Biz cookie-lərdən istifadə edirik - bu bizim sizə daha yaxşı oyun təcrübə verməyimizə kömək edir.
Saytı istifadə edərkən bizim cookies-lərin sizin cihazınıda yerləşdirməyə icazə verirsiz.

Kömək »   Qaydalar »   Giriş 

Giriş

Bu Hattrick üçün bir bələdçi yazısıdır. Oyuna daha cəld gişir üçün yeni başlayanlar üçün bələdçiyə keçin.

Hattrick bir virtual futbol oyunudur, hansında ki, sizin bütün dünya üzrə olan digər virtual komandalara yarışmaq imkanınız var.

Hattrick sadə oyundu, əsas elementləri anlamaq çox asandır. Siz hətta həftədə bir və ya iki dəfə on-line olmaqla belə Hattrick-dən zövq ala bilərsiz (lakin biz sizi daha tez-tez görmək istərdik). Şərt oyunu udmaqda deyil, şərt digər iştirakçılarla yarışmaqdadır. Oyun zamanı bir çox digər istirakçılar dostlara çevrilir bu həm də Hattrick-i sosial bir oyuna çevirir.

Sizin ümumi vəzifələriniz

Siz klubun həm sahibi həm də meneceri kimi fəaliyyət göstərəcəksiz. Siz taktikanı və strategiyanı planlaşdırırsız, nəyi məşq etdirməyi və hansı oyunçuların meydana çıxacağını qərara alırsız. Siz oyunçu alıb-satırsız, stadionun genişlənməsinə pul qoyursuz və s. Yaxşı menecer olmaq üçün siz düzgün strategiya və uzunmüddətli plan qurmalısız. Uğur və şöhrət hər halda heç nədən baş vermir .

Sizin yeni komandanız

Sizə komanda verildikdə, həmin komanda Hattrick sistemində ölkənin ən zəif iki divizionundan birində olan boş yerlərdən birini tutur. Başlanğıc kimi yuxarı pillələrə qalxmaq üçün sizin bir qrup oyunçularınız var (bəziləri istedadlı olur bəziləri isə yox…), həmçinin stadion və komək üçün müəyyən miqdarda maddi vəsaitiniz də mövcuddur. Indi hər şeyi sizin peşəkarlığınız həll edəcək.

Komandanızın adı sizi bezdiribsə narahat olmayın. Komandanın adından xoşunuz gəlmədiyi təqdirdə, siz mövsümlər arası fasilə zamanı komandanın adını dəyişə bilərsiniz, lakin bu sizə 10 000 US$ məbləğinə başa gələcək və siz fan klubun 3% qismini itirəcəksiniz.

Bölgə və hava

Sizin komanda müəyyən bğlgəyə aid olur. Bölgələri ona görə fikirləşiblər ki, eyni bölgədən olan istifadəçilər bir-birlərini asan şəkildə tapa bilsinlər. Digər vacib funksiya isə odur ki, hər bölgənin özünəməxsus hava şəraiti olur. Heç bir bölgədəki hava durumu digər bölgədəkilərdən üstün deyil, bütün bölgələr bərabər üstünlüklərə malikdir ona görə də pis seçim etmək barədə narahat olmayın.

Oyunda hava bir neçə amillərə təsir edir, ən vacibi isə azarkeş dəstəyidir (yağışlı havada azarkeşlərin sayı bir qədər az olur). "Bölgələr" səhifəsində siz bugünkü hava barədə məlumatları və sabahkı hava proqnozunu görə bilərsiz. Əgər hava günəşlidirsə bu xoş haldır çünki, havanın növbəti gün üçün də günəşli olmaq şansı daha çoxdur.

Əgər istəsəniz siz mövsümlər arası fasilədə regionu dəyişə bilərsiz. Bu zaman sizdən10 000 US$ məbləğində pul tutulacaq və siz fanklubun 3%-ni itirəcəksiz.

Ən yaxşı məsləhətlər

Bizim sizə verdiyimiz ən yaxşı məsləhət odur ki, bu qaydaları diqqətlə oxuyasınız. Qaydaların hamısını birdən oxumaq vacib deyil, əsas odur ki, ilk fəsilləri oxumaqla oyunun əvvəlində yaranan bir çox suallara cavab tapa biləsiniz. Əgər sizə başqa məsləhətlər də lazımdırsa onda ən yaxşı sual-cavab yeri bizim forumlardır. Yalnız suallar üçün nəzərdə tutulan xüsusi forumlar da var.

Biz yalnız bir şeyə təkid edirik: Siz oyunda bir neçə sadə qaydalara əməl etməklə Hattrick-dən maksimal dərəcədə zövq ala bilərsiz. Həmin qaydalar buradadır Qaydalar.

Oyunçular: Bacarıqlar

Hər oyunçunun 8 əsas bacarığı var, eyni zamanda digər əlavə amillər müxtəlif vəziyyətlərdə oyunçunun qabiliyyətinə təsir edə bilər. Gəlin ilk öncə müxtəlif bacarıqları gözdən keçirək:
Dözümlülük: Oyunçunun öz bacarığının oyun zamanı nə qədərini itirdiyini təyin edir.
Oyunquruculuq: Topu idarə etmək və onu qol vəziyyətlərinə çevirmə qabiliyyəti.
Hücum: Top tora getməlidir.
Cinah: Cinahlardan gələrək qol fürsətlərini gerçəkləşdirmə qabiliyyəti.
Qapıçılıq: Top sizin öz qapınıza daxil olmamalıdır.
Ötürmə: Topu ötürməyi bacaran oyunçular komandanın hücumu üçün böyük yardımdırlar.
Müdafiə: Rəqibin hücumlarının qarşısını alma qabiliyyəti.
Standart vəziyyətlər: Cərimə zərbələri və penaltilərin nəticəsi standart vəziyyətləri yerinə yetirən oyunçudan asılıdır.

Oyunçunuz nə dərəcədə güclüdür?

Real həyatda futbolçu oynayarkən deyirsiz ki, “yetəri qədər yaxşı cinah yarımmüdafəçisidir” və ya “həqiqətən yaxşı müdafiəçidir”. Hattrick-də biz də oyunçuları eyni dərəcədə izah edirik. Biz bunun üçün səviyyələrdən istifadə edirik (və yalnız futbolçular üçün yox) və oyunçuların bacarıqları üçün pillələr “mövcud deyil”dən “ilahi”yə kimi qalxır. Səviyyələri görmək üçün Əlavələr bölməsinə baxın.

Müxtəlif oyunçuların müxtəlif bacarığa ehtiyacı var

Şərt deyil ki, oyunçuların bütün bacarıqları yaxşı olsun, amma stamina hər kəs üçün vacibdir.  Hərdən oyunçunun yalnız bir bacarığının (staminadan əlavə) olması yaxşıdır, amma bir neçə bacarığı olan oyunçudan siz daha çox effekt ala bilərsiniz.  Oynadığı mövqedən asılı olaraq oyunçunun faydalandığı bacarıqlar:

Qapıçılar:

Qapıçılığın qapıçı üçün vacibliyini vurğulamaq mənasızdır. Həmçinin yaxşı müdafiəçi olması ona xeyirlidir. Bundan əlavə, standart vəziyyət bacarığı ona cərimə zərbələri və penaltilərə qarşı müdafiə olunmağa kömək edir.

Mərkəz müdafiəçiləri:

Təbii ki, müdafəçilər güclü müdafiə bacarığına malik olmalıdırlar. Yarımmüdafiə bacarığı da xeyirlidir. Ötürmə bacarıqları isə əks-hücumda böyük fərq yaradır.

Cinah müdafiəçiləri:

Müdafəçilik ən vacibdir, amma müdafiəçilər cinah yarımmüdafiəsi bacarıqlarından da istifadə edirlər. Onlar yarımmüdafiəyə cüzi yarımmüdafiə bacarığı ilə təsir edirlər. Ötürmə bacarığı isə əks-hucüm zamanı kömək edir.

Mərkəz yarımmüdafiəçilər:

Mərkəz xəttdə yaxşı yarımmüdafiəçilərin olması bir çox uğurlu komandaların uğur açarıdır. Onlar həmçinin özlərinin ötürmə və müdafiə bacarıqlarını da çox istifadə edirlər. Bundan əlavə bir qədər də hücum bacarığı ilə ümumi hücum dəyərlərinə təsir edirlər.

Cinah yarımmüdafiəçilər:

Təbii ki, yüksək cinahı olmasından savayı yarımmüdafiə bacarığı da vacibdir. Əlavə olaraq, onlar həmçinin ötürmə və müdafiə bacarıqlarından istifadə edirlər.

Hücumçular:

Onların 1 nömrəli tapşırığı- qol vurmaqdır, hansıki onların hücum bacarığını nömrə 1 edir. Ötürmə ilə yanaşı cinahda oynamaq və yarımmüdafiə bacarığı da vacibdir.

Bacarıqlarda dəyişiklik

Vaxt keçdikçə bacarıq tədricən dəyişir. Bütün bacarıqlar oyunçu yaşadığı müddətdə məşq ilə inkişaf etdirilə bilər, amma oyunçular yaşlandıqca öz bacarıqlarını yavaş-yavaş itirirlər. Bacarıqlarda dəyişiklik haqqında bütün məlumatlar məşq bölməsində izah olunub.

Oyunçular: Digər əlamətlər

Yaş

Oyunçunun dəqiq yaşını oyunçu səhifəsində görə bilərsiz. Bir Hattrick ili 112 gündür, hansı ki oyunçuların müəyyən yaşa və 0-111 günə malik olması mənasını verir.

Xəsiyyət

Bütün oyunçuların xəsiyyəti var. Onlar xoş və ya murdar, lider və ya yalqız, temperamentli və ya mülayim ola bilərlər. Hal-hazırda oyunçunun xəsiyyəti oyuna çox təsir etmir, ancaq məsələn yaxşı lider qabiliyyətinə malik olan oyunçunu komandanın kapitanını kimi təyin olunması ağıllı iş olardı.

Təcrübə

Çoxlu və vacib oyunlar oynamış oyunçular daha təcrübəli olurlar və bu təcrübə onlara gələcək oyunlarda bir neçə üstünlük verəcək. Təcrübəli olmaq xüsusi hallara təsir göstərəcək, məsələn qol vurmaq və ya qol buraxmaq, həmçinin komanda daxili orqanizasiyanın pozulmasının da qabağını alacaq. Biz artıq təcrübəni oyunçu bacarıqlarından ayırmışıq. Hər oynanılan oyun, oyunun stilinə uyğun oyunçular müxtəlif dərəcə və sürətdə təcrübə qazanacaq. Ümumi olaraq 100 xala çatdıqda Təcrübə bir səviyyə artır. Hər oyun üçün qazanılan təcrübə aşağıdakı cədvəldəki kimidir.

