standart vəziyyətlər bacarığı nəzərə alınır. Müdafiə olunmaq üçün isə (vaciblik dərəcəsinə görə sıralanıb) meydanda olan bütün oyunçuların ortalama müdafiə bacarığı, ortalama standart vəziyyətlər bacarığı, qapıçının isə qapıçılıq və standart vəziyyətlər bacarığı nəzərə alınır.

Xüsusi hadisələr

Əsas hücumlardan savayı, oyunda “xüsusi hadisələr” də baş verə bilər. Xüsusi hadisələr oyunçuların xüsusi qabiliyyətlərinə dayanıb, fərdı bacarıqlarına əsaslanır, bu da qabiliyyətə görə komandanın tərkibini təyin edən zaman strateji cəhətdən əhəmiyyət kəsb edir.

İki növ xüsusi hadisə mövcuddur: komanda hadisələri və individual hadisələr. Komanda hadisələri topa sahib olma faizindəm asılıdır (əgər 55% topa sahibsinizsə o zaman komanda tipli xüsusi hadisə əldə etmək şansınız 55%-dir).

İndividual xüsusi hadisə meydandakı futbolçuların xüsusiyyətlərindən asılıdır. Çoxlu sayda xüsusi bacarığı olan futbolçuya sahib olmaq özü bir avantaj olsa da tam kifayət deyil. Xüsusi hadisənin baş verməsi üçün futbolçu düzgün mövqedə çıxış etməlidir. Komandada bir balans tapmaq çox vacibdir.

Matçda baş verən hər xüsusi hadisədən sonra növbəti xüsusi hadisənin baş vermə şansı azalır.

Hava şərtləri

Oyunçuların bəzi xüsusi qabiliyyətləri havanın müəyyən şərtlərində xüsusilə faydalı olur. Bütün futbolçuların xüsusi “Hava hadisələri” baş verdikdə oyuna faydası oyunun axırına kimi dəyişir.

Texnikalı oyunçuların günəşli havada bütün bacarıqları 5% artır, yağışlı isə havada bütün bacarıqları 5% düşür.

Güclü oyunçuların günəşli havada bütün bacarıqları 5% azalır, yağışlı isə havada bütün bacarıqları 5% artır.

Cəld oyunçuların günəşli və yağışlı havada bütün bacarıqları 5% düşür.

Hava şərtləri oyunun hesabatında və oyundan sonrakı hesabatda öz əksini tapır. Həmçinin futbolçunun reytinqinə də təsir göstərir.

Qol xüsusi hadisələri

Oyunçuların xüsusi qabiliyyətləri (və digər bacarıqları) əlavə hücum imkanları yarada bilər. Aşağıda göstərilən hallara əlavə olaraq, qol vəziyyəti yaradan oyunçunun qol vurması üçün yetərli qədər hücum bacarığı olmalıdır.

Gözlənilməz tipli qapıçılar, cinah və mərkəz müdafiəçiləri öz ötürmə bacarıqlarından istifadə edərək təhlükəli uzun ötürmə edə bilərlər. Bu tip yarimmüdafiəçilər, vinqerlər və hücumçular isə öz hücum bacarıqlarından istifadə edərək topu ani olaraq ələ keçirə bilərlər. Habelə gözlənilmədən ümumilikdə bir çox qol imkanları yarada bilər. Əgər müdafiəçilərin və yarımmüdafiəçilərin müdafiə bacarığı çox aşağıdırsa, onlar səhv ötürmə edə bilərlər və bu da rəqibə qol vurmaq imkanı yarada bilər. Ötürmə bacarığı az olan vinqer və ya hücumçu isə müdafiədə xaos yarada bilər və bu da rəqibin qol vurmasına gətirib çıxara bilər.

Cəld cinah və mərkəz yarımmüdafiəçiləri, həmçinin hücumçular sürətlərindən istifadə edərək qol vəziyyəti yarada bilərlər. Belə sıçrayışın qarşısını almaq üçün rəqib müdafiə oyunçularının (mərkəz və cinah müdafiəçilərinin) “cəld” xüsusi qabiliyyəti olmalıdır. Hər bir cəld cinah və mərkəz yarımmüdafiəçiləri və hücumçulara görə əks-hücum taktikasında üstünlük əldə edirsiniz. Rəqib yenə də bu üstünlüyü cəld mərkəz yarımmüdafiəçiləri, mərkəz və cinah müdafiəçiləri, həmçinin qapıçıların hesabına azalda bilər.

Texnikalı cinah və mərkəz yarımmüdafiəçiləri, həmçinin hücumçular əgər rəqib komandanın mərkəz yarımmüdafiəçiləri, müdafəçiləri və ya qapıçısı (düzülüşdəki mövqeyi tam üzbəüz olmasa da olar) “başla oyun” qabiliyyətinə malikdirlərsə, onlara qarşı qol epizodu yarada bilərlər. Bunda başqa hər bir texnikalı mərkəz və cinah müdafiəçisi sizə normal qaçırılmış hücumdan sonra əks-hücuma çıxma şansı yaradır. Müdafiəçinin ötürmə bacarığı çox olduqca bu şans da artır.

