Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Təlimatlar: Əsas Qaydalar

Bir menecer kimi siz qərar verirsiz komanda necə və hansı düzülüşdə oynayacaq. Hər oyundan əvvəl siz oyunun təlimatlarını təqdim edirsiz (matçlar səhifəsindəki təlimatlar bölməsindən). Oyunun təlimatı matçın başlamağına 20 dəqiqə qalmışdan gec olmayaraq təqdim edilməlidir, lakin nəzərə alın ki, hakimin saatı sizin vaxtla düz gəlməyə bilər ona görə də əgər imkan varsa təlimatları təqdim etməyi axıra saxlamayın. Siz həmçinin oyunun təlimatını "standart təlimat" kimi təqdim edə bilərsiz (ehtiyyat tədbirlər üçün məsləhət görülür). Əgər siz müəyyən bir oyuna təlimat verməsəniz onda Hattrick həmin oyuna sizin standart təlimatı təyin edəcək. Istənilən oyunda siz təlimatları dəyişə bilərsiz.

İlkin heyət və əvəzetmələr

Siz hər matç üçün 11 nəfərlik ilkin heyəti müəyyənləşdirirsiz həmçinin, əvəzetmələri, standart zərbələrin ifaçısını və kapitanın kimliyini də müəyyənn edirsiz. Sürüşdürmə yolu ilə siz istənilən oyunçunu istənilən mövqedə yerləşdirə bilərsiz.

Əgər hər hansı oyunçunuz oyun ərzində zədələnərsə onda meydana həmin oyunçunun əvəzinə əvvəlcədən təyin olunmuş digər oyunçu daxil olur. Əgər müvafiq pozisiya üçün əvəzetməniz qalmayıbsa, o zaman əvəz ediləcək oyunçunun yerinə digər təyin olunmuş oyunçular daxil olacaq. Əgər sizin heç bir əvəzetməniz qalmayıbsa onda oyunu 10 nəfərlə davam etməli olacaqsız. Belə vəziyyətdə qapıçı zədələnərsə o zaman qapıçının yerinə meydanda olan digər oyunçulardan biri keçir. Siz həmçinin planlaşdırılmış əvəzetmələr də edə bilərsiz. Daha ətraflı məlumat əvəzetmələr bölməsində yerləşdirilib.

Texniki Məğlubiyyətlər

Unutmayın ki, liqa və ya kubok oyunlarınıza ən azı 9 oyunçu ilə başlamalısınız.

Əgər başlanğıc heyətinizdə 9-dan az oyunçu varsa, lakin heyətinizdə digər oyunçular da varsa, digər klub funksionerləri məsələyə qarışıb oyuna lazım olan sayda oyunçu cəlb edəcəklər. Bu baş verdikdə, özünüzün matç təlimatları göndərməyinizdən fərqli olaraq, komandanızın komanda ruhu, forması, komanda güvənliyi və düzülüş təcrübəsi aşağı olacaq. Müsbət cəhət isə odur ki, oyunçular bu matç üçün məşq alacaqlar.

Heyətdə matça çıxmaq üçün kifayət qədər oyunçu yoxdursa, komandanıza texniki məğlubiyyət veriləcək. Bu, həm də komandanı yuxarıda təsvir edilən şəkildə mənfi təsir edəcək və həmin matç üçün nəzərdə tutulan məşqi itirməyə səbəb olacaq.

Əgər yarış xarakterli olmayan matçlarda və ya akademiya matçlarında meydançaya 9 oyunçu çıxarmasaz, o zaman qonşuluqda olan digər oğlanlar sizin komandanızı əvəz edəcək. Yarış xarakterli matçlardan fərqli olaraq, oyunçuların məşqlərinə heç bir mənfi təsiri olmayacaq.

Komandanın düzülüşü

Siz düzülüş səhifəsində göstərilən istədiyiniz quruluşda oynaya bilərsiniz. Məşq səhifəsində də sizin oynaya biləcəyiniz quruluşlar barədə məlumat əldə edə bilərsiniz.

Unutmayın ki, mərkəz mövqedə (mərkəz müdafiəçisi, mərkəz yarımmüdafiəçisi, hücumçu) 1-dən artıq oyunçu təyin edilərsə, onlar komandanın reytinqinə tam qüvvə ilə müsbat tasir etməyəcəklər. Üç oyunçunun bu şəkildə təyini daha çox öz mənfi təsirini göstərəcək. Bunu belə izah etmək olar: hər hansı bir mövqedə 1-dən artıq oyunçu təyin edilərsə, onlar bir birlərinə arxayın olub tam gücləri ilə oynamayacaqlar.

Yani, mərkəz mövqedə tək oyunçu 100% effekt verir. Mərkəz mövqedə iki oyunçunun olması hər iki oyunçunun təsirini azaldır, üç oyunçunun istifadə edilməsi, daha çox itkiyə gətirib çıxardır (hər üç oyunçu). Bu itki oyunçuların bütün bacarıqlarına təsir edir.

Mərkəz yarımmüdafiəçilərinin effekt itkisi hücumçulardan çox olur, hücumçuların itkisi isə müdafiəçilərdən çoxdur. Daha dəqiq desək, mərkəz yarımmüdafiəçilərinin itkisi müdafiəçilərdən ikiqat daha çoxdur, hücumçularda isə bu itki təxminən ikisinin ortasındadır.