Matç Növü Təcrübə balları
Liqa matçı 3.5
Seçmə oyun 7
Əsas Kubok matçı 7
İkincil Kubok matçı 1.75
Yoldaşlıq görüşü 0.35
Beynəlxalq yoldaşlıq matçı 0.7
HT Masters matçı 17.5
Gənclər Liqası matçı 3.5
Gənclər Yoldaşlıq matçı 0.35
(Köhnə) Dünya Çempionatı matçı 35
(Köhnə) Dünya Çempionatı final görüşü 70
(Köhnə) Milli Komanda yoldaşlıq görüşü 7
Dünya Çempionatı matçı 28
Dünya Çempionatı (Yarımfinal və Final) 56
Dünya Çempionatı (Pley-offlar) 14
Qitə Kubokları 14
Qitə Kubokları (Dörddəbir final, Yarımfinal və Final) 21
Millətlət Kuboku 7
Millətlər Kuboku (Ələnmə) 14
Milli Komandalar arası yoldaşlıq görüşü 3.5

Loyallıq

Kluba loyallığı yüksək olan oyunşular meydançada daha yaxşı oyun nümayiş etdirirlər. Loyallıq klubda oynanılan müddətdən asılı olaraq artır.

Loyallıq iki cür olur:

Oyunçunun loyallıq bonusu

Oyunçunuz komandada kerçirdiyi hər gün onun komandaya olan loyallığını artırır. Və oyunçu komandaya nə qədər bağlı və loyal olarsa, o qədər də yaxşı oynayar.

Loyallıq səviyyəsi başlanğıcda daha tez artir və vaxt ötdükcə yavaş-yavaş artaraq davam edir. Loyallığın maksimal səviyyəsinə 3 mövsümdən sonra çatmaq olur, lakin onun yarısına isə artıq 12 həftədən sonra.

Maksimal bonus: Bütün qabiliyyət növlərinə +1 bacarıq səviyyəsi (dözümlülük daxil deyil)

Misal: Əli Məmmədov yetərli müdafiəsi olan yaxşı yarımmüdafiəçidir və o, maksimal loyallıq səviyyəsindədir (ilahi). O yaxşı müdafiəsi olan əla yarımmüdafiəçi kimi oynayacaq (bu onun ulduz reytinqinə də təsir göstərəcək).

Oyunçu loyallığın ilahi səviyyəsinə çatdıqda, tam bonusu əldə edir. Gənclər akademiyasından gələn oyunçunuz ilahi səviyyəsindən başlayır.

Unutmayın ki, oyunçunuzu digər kluba sattdıqda o, sizin komandaya olan loyallığını itirir. Beləliklə, gələcəkdə onu geriyə aldıqda, onun loyallığını əvvəldən qurmağa başlayacaqsız.

Ana klubu bonusu

Öz ana klubunda çıxış edən oyunçular, məsələn gənc akademiyadan gələn oyunçularınız və bütün karyeralarını həmin klubda keçirən oyunçular meydaçada bir az daha yaxşı oynayırlar, çünki döğma klub onların ürəyində xüsusi yer tutur.

Bonus: Bütün qabiliyyət növlərinə +0.5 bacarıq səviyyəsi (dözümlülük daxil deyil).

Bütün öz karyerasını ana klubunda çıxış edən oyunçular oyunçu səhifəsində ürək işarəsi ilə göstərilir. Nəzərə alın ki, satdığınız və sonra yenidən aldığınız hər-hansı gənc oyunçu bu bonusu əldə etməyəcək.

Hər iki bonusun alınması

Oyunçu hər iki bonusu asanlıqla ala bilər. Beləliklə, gənc oyunçunu əsas komandaya cəlb etdikdə (hansı gənc oyunçular sistemini istifadə etmənizdən asılı olmayaraq) həmin oyunçunu satmayana gədər o, bütün qabiliyyət növlərinə +1.5 qabiliyyət bonusu alacaq (dözümlülük daxil deyil).

Diqqət: Loyallıq anlayışı 47-ci Mövsümdə (Oktyabr/Noyabr 2011) tədbiq edilir. 47-ci Mövsüm ərzində loyallıq bonusunun yarısı hesablanacaq. 48-ci Mövsümdən (fevral 2012) isə artıq tam hesablanacaq.

Ümumi Bacarıq İndeksi (ÜBİ)

Ümumi Bacarıq İndeksi oyunçunun necə bacarıqlı olmasının göstəricisidir. ÜBİ məşqdən asılı olaraq artır və həmçinin formadan asılı olaraq arta və ya düşə bilər.

Forma

Oyunçu nə qədər yaxşı formada olarsa, bir o qədər yaxşı oyun nümaiş etdirəcək. Bu nə fiziki hazırlıqdan, nə də oyunçunun necə məşq aldığından asılı deyil. Hattrickdə forma oyunçunun tam potensiala çatmasının mümkünlüyünü və ya qarşısının alınmasını əks etdirir – məsələn hazırda həyatda onun şəxsi vəziyyətindən asılı olaraq.

Oyunçu səhifəsində oyunçunun "cari forma"-sını görə bilərsiz. Bu oyunlar üçün tətbiq olunur. Məsələn "əla" bacarıqlı "bərbad" formada olan oyunçu "yetərli" bacarıqlı "yaxşı" formada olan oyunçudan zəifdir. Komandanın dözümlülük məşqinin miqdarı cari formaya mənfi təsir göstərir; nə qədər çox dözümlülük məşqi (faiz) verirsinizsə, mənfi təsir bir o qədər yüksək olur.

Əlavə olaraq, burada gizlin "arxafon forması" var, hansı ki, oyunçunun formasının necə dəyişəcəyini təyin edir. Hər həftə, məşqdən sonra, hər oyunçunun forması dəyişəcək, gizlin arxafon formasına doğru. Cari forma arxa plan formasına bir dəfəlik bərabərləşmir. Əksinə, bir neçə həftə ərzində ona doğru hərəkət edir. Nə qədər böyük cari forma ilə arxa plan formasında fərq olarsa, cari forma bir o qədər kəskin dəyişəcək.

Məşqdən sonra cari forma dəyişir, və böyük ehtimalla hər oyunçunun arxafon forması da dəyişir. Hər oyunçunun arxafon formasının dəyişməsinin bərabər fərdi şansları var, və buna heç cürə təsir edə bilməzsiz. Lakin əgər oyunçunun arxa plan forması dəyişməlidirsə, onda yeni arxa plan formasının necə olmasına bir neçə amil təsir edir:

  • Əgər oyunçu həftə ərzində oyunda iştirak edibsə. Bu çox vacibdir!
  • Məşqin intensivliyi – nə qədər ağır məşq verirsinizsə, bir o qədər ümumi forma yaxşı olur
  • Sizin məşqçiniz – nə qədər bacarıqlıdırsa, bir o qədər ümumi forma yaxşı olur
  • Forma Məşqçisi- Forma Məşqçisi formanın yaxşılaşdırılmasında ixtisaslaşır
  • Köməkçi məşqçilər – Köməkçilər də formanın yaxşılaşdırılmasına kömək edirlər

Xüsusi qabiliyyət

Demək olar ki, oyunçuların yarısının "xüsusi bacarıq" deyilən özəllikləri var, hansı ki, matçlara təsir edir. Xüsusi bacarığı olan hər bir oyunçu 10% bonus maaş alır. Oyunçular üçün 5 fərqli xüsusi bacarıq mövcuddur: "Texnikalı", "Cəld", "Başla oynayan", "Güclü" və "Gözlənilməz". Hər əsas xüsusi qabiliyyətin yaxşı və pis cəhətləri var və bunlar Xüsusi Hadisələr bölməsində izah edilib. Xüsusi Qabiliyyətlər həmçinin müəyyən taktika növləri üçün xeyirli ola bilər, daha ətraflı Taktikalar bölməsində.

Daha iki nadir xüsusiyyət də mövcuddur: Elastik və Dəstək. Elastik xüsusiyyətə malik olan futbolçuların zədədən sağalma müddəti digər futbolçulara nisbətən daha azdır və bu tip futbolçular matç ərzində yüngül aradan qaldıra bilərlər. Dəstək xüsusiyyətinə malik olan futbolçular meydanda özlərinə yaxın komanda yoldaşlarına kömək etməyə çalışacaqlar. Əgər uğurlu olsalar bu komanda yoldaşlarının performansını yaxşılaşdıracaq, lakin, uğursuz olduqları təqdirdə ümumi komandanın təşkilatlıq səviyyəsi də aşağı düşə bilər.

Zədələr

Bəzən oyunçular zədə alır. Əgər bu baş verərsə və zədə ciddidirsə o zaman oyunçu müalicə aldığı dövrdə bir neçə oyun buraxacaq. Məşqin intensivliyi artdıqca v\ə ya heyətdə olan köməkçi məşqçilərin sayı və səviyyəsi artdıqca, zədələnmə riski bir o qədər çoxalır.

Yaşlı oyunçular daha gec sağalır və işə götürülən həkimlər oyunçuların daha tez sağalmasına kömək edir. Həkimlər həmçinin oyunçuların zədə alma riskinin azalmasına kömək olur. Oyunçular qırx yaşlarına çatanda sağalmalmaq ehtimalları demək olar ki, heç yoxdur. Həmçinin yadınızda saxlayın ki, zədə müddəti sadəcə bir təxmindir - əgər sizin ulduz hücumçunuz bir həftəlik zədə alıbsa, onun sağalması üçün 1 həftəyədək vaxt lazım ola bilər.

Sarı və qırmızı vərəqələr

Oyunçular cəzalana və ya oyundan qovula bilər, daha aqressiv oyunçular (əsasən səmimiyyəti aşağı olan və az təcrübəyə malik olanlar) digərləri ilə müqaisədə daha tez-tez. Oyun ərzində 2 sarı vərəqə avtomatik olaraq oyunçunun meydançadan qovulmasına gətirib çıxaracaq. Oyundan qovulması növbəti rəsmi oyunu buraxması deməkdir. Əgər mövsüm ərzində oyunçu 3 sarı kart alarsa, növbəti rəsmi oyunu buraxmalı olacaq. Liqa, kubok və seçmə oyunlarda alınan sarı və ya qırmızı vərəqələr eyni sayılır. Əgər oyunçu bir mövsüm içində liqa oyunlarında 2 dəfə sarı kart alıbsa və növbəti kubok oyununda təkrar sarı kart alsa, o zaman növbəti liqa, kubok və ya seçmə oyunu buraxmalı olacaq.