Vinqerlər kifayət olan səviyyədə cinah bacarığına malikdirlərsə, digər vinqerin, yarımmüdafiəçinin və ya hücumçunun qol vurması üçün şərait yarada bilərlər. Və əgər həmin oyunçunun hücum bacarığı kifayət qədərdirsə qol vurmaq şansı bir o qədər çox olacaq və üstəlik əgər futbolçu başla oynamaq xüsusiyyətinə malikdirsə qol vurmaq daha asan olacaq.

Künc zərbəsi: Künc zərbəsindən qol vurmaq üçün, künc zərbəsini icra edən oyunçunun “standart vəziyyətlər” bacarığı yüksək səviyyədə olmalıdır, həmçinin komandanızım hücumda sərbəst zərbələri səviyyəsi rəqibin müdafiədə sərbəst zərbələri səviyyəsindən yüksək olmalıdır. Künc zərbələrinin iki növü var. Komandada “başla oyun” qabiliyyətinə malik olan oyunçuların sayı nə qədər çox olsa, (standart vəziyyətləri icra edən oyunçunu çıxmaq şərtilə) künc zərbəsindən qol vurmaq şansı bir o qədər çox olar, habelə rəqib komandada “başla oyun” qabiliyyətli oyunçu nə qədər az olsa, qol vurmaq bir o qədər asan olar. Əgər komandada “başla oyun” qabiliyyəti olan oyunçu yoxdursa, bu zaman komanda üçün rəqibin künc zərbələrindən müdafiə olunması çətin olacaq, eyni ilə də öz künc zərbələrinin reallaşması da çətinləşəcək. Digər tərəfdən isə qolun vurulması topu qəbul edən oyunçunun hücum bacarığından çox asılıdır. Nəzərinizdə saxlayın ki, künc zərbələri zamanı hücumda olan tərəfin sarı vərəqə qazanması ehtimalı var. Lakin futbolçunun artıq bir sarı vərəqəsi varsa bu zaman o daha diqqətli oynamağa çalışacaq və ikinci sarını almaq ehtimalı çox aşağı düşəcək.

Təcrübə: təcrübəli hücumçular öz təcrübələri hesabına qol vura bilərlər. Təcrübəsiz müdafiəçilər isə rəqib üçün qol vurmağa şərait yarada bilərlər.

Yorğunluq: Mərkəz müdafiəçiləri yorğun olduqları zaman səhv buraxa bilərlər. Rəqib komandanın ön xətt oyunçuları yorulmayıblarsa, bu vəziyyət rəqib komandaya qol vurmaq üçün şərait yarada bilər.

Oyunda digər əlavə hadisələr

Oyun vaxtı yuxarıda sadalanan hallardan əlavə başqa hadisələr də baş verə bilər. Bu hadisələrin baş verməsi yarımmüdafiənin gücündən asılı deyil, buna görə də yarımmüdafiədə güclü olmağınız bu hadisələrin baş verməsi ehtimalını artırmır.

Əks-hücumlar: Siz əks-hücum taktikasını istifadə etməsənizdə, sizin komandanın əks-hücum yaradacağı ehtimalı az da olsa var. Taktiki quruluşlardan asılı olmayan bu cür əks-hücumlar sizin komandadan yarımmüdafiədə uduzmağınızı tələb etmir (əks-hücum taktikasını istifadə etmək üçün bu xüsusiyyət olmalıdır). Daha ətraflı məlumat əldə etmək üçün Taktikalar bölümünə baxın.

Uzaqdan zərbələr: Siz uzaqdan zərbələr taktikasını istifadə etmədiyiniz təqdirdə belə, az da olsa, sizin komandanın uzaqdan zərbələr endirmə ehtimalı var. Daha ətraflı məlumat əldə etmək üçün “Oyun: Taktikalar” bölümünə baxın.

Güclü yarımmüdafiəçi, əgər müdafiəyə meyilli oynayırsa bu zaman, rəqib hücumlarının qarşısının alınmasında və topu qazanmaqda köməkçi ola bilər. Bunu etmək üçün futbolçunun kifayət qədər müdafiə bacarığı və dözümlülüyü olmalıdır.

Güclü hücumçu, hücum zamanı əldən verilən qol imkanını öz cüssəsindən istifadə edərək təkrar zərbə ilə qola çevirmək özəlliyinə məxsusdur. Bunu etmək üçün kifayət qədər yarımmüdafiə və hücum bacarığı olmalıdır. Nəzərinizdə saxlayın ki, futbolçuların fiziki gücündən istifadə edərək oynaması sarı vərəqə almalarına gətirib çıxara bilər. Əgər futbolçunun artıq bir sarı vərəqəsi varsa o daha ehtiyyatlı oynamağa çalışacaq.

İki və ya üç eyni xüsusiyyətə malik futbolçunun meydanda olması aşırı yükləmə ilə nəticələnə bilər. Bu texnikalı müdafiəyə meyilli hücumçulara, güclü normal hücumçülara və güclü müdafiəyə meyilli yarımmüdafiəçilərə aiddir. Əgər bu tip futbolçulardan heyətdə iki nəfərdirsə o zaman hər biri 4% yox əgər üç nəfərdirsə o zaman hər biri 7.5% performanslarını itirmiş olurlar.

 
Server 070