Taktika və oyuna münasibət

Təlimatlar bölməsində siz həmçinin taktikanı və oyunçuların oyuna münasibətini təyin edə bilərsiz. Müxtəlif taktikalar barədə Matç: Taktikalar bölməsində, oyuna münasibət barədə isə Psixologiya bölməsində məlumatlar yerləşdirilib.

Təqib təlimatı

Təqib taktikasının köməyi ilə siz öz futbolçularınızdan birinə rəqibin müvafiq futbolçusunu təqib edərək onu neytrallaşdırmaq tapşırığı vermiş olursunuz. Bu taktikanın da öz riskləri var. Bu taktikadan düzgün yerdə və düzgün futbolçular üzərində istifadə olunması məsləhət görülür.

Prinsip budur ki, öz futbolçularınızdan birinə rəqibin müəyyən futbolçusunu təqib etməyi tapşırırsız. Əgər həmin rəqib futbolçu meydandadırsa 5 dəqiqə sonra təqib taktikası işə düşür. Əgər hədəf təyin olunmuş rəqib futbolçu sizin futbolçunuza yaxındırsa o zaman sizin futbolçunuz komandanın ümumi oyununa 50% az töhvə verir. Yox əgər uzaqdadırsa o zaman 65%. Burada müsbət xüsusiyyət budur ki, təqib olunan futbolçunun da oyunu zəifləyir. Bu isə təqib edən futbolçudan asılıdır.

Təqib təlimatı verilmiş futbolçuya digər başqa təlimat vermək mümkün deyil. Bu o deməkdir ki, futbolçuya rəqibi təqib etmə təlimatı verilirsə bu halda öncədən verilmiş digər təlimatlar hücuma meyilli, müdafiəyə meyilli və ya cinaha meyilli oynamaq tipli digər təlimatlar avtomatik ləğv olunur.

Matç ərzində yalnız 1 təqib tapşırığı verə bilərsiniz və bu tapşırıq yalnız müdafiəçilərə və mərkəz yarımmüdafiəçilərinə verilə bilər. Hədəf isə yalnız hücumçu, vinqer və ya mərkəz yarımmüdafiəçisi ola bilər. Əgər hədəf meydanda deyilsə və ya fərqli mövqedə oynayırsa təqib qüvvədən düşür lakin, sizin futbolçunuz potensialının 10%-i itirir. Hədəf sonradan meydana daxil olarsa və ya mövqeyini yuxarıda qeyd olunmuş mövqelərdən birinə dayişərsə təqib aktivləşir.

Təqib taktikası işə düşdükdə futbolçu komandanın ümumi oyununa əvvəlki kimi xeyir vermir (məsələn: pressinq və ya əks-hücum oynayarkən). Lakin təqib taktikası işə düşməsə futbolçu artıq komandanın ümumi oyununa köklənir. Lakin bu halda performansının 10%-ni itirmiş olur.

Təqib taktikası üçün ən vacib olan müdafiə bacarığıdır. Bu zaman müdafiə bacarığı hədəf seçilən futbolçunun ən yüksək bacarığı ilə müqayisə olunur. Bu fərq taktikanın nə qədər uğurlu olmasını təyin edir. Güclü futbolçular təqib taktikasından istifadə zamanı müdafiə bacarıqlarına 10% bonus əldə edirlər. Heç bir xüsusi qabiliyyəti olmayan futbolçularda isə bu rəqəm 5%-dir. Hədəf futbolçu texnikalıdırsa bu zaman onların ən yüksək bacarığından 8% itirilir. Gözlənilməz futbolçular isə əksinə 8% qazanır. Forma, dözümlülük, təcrübə, sadiqlik və sağlamlıq həm təqibi yerinə yetirən futbolçu üçün həm də hədəf futbolçu üçün çox önəmlidir. Nəzərə alın ki, bütün bu müsbətlər və mənfilər yalnız təqib taktikasının effektinə təsir edir, ümumi matçın reytinqlərinə təsir göstərmir.

Təqib edən futbolçular Qapıçılıq və Standard bacarıqlarından başqa bütün bacarıqlarından bir qədər itirirlər. Hədəf futbolçunun isə müdafiə bacarığından başqa bütün bacarıqları qismən zəifləyir.

Fərdi tapşırıqlar

Siz meydanda olan hər oyunçuya individual göstərişlər də verə bilərsiz. Məsələn mərkəz yarımmüdafiəçisinə "müdafiəyə meyilli" oynamağı tapşıra bilərsiz. Bu o deməkdir ki, o hələ də mərkəz yarımmüdafiəçisidir, lakin müdafiəyə bir qədər çox hücuma isə əksinə bir qədər az dəstək verir. Dörd tip individual göstəriş movcuddur. Ətraflı məlumat üçün Cədvəl səhifəsinə baxa bilərsiz. Həmçinin futbolçuya rəqib futbolçularından birini təqib etmək tapşırığı da verilə bilər. Ətraflı Təqib bölməsindən baxa bilərsiniz.
 
Server 071