Oyundan əvvəl oyunçularınızın neçə dəfə cərimələndirilməsini oyunçuların siyahısında yoxlaya bilərsiz. 3 dəfə cəzalanan və ya son oyununda qırmızı alan oyunçu siyahıda qırmızı kart işarəsi ilə qeyd olunacaq. Rəsmi görüş keçirildikdən sonra oyun buraxmalı olan oyunçunun cəzaları sıfırlanacaq. Həmçinin mövsüm sonu bütün oyunçuların cəzaları sıfırlanır. Transferlər cəzaların durumuna təsir etmir. Yoldaşlıq görüşündə kart limitindən dolayı oynamama (və ya cəzaların sıfırlanması) mümkün deyil.

Təlimatlar: Əsas Qaydalar

Bir menecer kimi siz qərar verirsiz komanda necə və hansı düzülüşdə oynayacaq. Hər oyundan əvvəl siz oyunun təlimatlarını təqdim edirsiz (matçlar səhifəsindəki təlimatlar bölməsindən). Oyunun təlimatı matçın başlamağına 20 dəqiqə qalmışdan gec olmayaraq təqdim edilməlidir, lakin nəzərə alın ki, hakimin saatı sizin vaxtla düz gəlməyə bilər ona görə də əgər imkan varsa təlimatları təqdim etməyi axıra saxlamayın. Siz həmçinin oyunun təlimatını "standart təlimat" kimi təqdim edə bilərsiz (ehtiyyat tədbirlər üçün məsləhət görülür). Əgər siz müəyyən bir oyuna təlimat verməsəniz onda Hattrick həmin oyuna sizin standart təlimatı təyin edəcək. Istənilən oyunda siz təlimatları dəyişə bilərsiz.

İlkin heyət və əvəzetmələr

Siz hər matç üçün 11 nəfərlik ilkin heyəti müəyyənləşdirirsiz həmçinin, əvəzetmələri, standart zərbələrin ifaçısını və kapitanın kimliyini də müəyyənn edirsiz. Sürüşdürmə yolu ilə siz istənilən oyunçunu istənilən mövqedə yerləşdirə bilərsiz.

Əgər hər hansı oyunçunuz oyun ərzində zədələnərsə onda meydana həmin oyunçunun əvəzinə əvvəlcədən təyin olunmuş digər oyunçu daxil olur. Əgər müvafiq pozisiya üçün əvəzetməniz qalmayıbsa, o zaman əvəz ediləcək oyunçunun yerinə digər təyin olunmuş oyunçular daxil olacaq. Əgər sizin heç bir əvəzetməniz qalmayıbsa onda oyunu 10 nəfərlə davam etməli olacaqsız. Belə vəziyyətdə qapıçı zədələnərsə o zaman qapıçının yerinə meydanda olan digər oyunçulardan biri keçir. Siz həmçinin planlaşdırılmış əvəzetmələr də edə bilərsiz. Daha ətraflı məlumat əvəzetmələr bölməsində yerləşdirilib.

Texniki Məğlubiyyətlər

Unutmayın ki, liqa və ya kubok oyunlarınıza ən azı 9 oyunçu ilə başlamalısınız.

Əgər başlanğıc heyətinizdə 9-dan az oyunçu varsa, lakin heyətinizdə digər oyunçular da varsa, digər klub funksionerləri məsələyə qarışıb oyuna lazım olan sayda oyunçu cəlb edəcəklər. Bu baş verdikdə, özünüzün matç təlimatları göndərməyinizdən fərqli olaraq, komandanızın komanda ruhu, forması, komanda güvənliyi və düzülüş təcrübəsi aşağı olacaq. Müsbət cəhət isə odur ki, oyunçular bu matç üçün məşq alacaqlar.

Heyətdə matça çıxmaq üçün kifayət qədər oyunçu yoxdursa, komandanıza texniki məğlubiyyət veriləcək. Bu, həm də komandanı yuxarıda təsvir edilən şəkildə mənfi təsir edəcək və həmin matç üçün nəzərdə tutulan məşqi itirməyə səbəb olacaq.

Əgər yarış xarakterli olmayan matçlarda və ya akademiya matçlarında meydançaya 9 oyunçu çıxarmasaz, o zaman qonşuluqda olan digər oğlanlar sizin komandanızı əvəz edəcək. Yarış xarakterli matçlardan fərqli olaraq, oyunçuların məşqlərinə heç bir mənfi təsiri olmayacaq.

Komandanın düzülüşü

Siz düzülüş səhifəsində göstərilən istədiyiniz quruluşda oynaya bilərsiniz. Məşq səhifəsində də sizin oynaya biləcəyiniz quruluşlar barədə məlumat əldə edə bilərsiniz.

Unutmayın ki, mərkəz mövqedə (mərkəz müdafiəçisi, mərkəz yarımmüdafiəçisi, hücumçu) 1-dən artıq oyunçu təyin edilərsə, onlar komandanın reytinqinə tam qüvvə ilə müsbat tasir etməyəcəklər. Üç oyunçunun bu şəkildə təyini daha çox öz mənfi təsirini göstərəcək. Bunu belə izah etmək olar: hər hansı bir mövqedə 1-dən artıq oyunçu təyin edilərsə, onlar bir birlərinə arxayın olub tam gücləri ilə oynamayacaqlar.

Yani, mərkəz mövqedə tək oyunçu 100% effekt verir. Mərkəz mövqedə iki oyunçunun olması hər iki oyunçunun təsirini azaldır, üç oyunçunun istifadə edilməsi, daha çox itkiyə gətirib çıxardır (hər üç oyunçu). Bu itki oyunçuların bütün bacarıqlarına təsir edir.

Mərkəz yarımmüdafiəçilərinin effekt itkisi hücumçulardan çox olur, hücumçuların itkisi isə müdafiəçilərdən çoxdur. Daha dəqiq desək, mərkəz yarımmüdafiəçilərinin itkisi müdafiəçilərdən ikiqat daha çoxdur, hücumçularda isə bu itki təxminən ikisinin ortasındadır.

Taktika və oyuna münasibət

Təlimatlar bölməsində siz həmçinin taktikanı və oyunçuların oyuna münasibətini təyin edə bilərsiz. Müxtəlif taktikalar barədə Matç: Taktikalar bölməsində, oyuna münasibət barədə isə Psixologiya bölməsində məlumatlar yerləşdirilib.

Təqib təlimatı

Təqib taktikasının köməyi ilə siz öz futbolçularınızdan birinə rəqibin müvafiq futbolçusunu təqib edərək onu neytrallaşdırmaq tapşırığı vermiş olursunuz. Bu taktikanın da öz riskləri var. Bu taktikadan düzgün yerdə və düzgün futbolçular üzərində istifadə olunması məsləhət görülür.

Prinsip budur ki, öz futbolçularınızdan birinə rəqibin müəyyən futbolçusunu təqib etməyi tapşırırsız. Əgər həmin rəqib futbolçu meydandadırsa 5 dəqiqə sonra təqib taktikası işə düşür. Əgər hədəf təyin olunmuş rəqib futbolçu sizin futbolçunuza yaxındırsa o zaman sizin futbolçunuz komandanın ümumi oyununa 50% az töhvə verir. Yox əgər uzaqdadırsa o zaman 65%. Burada müsbət xüsusiyyət budur ki, təqib olunan futbolçunun da oyunu zəifləyir. Bu isə təqib edən futbolçudan asılıdır.

Təqib təlimatı verilmiş futbolçuya digər başqa təlimat vermək mümkün deyil. Bu o deməkdir ki, futbolçuya rəqibi təqib etmə təlimatı verilirsə bu halda öncədən verilmiş digər təlimatlar hücuma meyilli, müdafiəyə meyilli və ya cinaha meyilli oynamaq tipli digər təlimatlar avtomatik ləğv olunur.

Matç ərzində yalnız 1 təqib tapşırığı verə bilərsiniz və bu tapşırıq yalnız müdafiəçilərə və mərkəz yarımmüdafiəçilərinə verilə bilər. Hədəf isə yalnız hücumçu, vinqer və ya mərkəz yarımmüdafiəçisi ola bilər. Əgər hədəf meydanda deyilsə və ya fərqli mövqedə oynayırsa təqib qüvvədən düşür lakin, sizin futbolçunuz potensialının 10%-i itirir. Hədəf sonradan meydana daxil olarsa və ya mövqeyini yuxarıda qeyd olunmuş mövqelərdən birinə dayişərsə təqib aktivləşir.

Təqib taktikası işə düşdükdə futbolçu komandanın ümumi oyununa əvvəlki kimi xeyir vermir (məsələn: pressinq və ya əks-hücum oynayarkən). Lakin təqib taktikası işə düşməsə futbolçu artıq komandanın ümumi oyununa köklənir. Lakin bu halda performansının 10%-ni itirmiş olur.

Təqib taktikası üçün ən vacib olan müdafiə bacarığıdır. Bu zaman müdafiə bacarığı hədəf seçilən futbolçunun ən yüksək bacarığı ilə müqayisə olunur. Bu fərq taktikanın nə qədər uğurlu olmasını təyin edir. Güclü futbolçular təqib taktikasından istifadə zamanı müdafiə bacarıqlarına 10% bonus əldə edirlər. Heç bir xüsusi qabiliyyəti olmayan futbolçularda isə bu rəqəm 5%-dir. Hədəf futbolçu texnikalıdırsa bu zaman onların ən yüksək bacarığından 8% itirilir. Gözlənilməz futbolçular isə əksinə 8% qazanır. Forma, dözümlülük, təcrübə, sadiqlik və sağlamlıq həm təqibi yerinə yetirən futbolçu üçün həm də hədəf futbolçu üçün çox önəmlidir. Nəzərə alın ki, bütün bu müsbətlər və mənfilər yalnız təqib taktikasının effektinə təsir edir, ümumi matçın reytinqlərinə təsir göstərmir.

Təqib edən futbolçular Qapıçılıq və Standard bacarıqlarından başqa bütün bacarıqlarından bir qədər itirirlər. Hədəf futbolçunun isə müdafiə bacarığından başqa bütün bacarıqları qismən zəifləyir.

Fərdi tapşırıqlar

Siz meydanda olan hər oyunçuya individual göstərişlər də verə bilərsiz. Məsələn mərkəz yarımmüdafiəçisinə "müdafiəyə meyilli" oynamağı tapşıra bilərsiz. Bu o deməkdir ki, o hələ də mərkəz yarımmüdafiəçisidir, lakin müdafiəyə bir qədər çox hücuma isə əksinə bir qədər az dəstək verir. Dörd tip individual göstəriş movcuddur. Ətraflı məlumat üçün Cədvəl səhifəsinə baxa bilərsiz. Həmçinin futbolçuya rəqib futbolçularından birini təqib etmək tapşırığı da verilə bilər. Ətraflı Təqib bölməsindən baxa bilərsiniz.
Mövqe Təlimatlar Təsir
Cinah müdafiəçisi Hücuma meyilli Cinah yarımmüdafiəsində bir qədər çox, Yarımmüdafiədə bir qədər çox, Müdafiədə qismən az
Müdafiə meyilli Müdafiədə bir qədər çox, Cinah Yarımmüdafiəsində qismən az, Yarımmüdafiədə qismən az
Mərkəzə doğru Mərkəz müdafiədə bir qədər çox, Cinah müdafiəsində bir qədər az, Cinah yarımmüdafiəsində bir qədər az
Mərkəz müdafiəçisi Hücuma meyilli Yarımmüdafiədə biraz çox, Müdafiədə az
Cinaha doğru Müdafiədən cinaha doğru çox, Müdafiədən ortaya doğru az, Cinah Yarımmüdafiəsində normal, Yarımmüdafiədə qismən az
Cinah yarımmüdafiəçisi Hücuma meyilli Cinah yarımmüdafiəsində çox, Ötürmədə bir az çox, Müdafiədə az, Yarımmüdafiədə qismən az
Müdafiə meyilli Müdafiədə daha çox, Cinah Yarımmüdafiəsində az, Yarımmüdafiə və Ötürmədə qismən az
Mərkəzə doğru Yarımmüdafiədə çox, Cinah Yarımmüdafiəsində az, mərkəz Müdafiədə çox, cinaha doğru Müdafiədə az, Ötürmə daha çox mərkəzdə, cinaha doğru Ötürmədə az
Dayaq yarımmüdafiəçisi Hücuma meyilli Ötürmədə çox, Müdafiədə az, Yarımmüdafiədə qismən az, Hücumda bir qədər çox
Müdafiə meyilli Müdafiədə çox, Ötürmədə az, Yarımmüdafiədə və Hücumda qismən az
Cinaha doğru Cinah yarımmüdafiədə lap çox, Yarımmüdafiədə qismən az, Ötürmə və Cinah Müdafiəsində çox, və mərkəzdə Ötürmədə/Müdafiədə az, Hücumda sıfır
Hücumçu Müdafiə meyilli Yarımmüdafiədə bir qədər, Ötürmədə daha çox (hətda texnikalı hücumçular üçün cinaha doğru bir az çox ), Hücum və Cinah Yarımmüdafiəsində az
Cinaha doğru Cinah Yarımmüdafiəsində çox, Hücum və Ötürmə cinahlarda çox, Hücum və Ötürmə ortada az, Hücumda, Cinahda və əks cinaha ötürmədə bir qədər az, Yarımmüdafiədə az

Oyun: Əsas qaydalar

Hattrick-də ən böyük çətinliklərdən biri düzgün düzülüş tapmaqdır. Bu və digər oyun bölmələrində oyunçuların bacarıqlarının oyunda necə oynadıqları barədə müzakirə edəcəyik. Bu bölmə sizə oyunun əsasları barədə məlumat verəcək, yani hansı şeyləri bilmək lazımdır.

Oyun simulyasiyasının əsasları

Hər hissədə müəyyən miqdarda hücumlar olur və yarımmüdafiə hansı komandanın hər hücumu alacağını təyin edir. Güclü yarımmüdafiəsi olan (daha çox topa sahib olan) komandanın daha çox hücum edəcəyi ehtimal olunur.  Komanda hücumu edərkən, necə hücumun olduğu təyin olunur. 3 növ hücum var (sağ cinah, sol cinah, mərkəz) və standart vəziyyətlər (cərimə zərbələri və 11-metrələr). Hücum edən komandanın hücumu həmin mövqedə yerləşən rəqib komandanın müdafiəsini yarmağa çalışacaq.

Əsas hücumlar

Hər oyunda müəyyən miqdarda əsas hücumlar (yuxarıda izah olunduğu kimi) edilir. Bu hücumların bəziləri açıqdır və hər hansı bir komanda tərəfindən istifadə oluna bilər, bir neçəsi isə xüsusi olaraq ancaq bir komanda üçün nəzərdə tutulub.

Açıq hücumlar üçün, hücumun hansı komandanı alacağı yarımmüdafiə ilə təyin olunur. Xüsusi hücumlar eyni üsulda işləyir ancaq bir istisna ilə: Əgər sizin yarımmüdafiəniz rəqibin xüsusi hücumunu “ələ keçirirsə”; o zaman siz hücumun qarşısını alırsız – ancaq siz özünüz hücümu yerinə yetirmirsiz. Siz rəqibin xüsusi imkanlarını özünüzə götürə bilməzsiniz, həmçinin sizin rəqibinizdə sizin xüsusu hücumu ələ keçirə bilməz: Əsas hücumların çoxu oyun hesabatında əks olunur, ancaq qola imkan açmayan hücumlar məruzə olunmur.  Siz həmçinin “Xüsusi hadisələr” və əks-hücumlardan əlavə hücum imkanlarını qazana bilərsiz. Bu əlavə hücumlar digər iki oyun bölməsində izah edilib.

Ev sahibliyinin üstünlüyü

Ev sahibi azarkeşlər tərəfindən kömək alır. Sössüz ki, ev oyunlarında səfər oyunlarına nisbətdə daha çox topa yiyələnmə faizinə sahib olacaqsınız.   Derbi oyunlarında (komandaların hər ikisi eyni bölgədəndir) ev sahibi həmçinin bu üstünlüyü əldə edir, eyni zamanda səfər komandası isə bu üstünlüyün yarısını əldə edir. Əgər görüş neytral meydançada keçirilirsə, heç bir komanda üstünlük əldə etmir.

Psixologiya və məşqçinin düşüncəsi

Komanda ruhu, arxayınlığı və komandanın münasibəti onun necə oynayacağına təsir edir. Bütun bunlar haqqında “Psixologiya” bölməsində oxuya bilərsiz.
Məşqçinin düşüncəsi (əgər o hücuma meyilli, müdafiəyə meyilli və ya neytraldırsa) həmçinin rol oynayır. Bu barədə daha çox “Məşqçi” bölməsində oxuya bilərsiz.

Siz, komandanın reytinqinə diqqət yetirməlisiniz.

Oyun bitdikdən sonra, komandanın hər mövqeyinə komanda reytinqi alacaqsınız. Bu reytinqlər komandanın hansı müxtəlif mövqelərdə daha yaxşı çıxış etdiyini göstərəcək və bu reytinqlər həmçinin oyun hesablanmasında müstəsna rol oynayır.

Matç reytinq denominasiyaları (səviyyə "mövcud-deyil"dən "ilahi"yə qədərdir) da 4 alt-səviyyəyə bölünüb: çox aşağı, aşağı, yüksək və çox yüksək. Bunun belə olması sizə reytinqin səviyyəsini daha da ətraflı izah etmiş olur. Məsələn "çox yüksək yaxşı" reytinqi "çox aşağı əla"-dan bir qədər pisdir, amma "çox aşağı yetərli"-dən çox yaxşıdır.

Ulduz reytinqləri

Oyundan sonra sonrası sizin oyunçular oyunda göstərdikləri performansa görə reytinq, yani ulduz əldə edirlər, bu, oyunçuların nə qədər faydalı olduğunun gösrtəricisidir. Bunlar nəyi ifadə edir:

Nəzərə alın ki, ulduz reytinqi oyunçuların oynadıqları sahədəki fərdi performansının göstəricisidir. Bu, eyni vəziyyətdə oynayan oyunçuların qarşılaşmasında faydalıdır. Komandanın gücünü bu göstərici ilə qiymətləndirmək düzgün deyil. Komandanın performansına digər komanda ilə müqaisədə öyrənmək üçün komandanın reytinqinə baxın.

Unutmayın ki, komandanın düzülüşü, məsələn, mərkəz mövqedə 1-dən artıq oyunçu təyin etdikdə (Düzülüş bölməsinə baxın), ulduz reytinqində nəzərə alınmır.

Normal hal

Sözün qısası, yarımmüdafiənin vəziyyəti oyunda neçə qol fürsətinin yaratmasını təyin edir. Komandanın digər mövqeləri qola yol açan hücumların ehtimalını təyin edəcək.

Bu cədvəl sizə oyunçuları seçərkən bir qədər yardımçı olacaq. Nəzərə alın ki, bu sadəcə bir təxmindir.   Bir-birinə yaxın olan bacarıq pillələri bir tərəfdən kiçik, digər tərəfdən isə böyük fərq verə bilər. Əlavə olaraq, fərdi təlimatlar və ya mərkəz mövqedə (əvvəlki bölməyə bax) oynayan iki və ya daha çox oyunçunun töhfəsinin azalması aşağıda nəzərə alınmayıb.

Zona Amillər (birinci ən əsasdır)
Yarımmüdafiə Mərkəz yarımmüdafiəçilərin oyunquruculuğu
Cinah yarımmüdafiəçilərin oyunquruculuğu
Mərkəz müdafiəçilərin oyunquruculuğu
Yarımmüdafiəçi hücumçular
Oyunquruculuq Cinah Müdafiəçiləri
Sol cinahdan hücum Cinah yarımmüdafiəçisinin cinahı
Cinah müdafiəçisinin sol cinahı
Hücumçuların hücumu
Sol mərkəz yarımmüdafiəçisinin ötürməsi
Sol cinah yarımmüdafiəçisinin ötürməsi
Hücumçunun cinahı
Hücumçunun ötürməsi
Mərkəz yarımmüdafiəçisinin ötürməsi
Sol cinahın müdafiəsi Sol cinah müdafiəçisinin müdafiəsi
Qapıçınin qapiçılıq qabiliyəti
Sol mərkəz müdafiəçisinin müdafiəsi
Sol cinah yarımmüdafiəçisinin müdafiəsi
Mərkəzi müdafiə edən mərkəz müdafiəçisi
Qapıçının müdafiəsi
Sol mərkəz yarımmüdafiəçisinin müdafiəsi
Mərkəzi müdafiə edən mərkəz yarımmüdafiəçi
Mərkəzdən hücum Hücumçuların hücumu
Hücumçunun ötürməsi
Mərkəz yarımmüdafiəçisinin ötürməsi
Qolçu mərkəzi yarımmüdafiəçilər
Cinah yarımmüdafiəçisinin ötürməsi
Mərkəzin müdafiəsi Mərkəz müdafiəçisinin müdafiəsi
Qapıçınin qapiçılıq qabiliyəti
Mərkəz yarımmüdafiəçisinin müdafiəsi
Cinah müdafiəçisinin müdafiəsi
Qapıçının müdafiəsi
Cinah yarımmüdafiəçisinin müdafiəsi
Sağ cinahdan hücum Sağ cinah yarımmüdafiəçisinin cinahı
Sağ cinah müdafiəçisinin cinahı
Hücumçunun hücumu
Sağ mərkəz yarımmüdafiəçisinin ötürməsi
Sağ cinah yarımmüdafiəçisinin ötürməsi
Hücumçunun cinahı
Hücumçunun ötürməsi
Mərkəz yarımmüdafiəçisinin ötürməsi
Sağ cinahın müdafiəsi Sağ cinah müdafiəçisinin müdafiəsi
Qapıçınin qapiçılıq qabiliyəti
Sağ mərkəz müdafiəçisinin müdafiəsi
Sağ cinah yarımmüdafiəçisinin müdafiəsi
Mərkəzi müdafiə edən mərkəz müdafiəçisi
Qapıçının müdafiəsi
Sağ mərkəz yarımmüdafiəçisinin müdafiəsi
Mərkəzi müdafiə edən mərkəz yarımmüdafiəçi

Məşq

Hər həftə oyunçularınızın əşq mövsümündə inkişaf etdirmək istədiyiniz məşq növünü seçməlisiniz. Həftəlik məşqin təsirləri ölkədən asılı olaraq Cümə axşamı və ya Cümə günləri məşq yeniləməsindən sonra görünür. Yenilənmə başlayan zaman seçilən məşq növü həmin həftə üçün məşq etdiriləcək. Həmçinin oyunçuların hazırkı və əsas formalarında dəyişiklik eyni zamanda baş verəcək.

Oyunçunun yaş və bacarıq səviyyəsi

Adətən gənc oyunçular yaşlı oyunçulardan daha tez öyrənir, lakin oyunçunun məşqdən götürdüyü bilik daha çox onun həmin məşq üzrə səviyyəsindən asılıdır- bacarıq səviyyəsi nə qədər azdırsa, o qədər də tez məşq alacaq.  Çox aşağı bacarıq səviyyələrində verilən məşq, orta bacarıq səviyyəsində verilən məşqdən qat-qat sürətlidir və çox yuxarı bacarıq səviyy ələrindən verilən məşq, orta bacarıq səviyyəsində verilən məşqdən qat-qat yavaşdır.

Yaş və bacarıq səviyyəsindən savayı, məşqin kəsərinə 4 əlavə amil təsir edir: məşqin intensivliyi, məşqin növü, dözümlülük məşqinin miqdarı və məşqçilər korpusu (baş və köməkçi məşqçilər).

Məşq intensivliyi

Nə qədər çox məşq etdirirsinizsə, o qədər də komandanın səviyyəsi yüksək olur və məşqin effekti artır. Siz məşqin intensivliyini 0-dan 100-dək seçə bilərsiniz.  Yüksək səviyyəli intensivliyin yeganə mənfi cəhəti zədə riskini artmasıdır. Siz özünüz hansı intensivlik səviyyəsini seçəcəyinizə qərar verməlisiniz, bu baradə forumda digər istifadəçilərdən məsləhət ala bilərsiz.

Məşq intensivliyini çox azaltmaq komanda ruhunun “bir dəfəlik” yüksəlişinə gətirib çıxara bilər. Həmçinin nəzərə alın ki, əgər bir gün intensivliyi artırsaz komanda ruhu məntiqi olaraq aşağı düşəcək. Əgər məşq intensivliyini dəyişmək istəyirsizsə, zəhmət olmasa unutmayın ki, yeni məşq ən azı yeniləmədən bir həftə əvvəl daxil edilməlidir.

Məşq növü

Burada seçmək üçün 11 məşq növü mövcuddur. Onların hər biri sizin oyunçularınızın hansısa bacarığını gücləndirir. Müxtəlif məşq növləri aşağıdakı cədvəldə göstərilib.

Məşqçilər korpusu

Əgər sizin yaxşı məşqçiniz varsa, məşqiniz daha effektli olacaq, nəinki zəif məşqçi ilə. Yardımçı məşqçilər də məşqin effektini artırırlar.

Dözümlülük məşqi

Dözümlülük hər həftə komandanın ümumi məşq faizi ilə birgə verilir. Onun təsiri yüksək ağırlıq səviyyəsində azalacaq, hərdən bir güclü stamina təyin etməkdənsə hər həftə aşağı səviyyədən istifadə etməniz daha yaxşı olar.   Yaşlı oyunçuların hər həftə müəyyən dözümlülük səviyyəsində olması üçün daha çox məşqə ehtiyacları var, buna görə menecerlər öz komandalarına və məqsədlərinə uyğun olan dözümlülük məşq faizini seçməlidirlər.   Həftə ərzində ən azı 90 dəqiqə sizin komanda üçün oynayan oyunçular komandanın 100% dözümlülük məşqini alırlar. 90 dəqiqədən az oynayan (məsələn əvəzetmələr) oyunçular isə effektin 75%-ini alırlar, üstə gəl hər oynadığı dəqiqənin payını. Komandanın həftə ərzində oynamayan digər oyunçuları həmçinin məşq almaları üçün yetəri qədər sağlamdırlarsa (sarğılı olan oyunçular daxil), dözümlülük təsirinin yarısını alırlar.

Dözümlülük məşqi komandanıza mənfi cəhətdən təsir edir; dözümlülük faizi nə qədər çoxdursa, formaya bir o qədər çox mənfi təsir göstərir.  Nəzərə alınmalıdır ki, dözümlülük məşqi yalnız mövcud formaya təsir edir, arxa plan formaya yox.

Əsas prinsiplər

Oyunçunun nə qədər məşq aldığı onun həftə ərzində məşq aldığı mövqedə oynadığı dəqiqələrdən asılıdır. Digər komandalar üçün oynanılan oyunlar ancaq formanın yenilənməsi üçün hesaba qatılacaq, lakin məşq almasına heç bir təsir etməyəcək. Əgər oyunçu həftə ərzində heç bir oyuna çıxmayıbsa və ya 1 dəqiqədən az oynayıbsa, o zaman heç bir məşq almayacaq. Oyunçu həftə ərzində 90 dəqiqə məşqi ala bilər. Məşq aldığı zonada 90 dəqiqədən çox oynasa da, əlavə məşq almayacaq. Əksinə, az oynadığı təqdirdə, məsələn 50 dəqiqə, ona daha az məşq verəcək – bu halda 90 dəqiqə məşqindən 50 dəqiqə məşqi.

Əgər futbolçu həftə ərzində iki müxtəlif mövqedə oynayıbsa o, məşq yenilənməsi zamanı 90 dəqiqədə daha çox təsiri olan məşqi alacaq.Fərdi təlimatlar alan oyunçuların məşq prosesinə isə bu qayda tətbiq olunmur.

Cinah mövqeli oyunçular yarımmüdafiədə məşq alanda yalnız məşqin yarısını alacaqlar. Eyni vəziyyət cinah müdafiəçilərinə də aiddir.

Oyunçunun yoldaşlıq, kubok və ya liqa matçında oynamağından asılı olmayaraq, məşq baxımından onların hamısı effektivdir.

Lakin, əgər oyunun əvvəlində meydançaya kifayət sayda oyunçu çıxmayıbsa, siz asanlıqla məğlub olacaqsınız və həmin görüşün məşqini itirəcəksiniz. Bütün həftənin məşqi itməyəcək.

Digər tərəfdən, əgər oyuna rəqibiniz kifayət qədər oyunçu çıxarmayıbsa o zaman, siz asanlıqla qalib olacaqsınız və oyuna çıxan 11 oyunçu məşq alacaq, lakin heç bir təcrübə əldə etməyəcək.

Mötərizələr kiçik təsiri ifadə edir. İkili mötərizələr isə daha kiçik təsiri ifadə edir.

Məşq növü Güclənir ….mövqelər….
Standart vəziyyətlər Standart vəziyyətlər Bütün matçı oynayan oyunçular, standart vəziyyətləri yerinə yetirənə və qapıçıya 25% bonus.
Müdafiə Müdafiə Müdafiəçilər ((Matçda oynayan bütün oyunçular))
Hücum Hücum Hücumçular ((Matçda oynayan bütün oyunçular))
Cinah Cinah Kənar yarımmüdafiəçiləri (Cinah müdafiəçiləri) ((Matçda oynayan bütün oyunçular))
Qolculuq və Cərimə Zərbələri (Hücum) (Matçda oynayan bütün oyunçular)
(Standart vəziyyətlər) ((Matçda oynayan bütün oyunçular))
Ötürmə Ötürmə Mərkəz və cinah yarımmüdafiəçiləri, hücumçular ((Matçda oynayan bütün oyunçular))
Yarımmüdafiə Yarımmüdafiə Mərkəz yarımmüdafiəçilər (Cinah yarımmüdafiəçiləri) ((Matçda oynayan bütün oyunçular))
Qapıçı Qapıçı Qapıçılar
Ötürmə (Müdafiəçilər + Yarımmüdafiəçilər) Ötürmə Müdafiəçilər, mərkəz və cinah yarımmüdafiəçiləri ((Matçda oynayan bütün oyunçular))
Müdafiə mövqeləri (Müdafiəçilər + Yarımmüdafiəçilər) Müdafiə (Qapıçılar, müdafiəçilər, mərkəz və cinah yarımmüdafiəçiləri) ((Matçda oynayan bütün oyunçular))
Cinah (Cinah + Hücumçular) Cinah Hücumçular və kənar yarımmüdafiəçiləri ((Matçda oynayan bütün oyunçular))
Fərdi (Yalnız Gənc Akademiya üçün) Oynadığı mövqedə lazım olan bacarıq(lar) (Matçda oynayan bütün oyunçular)

Misal

Komanda bu həftə “Cinah” (Cinah yarımmüdafiə) məşqi alır. Nəzərə alın ki, sizin həqiqi oyun gününüz fərqli ola bilər – Bazar günü həftə sonu liqa oynu, Çərşənbə isə həftəortası yoldaşlıq/kubok oyunları keçirilir.

  • Birinci oyunçu Bazar günü 90 dəqiqə cinah yarımmüdafiəçi kimi oynayıb amma Çərşənbə günü olan oyunda iştirak etməyib. O, 90 dəqiqə tam cinah məşqi alacaq.
  • İkinci oyunçu Bazar günü 90 dəqiqə cinah yarımmüdafiəçi kimi, Çərşənbə günü isə 90 dəqiqə hücumçu kimi oynayıb. O da 90 dəqiqə tam cinah məşqi alacaq.
  • Üçüncü oyunçu Bazar günü 50 dəqiqə cinah yarımmüdafiəçi kimi və Çərşənbə günü 90 dəqiqə cinah müdafiəçi kimi oynayıb. O 50 dəqiqə tam cinah məşqi və 40 dəqiqə az təsirli cinah məşqi alacaq.
  • Dördüncü oyunçu Bazar 40 dəqiqə cinah yarımmüdafiəçi kimi, Çərşənbə günü isə 90 dəqiqə hücumçu kimi oynayıb. O 40 dəqiqə tam cinah məşqi və 50 dəqiqə çox kiçik təsirli cinah məşqi alacaq.
  • Şamil Mustafayev 90 dəqiqə həm Bazar həm də Çərşənbə günü cinah müdafiəçisi kimi oynayır. O ancaq kiçik təsirli 90 dəqiqəlik cinah məşqi alır.
  • Beşinci oyunçu nə Bazar nə də ki Çərşənbə günü heç bir oyun oynamayıb. O, heç bir bacarığını inkişaf etdirmir.

Bacarığın düşməsi

Oyunçu 30 yaşına yaxınlaşdıqca hər həftə bacarıqlarının bir hissəsini itirir. Bacarığın düşməsinin dərəcəsi oyunçunun nə qədər yaşlı olmasından və bacarığının hansı səviyyədə olmasından asılıdır. Bacarığı nə qədər yüksək səviyyədə olarsa, onun düşməsi bir o qədər böyük olacaq. Həmçinin yaşlı oyunçular cavanlara nisbətdə daha yüksək itkidən əziyyət çəkirlər.

Məşqçi

Sizin məşqçiniz oyunçuları ruhlandırmaqda və məşq verməkdə ən əsas məsul şəxsdir.

Məşqçi qabiliyyətləri

Bacarıq: Bacarıqlı məşqçi oyunçuları gücləndirmək üçün düzgün məşq metodlarını bilir. Nə qədər məşqçiniz bacarıqlı olarsa, məşqin effekti bir o qədər çox olar. Məşqçi heç zaman səviyyə 5-dən (Əladan) yüksək ola bilməz. Bütün yeni komandalar başlayarkən səviyyə 3 (Yetərli) məşqçiyə sahib olurlar.

Liderlik: Məşq plan failiyyətindən başqa məşqçiniz həmçinin oyunçular üçün ilham mənbəyidir. Məşqçiniz nə qədər yüksək liderliyə sahib olarsa, komanda ruhu bir o qədər yaxşı olar.

Taktikalar: Sizin məşqçiniz ya hücuma meyilli, ya müdafiəyə meyilli ya da neytral ola bilər, bu da ki,ancaq oyun zamanı komandanın oyununa təsir edir. Hücuma meyilli məşqçi müdafiənin hesabına hücumu gücləndirir, və müdafiəyə meyilli məşqçi hücumun hesabına müdafiəni gücləndirir. Müdafiəyə meyilli məşqçi müdafiəni hücuma meylli məşqçinin hücumu artırmasından daha çox artırır. Neytral məşqçi nə hücuma meyllidir nə də müdafiəyə. Beləki, o, heç bir xətti gücləndirmir.

Bacarığın pisləşməsi

Sizin məşqçi bir mövsümdən çox komandada qaldıqdan sonra onun liderlik bacarığı yavaş yavaş azalmağa doğru gedir. Liderlik bacarığı “fəlakət” səviyyəsinə çatdıqdan sonra, onun məşqçilik bacarığı də azalmağa başlayır.

Məşqçinin dəyişdirilməsi

Siz məşqçidən razı olmadığınız təqdirdə, istədiyiniz vaxt onu yenisi ilə əvəz edə bilərsiniz və yaxud öz oyunçularınızdan birini məşqçi təyin edə bilərsiniz. Məşqçi etmədən öncə həmin oyunçu sizin komandanızda ən az 16 həftə olmalıdır. Bunu, sizin komandanın "Klubum" menyusunda “Heyət” bölməsindən edə bilərsiniz.

Unutmayın ki, bütün yeni alınmış məşqçilərin bacarıqları eynidir. Məsələn siz məşqçilik bacarığı səviyyə 3 (yetərli) məşqçi almısınızsa, onun bacarığı həmişə (ortalama) səviyyə 3 məşqçi olacaq olacaq (səviyyə 5, əla, məşqçi ancaq səviyyə 4, yaxşı, məşqçidən yarım pillə üstün olacaq).

Siz yeni məşqçi aldıqdan sonra, köhnə məşqçi oyunçu kimi komandada qalır. O, təkrar məşqçi ola bilməz və Siz onu sata bilməzsiniz. Əgər köhnə məşqçi Sizə lazım deyilsə onu komandadan qovun.

Kənardan məşqçinin alınması

Məşqçi axtarışına başlamazdan əvvəl, Sizə hansı növ məşqçinin lazım olduğuna qərar verməlisiniz, bundan sonra onun nə dərəcədə yaxşı olmağına qərar verirsiniz. Liderik xüsusiyyəti və məşqçilik bacarığına görə müxtəlif kombinasiyaların qiyməti müəyyən edilmiş şəkildədir. Məşqçi nə dərəcədə yaxşıdırsa, qiyməti də bir o qədər yüksək olacaq.

Liderlik
Səviyyə pis (3) zəif (4) yetərsiz (5) yetərli (6) yaxşı (7)
Səviyyə: 1 - zəif (4)
10 000 US$ 10 000 US$ 10 000 US$ 10 000 US$ 10 000 US$
Səviyyə: 2 - yetərsiz (5)
10 000 US$ 22 800 US$ 41 200 US$ 65 100 US$ 94 600 US$
Səviyyə: 3 - yetərli (6)
79 600 US$ 182 800 US$ 329 700 US$ 521 000 US$ 757 100 US$
Səviyyə: 4 - yaxşı (7)
268 700 US$ 617 100 US$ 1 112 900 US$ 1 758 500 US$ 2 555 500 US$
Səviyyə: 5 - əla (8)
4 000 000 US$ 4 388 400 US$ 7 914 600 US$ 12 505 200 US$ 18 172 500 US$

Öz oyunçunzun məşqçi təyin edilməsi

Oyunçu məşqçi olan zaman öz liderlik bacarığıni itirmir. Potensial məşqçinin təcrübəsi onun maksimal məşqçilik bacarığını təyin edir. Bununla belə, oyunçunun təcrübəsi nə qədər yüksək olsa, onun məşqçi keçməsinin xərci bir o qədər az olacaq. Beləliklə, əgər Sizin liderlik xüsusiyyəti yüksək olan təcrübəli oyunçunuz varsa, onun məşqçi kimi seçilməsi ən mükəmməl variant ola bilər. Həmçinin futbolçunun qazanacağı məqçilik bacarığı onun təcrübə səviyyəsindən yuxarı ola bilməz. Məşqçi olmaq üçün futbolçu tam sezon (16 həftə) komandanın heyətində oynamalıdır.

Maliyyə

Klubun meneceri kimi siz komandanızın maliyyə vəziyyətinə görə məsuliyyət daşıyırsız. Siz həftə ərzində klubun xərclərini ödəyir və gəlirlərini toplayırsız. Sizin liqada yeniliklərin nə vaxt baş verməsinə bu linkdə baxa bilərsiz Yerli Cədvəl səhifəsi . Məsələn, əgər siz 10 000 US$ məbləğə oyunçu alırsınızsa oyunçu komandaya dərhal keçir və "Yeni transferlər" bölməsində olan məbləğ 10 000 US$ artır .

Gəlirlər və xərclər

Maliyyə səhifəsində sizin bu həftəyə olan büdcəniz həm də keçən həftənin hesabatı göstərilir. Bu yazılar aşağıdakı kimi izah olunur:

Gəlir

Matçdan yığılan vəsait: Evdə keçirilən liqa oyunlarından və həftə arası oynanılan matçlardan yığılan gəlir. 10-cu fəsilə 'Stadion' bax, burada siz matçdan yığılan vəsait barədə daha çox informasiya alacaqsınız.

Sponsorlar: Hər həftə siz sponsorlardan müəyyən məbləğdə pul alırsız. Əlavə məlumat üçün 'Azarkeşlər və sponsorlar' fəsilini yoxlayın.

Oyunçu satışı: siz oyunçunu satdıqda gəlir burada göstərilir. Daha ətraflı məlumat üçün 'Transfer" bölümünə baxın.

Komissioner mükafatları: Əgər siz əvvəlki və ya ana klub olduğunuza görə pul almısınızsa, bu barədə məlumat burada göstəriləcək. Daha ətraflı məlumat üçün 'Transfer" fəslinə baxın

Digər vəsaitlər: Digər gəlirlər burada yığılır, məsələn fan klubun gəlirləri və mükafatlar.

Xərclər

Əmək haqqları: Hər həftə siz oyunçularınıza əmək haqqı verirsiniz. Hər oyunçuya görə siz 250 US$ odəyirsiz və üstəlik onun bacarıqları və yaşından asılı olaraq müəyyən məbləğ. Xarici oyunçulara görə 20% əlavə pul ödənilir.

Stadion xidməti: Stadionun həftəlik xərcləri. Əlavə məlumat üçün 10-cu fəsilə 'Stadion' bax.

Stadion inşası: Stadionu yenidən inşa etmək və ya sökmək xərc tələb edir.

İşçi heyəti: Heyət üzvünün səviyyəsindən (1-dən 5-ə kimi) və müqavilənin müddətindən (1-16 həftə arası) asılı olaraq, hər işçiyə həftədə 1 020 US$ ilə 33 840 US$ arasında olan məbləğdən pul ödənilir.

Gənc oyunçuların cəlb edilməsi: Sizin futbol akademiyasının həftəlik xərcləri və ya yeni istedadlı gənclərin tapılmasında kəşfiyyatçılara ödənilən pullar.

Yeni alınmış oyunçular: sizin transferdə yeni oyunçuların alınması üçün xərcləriniz burada göstərilir. Daha ətraflı məlumat üçün 'Transfer" fəslinə baxın.

Digər xərclər: Qalan xərclər burda yığılır, məsələn işçiləri işdən çıxarmaq və ya gənc oyunçuları əsas heyətə cəlb etmək.

Faiz: Əgər sizin borcunuz varsa siz hər həftə faiz ödəməlisiz.

Pul fondu və İdarə heyətinin ehtiyatları

İdarə heyəti maaş, oyunçuların transfer pulları və ya stadion lahiyələri üçün xərclənə biləcək pul miqdarını məhdudlaşdırır. Bu sərmayedən artıq olan pul klubun gələcəyininin stabilliyini qorumaq üçün ehtiyatda saxlanılacaq. Əgər lazım olarsa, idarə heyəti ehtiyat pulu müəyyən tənzimləmə ilə istifadəyə verəcək.

Heyət üzvlərindən biri olan Maliyə Direktoru pul fondunu və geri götürüləcək pul ehtiyatının miqdarını artıra bilər.

Borclar və iflas

Balansınız sıfır olsa belə, pul xərcləməyinizə mane olacaq heç nə yoxdur. Kiçik bir borcunuz ola bilər və hələ də pul xərcləyə bilərsiniz, məsələn, oyunçu ala bilər və ya məşqçi işə götürə bilərsiniz. Borcda 500 000 US$ limiti vurduqdan sonra xərcləmə seçimləriniz məhdudlaşacaq. Daha sonra bankda 500 000 US$ müəyyən limitə qədər kredit xəttiniz olacaq. Qırmızı rəngə daxil olanda borc məbləğinizə ağır faiz ödəməyə hazır olun. Əgər klubun borcları 500 000 US$ məbləği keçərsə siz iflas olmaq barədə xəbərdarlıq alacaqsız. Xəbərdarlıqdan iki həftə sonra klubun xərcləri hələ də 500 000 US$ məbləğini keçirsə sizin komanda Hattrick sistemindən çıxarılacaq. Nəzərə alın ki, komandanın "təhlükəsiz zona"ya düşmək üçün satıla biləcək bahalı oyunçuları və ya ehtiyatda çoxlu pulu varsa, o zaman komanda müflis olmayacaq (ancaq cari hesabınızdan yüksək faizlər ödəyəcəksiniz).

Azarkeşlər və sponsorlar

Sponsorlar və azarkeşlər komandanın əsas gəlir mənbəyini idarə edirlər. Buna görə məsləhətlidir ki, onlarla yaxşı əlaqədə olub onların əhvalını yüksək səviyyədə tutmağa çalışasız – sonda faydasını görəcəksiz.

Azarkeşlərin əhvalı

Fan klubunuzun üzvləri komandanın maliyyəsində çox böyük rol oynayır. Üzvlük haqqları (30 US$/üzv) mövsümdə bir dəfə ödənilir, amma sizin bilet satışlarından gələn gəlir onların əhvalından daha çox asılıdır.

Onların əhvallarını yüksək tutmağın və daha çox azarkeş cəlb etməyin ən asan yolu onların gözləntilərinə oxşamaq və ya ondan da artığına nail olmaqdır. Azarkeşlərin hal-hazırkı əhvalını azarkeşlər səhifəsində görə bilərsiz.

Mövsüm gözləntiləri

Hər mövsümün əvvəlində azarkeşlər sizə komandadan nəyi gözlədiklərini deyəcəklər. Onların gözləntiləri öncəki mövsümdən asılı olacaq, yani azarkeşlər o zaman nəyi gözləyirdilər və sonda nəticə necə olmuşdur.

Komandanızın liqa sistemində qalxmasından (və ya düşməsindən) asılı olaraq azarkeşlər sizin yeni vəziyyətinizə uyğunlaşmağa çalışacaqlar. Əgər yenicə yuxarı liqaya qalxmısınızsa, azarkeşlər sizdən çox şey gözləməyəcəklər. Amma əgər siz illər boyu eyni liqada qalacaqsınızsa, o zaman azarkeşlər daha çox şey istəməyə meyilli olacaqlar.

Oyun gözləntiləri

Mövsüm gözləntiləri hər oyun üçün olan gözləntilərə təsir edir. Azarkeşlər səhifəsində azarkeşlər hər oyundan nələr gözlədiklərini görə bilərsiz. Ümumiyyətlə, evdə oynadığınız zaman azarkeşlər sizdən daha çox şey gözləyəcəklər.

Əgər oyunun nəticəsi onların gözlədiyi nəticə ilə eynidirsə, o zaman qələbə halında onlar sizdən razı qalacaqlar (və ya onların gözləmədiyi kimi məğlub olduğunuz halda isə çox da üzülməyəcəklər). Əgər nəticə onların gözlədiklərindən də yaxşıdırsa, onların əhvalı bir az da yaxşı olacaq. Amma əgər nəticə onların gözlədiklərindən pisdirsə, bu onların əhvalına mənfi təsir edəcək. Mövsümün ilk liqa oyunlarında azarkeşlərin nəticələrə reaksiyası bir az mülayim olacaq.

Mövsümün əvvəlində oyun gözləntiləri hər iki komandanın azarkeşlərinin mövsümi ümidlərindən asılı olacaq. Mövsüm irəlilədikcə, hər iki komandanın liqadakı faktiki mövqeyi və xal miqdarı daha vacib sayılır. Kubok oyunlarında hər iki komandanın azarkeşlərinin oyun gözləntiləri ancaq mövsümi ümidlərindən (liqa səviyyəsi də daxildir) asılıdır.

Komanda münasibəti və sizin pul ehtiyatınız azarkeşlərə təsir edir

Oyunçulara “Sakit oyna” və ya “Mövsümün Oyunu” demək də həmçinin azarkeşlərin oyun olan reaksiyasına təsir edir. Əgər nəticə gözləniləndirsə (və ya daha yaxşıdırsa), Sakit Oyna müsbət effekti azaldacaq və Mövsümün Oyunu isə müsbət effekti artıracaq.

Əgər nəticə gözlənildiyindən pisdirsə, sakit oynamaq mənfi effekti artıracaq və mövsümün oyunu isə mənfi effekti azaldacaq.

Əgər pul ehtiyatınızda çoxlu pulunuz vardırsa, azarkeşlərinizi razı salmaq bir qədər çətindir, çünki onlar düşünürlər ki, uğur əldə etmək üçün yetəri qədər pul yatıra bilərsiz. Varlı klubların azarkeşləri kasıb klubların azarkeşlərindən fərqli olaraq məğlubiyyətlərə kəskin, qalibiyyətlərə isə zəif reaksiya göstərirlər. Komandanın nə qədər çox pulu olarsa, bir o qədər bu hisslər yüksək mahiyyətə malikdir.

Sponsorlar

Sponsorlar komandanız üçün əlavə gəlir mənbəyidirlər. Azarkeşlərlə olduğu kimi, daha uğurlu komandalara sponsorlar daha çox pul yatırmaq istəyirlər. Ancaq sponsorlar da bir-biriləri ilə rəqabət aparırlar və fərqli strategiyalara uyğun pul yatırmaq istəyirlər, və bunu da ağıllır menecerlər öz xeyirlərinə istifadə edə bilərlər.

Yeni mövsüm başlamadan öncə, 16-cı Həftədə, qarşıdan gələn mövsüm üçün sponsor təklifləri irəli sürülür.

Liqalarda olan hər bir kluba müəyyən təklifi seçmək imkanı verilir, ancaq məbləğ azarkeş qrupunun üzvlərinin sayından, həmçinin diviziondan asılıdır. Bu isə o deməkdir ki, hər bir kluba xüsusi təkliflər ediləcək ki, bununla bağlı da menecer diqqətli seçim etməlidir.

Hər bir müqavilənin şərtlərinə stabil həftəlik ödəniş daxildir. Bundan əlavə olaraq, müqavilədə bir və ya bir neçə bonus ödənişlər də nəzərdə tutulur. Bu ödənişlərin bir qismi asan əldə oluna bilsə də, bir qismi müəyyən risklərə bağlıdır. Müqavilələrin müddəti hər mövsümün sonunda bitir və seçim etmək üçün yeni müqavilələr təklif olunacaq.

Əgər seçim etməsəiniz, İdarə Heyəti sizin əvəzinizə bu seçimi edəcək. İdarə heyət hər zaman daha az riskli olan müqaviləni seçir, bu isə daha az potensial məbləğ deməkdir.

Stadion

Sizin klubunuz kiçik stadionla öz fəaliyyətinə başlayacaq, hansını ki, siz Hattrick karyeranız ərzində təkmilləşdirə bilərsiniz. Stadion səhifəsində stadion haqqında bütün məlumatları görə bilə və idarə edə bilərsiniz.

Gəlir və xərclər

Stadionun 4 fərqli yer növləri var, hər birinin öz gəlir mümkünlüyü və həftəlik təmir xərclər var (hansını ki, hər həftə ödəməlisiniz)

  Gəlir Həftəlik xərclər
Terras yerlər 7 US$ 0.5 US$
Adi oturacaqlar 10 US$ 0.7 US$
Dam altında yerləşən oturacaqlar 19 US$ 1 US$
VİP sektorda yerləşən oturacaqlar 35 US$ 2.5 US$

Oyun protokolundan görə bilərsiniz ki, hansı növ yerlərdən neçə yer satılıb. Oyundan gələn gəlir isə klublar arasında oyun növündən asılı olaraq fərqli paylanır:

Liqa oyunları: Bütün gəliri ev sahibi götürür.

Kubok matçları: Ev sahibi gəlirin 67%-ini, qonaq komanda isə gəlirin 33%-ini əldə edir. Son 6 turda isə matçlar neytral meydanda oynanıldığı üçün oyun gəlirləri 2 yerə bərabər bölünür.

Yoldaşlıq görüşləri və seçmələr: Gəlir bərabər bölünür

Tamaşaçıların sayı:

Sizin stadiona gələn tamaşaçıların sayı fanatlarınızın sayından asılıdır. Əsas faktor isə fanatlarınızın əhval-ruhiyyəsi və onların sayıdır. Liqa oyunları üçün sizin sıralamada neçənci yerdə olmağınız, rəqib komanda ilə aranızda olan yer fərqi də vacib faktorlardandır.

Rəqib komandanın fanatlarının sayı, əhval-ruhiyyəsi də oyuna baxmağa gələnlərin sayını artıra bilər. Beləki, rəqib komandanın tərəfdarları da oyuna baxmaq üçün gələ bilərlər. Mövsümün sonuna yaxın tərəfdarların marağı daha çox olur. Ümumiyyətlə, mövsümün sonunda tribunalarda olan tərəfdarların sayı mövsümün əvvəlindən daha çox olur.

Hava durumu da stadiona gələnlərin sayına təsir göstərir. Pis hava şəraitində oyuna baxmağa daha az tamaşaçı gələcək, lakin gələnlər dam örtüyünün altında oturmaq üçün bahalı bilet alacaqlar. Beləliklə, əgər sizin stadionda müxtəlif tipli yerlər varsa, oyundan gələn gəlir təxminən yaxşı havadakı qədər olacaq.

Stadionun təkmilləşdirilməsi

Stadionunuzu təkmilləşdirmək üçün tikinti şirkətinə stadionun inşası barədə sifariş verirsiz. Bu bir qədər vaxt alacaq – bir həftə və ya daha çox, razılığın həcmindən asılı olaraq. Bütün mövcud yerlər tikinti zamanı yerində qalır. Hər dəyişikliyə görə 10 000 US$ ödəyirsiniz, əlavə etmək və ya sökmək istədiyiniz hər oturacağın məbləği ilə bərabər:
  Tikinti işlərinin dəyəri Sökmə işlərinin dəyəri
Terras yerlər 45 US$ 6 US$
Adi oturacaqlar 75 US$ 6 US$
Dam altında yerləşən oturacaqlar 90 US$ 6 US$
VİP sektorda yerləşən oturacaqlar 300 US$ 6 US$

Azarkeşlərinizə təklif etmək üçün fərqli növ oturacaq yerlərin olması yaxşı fikirdir. Ən çox insan terrasalara bilet almaq istəyəcəklər, buna görə həmin yerlər digər oturacaq növlərinin içində çoxluğa malik olmalıdırlar. Bəzi tamaşaçılar rahat oturacaqları olduğu təqdirdə oyuna gələcəklər (bəziləri isə dam örtüklü oturacaqların olmalarını tələb edəcəklər), buna görə bunlardan daha çox tikməlisiniz. Həmçinin komandanı mədəni və sakit şəkildə izləməyə gələn bir qrup şəxslər VİP oturacaqlarda oturmağı üstün tutacaqlar, onlar çox deyillər, lakin, sössüz ki, siz onları unutmaq istəməzsiniz. Pis hava şəraiti üstü örtülü sektorlara və VİP yerlərə digər yerlərdən fərqli olaraq təsir etməyəcək.

Heyət

Heyət mütəxəssisləri komandanız üçün çox vacib rol oynamaqla birgə klubunuzun inkişafı üçün çalışır. Heyətiniz matç günü oyunda olmaya bilər, lakin onlar həftələr boyu oyunçularla işləyəcək və klub üçün digər vəzifələri yerinə yetirəcək. Onlar baş məşqçiyə əlavə olaraq biz menecerlər üçün onun göstəricisidir ki, komandada lazımi insanlar mövcuddur.

Heyətin təsiri və bacarıq səviyyəsi

Heyət üzvünü işə götürərkən bonus şəklində mövcud komanda statistikasında tədbiq olunur. Siz bu bonusu hər zaman görə biləcəksiniz. Lakin komanda statistikası çox dinamik olduğuna görə və müxtəlif faktorlardan asılı olduğuna görə yenı işçi heyətinin hesabına əldə edilmiş effekti əvvəlcədən dəqiq demək olmur. Bircə şeydən əmin ola bilərsiniz ki, düzgün istiqamətdə hərəkət edirsiniz. Yüksək bacarıq səviyyəsinə malik olan heyət üzvləri tabii olaraq daha yüksək bonus effekti nümayiş etdirirlər. Bu bonuslar xəttidir- yani hər əlavə bacarıq səviyyəsi hər zaman əvvəlki bacarıq səviyyəsindən daha çox təsir göstərir. Əgər eyni kateqoriyada sizin bir neçə heyət üzvünüz varsa, onların bonusları birləşir və yalnız bir dəfə tədbiq olunur. Beləliklə, bir səviyyəli 4 Köməkçi Məşqçi 2 səviyyəli 2 Köməkçi Məşqçi qədər effekt verir. Hər şeyi asanlaşdırmaq üçün, hazırki heyətin və ya işə götürmək istədiyiniz hər hansı heyətin cari bonusunu hər zaman görə biləcəksiniz. Bu bölmənin sonunda tapa biləcəyiniz cədvəldə bütün heyət kateqoriyaları və bonusları əks olunur.

Heyətinizin ölçüsü

Ümumilikdə siz 4 heyət mütəxəssisini işə götürə bilərsiniz. Eyni zamanda siz 2 köməkçi məşqçini işə götürə bilərsiniz. Digər heyət kateqoriyalarında İdarə Heyətiniz eyni zamanda yalnız 1 işçiyə icazə verir.

İşə götürmək və qovmaq

Yeni heyət üzvü işə götürərkən, siz ona maksimum 16 həftəlik müqavilə təklif edə bilərsiniz. Müqavilə nə qədər uzunmüddətli olarsa müqavilənin məbləği də bir o qədər az olur. Əgər sizin planlarınız dəyişərsə və sizə yeni işçi üçün yer lazım olarsa, siz müqaviləyə vaxtından əvvət xitam verə bilərsiniz. Bunu etdiyiniz zaman onunla bağladığınız uzun müddətli müqavilə ilə qısa müddətli müqavilə arasında olan fərqinin iki mislini ödəməli olacaqsız və beləliklə planlarınızı dəyişmək sizin üçün baha başa gəlir. Həmçinin, heyət üzvü heç vaxt müqavilənin ilk həftəsindən tez və müqavilənin son həftəsində işdən qovula bilməz. Bu amillərdən başqa, heyət üzvlərini dəyişərkən digər əlavə məhdudiyyətlər mövcud deyil.

Müqaviləni bitir

Müqaviləyə xitam verərkən, uzun müddətli müqavilənin o qısa müddətli müqaviləyə kimi ödəmədiyiniz fərqin iki mislini ödəməli olacaqsız. Məsələn əgər sizin 3-cü səviyyəli 13 həftəlik müqaviləniz varsa və ona 8-ci həftədə xitam vermək istəsəz, bu günə kimi 8 dəfə həftəlik maaşı 4 800 US$ olan məbləği, toplamda isə 38 400 US$ ödəyibsiz. Ancaq, əgər siz 8 həftəlik müqavilə imzalasaydız 8 dəfə 6 000 US$-lik məbləğ və ya toplam 48 000 US$ ödəyəcəkdiz. Ödəmədiyiniz məbləğ 9 600 US$ olacaq və xitam vermə sizə 19 200 US$ məbləğə başa gələcək.

Məbləğ/həftə

Müqavilənin müddəti Səviyyə 1 Səviyyə 2 Səviyyə 3 Səviyyə 4 Səviyyə 5
1 həftə 2 115 US$ 4 230 US$ 8 460 US$ 16 920 US$ 33 840 US$
2 həftə 2 055 US$ 4 110 US$ 8 220 US$ 16 440 US$ 32 880 US$
3 həftə 1 890 US$ 3 780 US$ 7 560 US$ 15 120 US$ 30 240 US$
4 həftə 1 770 US$ 3 540 US$ 7 080 US$ 14 160 US$ 28 320 US$
5 həftə 1 710 US$ 3 420 US$ 6 840 US$ 13 680 US$ 27 360 US$
6 həftə 1 650 US$ 3 300 US$ 6 600 US$ 13 200 US$ 26 400 US$
7 həftə 1 575 US$ 3 150 US$ 6 300 US$ 12 600 US$ 25 200 US$
8 həftə 1 500 US$ 3 000 US$ 6 000 US$ 12 000 US$ 24 000 US$
9 həftə 1 440 US$ 2 880 US$ 5 760 US$ 11 520 US$ 23 040 US$
10 həftə 1 380 US$ 2 760 US$ 5 520 US$ 11 040 US$ 22 080 US$
11 həftə 1 320 US$ 2 640 US$ 5 280 US$ 10 560 US$ 21 120 US$
12 həftə 1 260 US$ 2 520 US$ 5 040 US$ 10 080 US$ 20 160 US$
13 həftə 1 200 US$ 2 400 US$ 4 800 US$ 9 600 US$ 19 200 US$
14 həftə 1 140 US$ 2 280 US$ 4 560 US$ 9 120 US$ 18 240 US$
15 həftə 1 080 US$ 2 160 US$ 4 320 US$ 8 640 US$ 17 280 US$
16 həftə 1 020 US$ 2 040 US$ 4 080 US$ 8 160 US$ 16 320 US$

Heyət növləri

Köməkçi Məşqçi

Köməkçi Məşqçilər tərəfindən verilən məşqin sürət bonusu komandanızın mövcud məşq effektivliyinə əlavə olunur. Köməkçi məşqçiləri götürməzdən öncə əmin olun ki, sizin yaxşı məşqçiniz var. Lakin sizin etibarlı məşqçiniz varsa, o zaman bir neçə bacarıqlı Köməkçi Məşqçinin işə götürülməsi məşqə diqqət yetirən komanda üçün yaxşı strategiya ola bilər.

Səviyyə Məşq Sürəti Zədə Riski Forma
Səviyyə: 0
Bonus yoxdur 40% Bonus yoxdur
Səviyyə: 1
+3,5% +2,5% +0,05
Səviyyə: 2
+7% +5% +0,1
Səviyyə: 3
+10,5% +7,5% +0,15
Səviyyə: 4
+14% +10% +0,2
Səviyyə: 5
+17,5% +12,5% +0,25

Təsir Məlumatları

Bu bonus mövcud məşq effektivliyini əks etdirən hissəyə əlavə olunur. Məsələn, əgər sizin məşqçinizin səviyyəsi yaxşıdırsa, 100% məşq intensivliyi, 10% dözümlülük olduğu halda, 22 yaşlı üstün yarımmüdafiəçinin bu cür məşq sürətlərinə nail olmaq olar:

Məşqçisiz: növbəti səviyyə 8 həftəyə
Səviyyə 5 bacarıqlı məşqçi: növbəti səviyyə 7 həftəyə
Səviyyə 10 bacarıqlı məşqçi kombinasiyası: növbəti səviyyə 6 həftəyə.

Eyni zamanda siz 2 Köməkçi Məşqçi işə götürə bilərsiniz. Əgər sizin bir neçə Köməkçi Məşqçiniz varsa, toplam bacarıq səviyyələri bir bonus verəcək. Bu o deməkdir ki, 4-cü Səviyyəli Köməkçi Məşqçi iki 2-ci Səviyyəli Köməkçi Məşqçi qədər effekt verir.

Məşq təsirindən başqa, Köməkçi Məşqçilərin ikili təsiri var. Formaları qaldırır, amma həmçinin zədə riskini də artırır.

Zədə riski hər oyun üzrə zədələrin orta sayına görə hesablanır, hər oyunçuya yox, komandaya görə. Əsas ölçü komandanız üçün hər oyuna 0.4 zədədir. Həkimlrin sayı 5 olduqda isə bu rəqəm 0.025 qədər azaldıla bilər. Köməkçi Məşqçilər yüksək zədə alma riskinə səbəb ola bilər: hər bacarıq səviyyəsinə görə və hər oyun üzrə 0.025. Bu o deməkdir ki, 5-ci səviyyəli Köməkçi Məşqçi sizin əsas zədə riskinizi hər oyun üzrə 0.525-ə qədəq artırır (5 səviyyəli Həkim ilə 0.15) və 5-ci səviyyəli iki Köməkçi Məşqçi sizə hər matç üzrə 0.65 zədə riski əlavə edəcək (5-ci səviyyəli Həkim ilə 0.275).

Əvvəlcədən də qeyd olunduğu kimi, Köməkçi Məşqçilər oyunçunun arxa fonda olan formasını qaldırmağa kömək edir. Əgər sizin Köməkçi Məşqçilərinizin tam 10 bacarıq səviyyəsi varsa, arxa fonda olan forma 0.5 qalxacaq. Başqa cürə desək, iki 5-ci səviyyəli Köməkçi Məşqçi 5-ci səviyyəli Forma Məşqçisinin verə biləcəyi təsirin yarısını verir.

Kateqoriyalara qayıt

Həkim

Medics are responsible for the overall physical condition of your players. This means they work both proactively to prevent injuries as well as with the rehabilitation of any players that do get injured. Having a Medic on the team will reduce injury risk as well as decreasing the recovery time for injured players.

Səviyyə Sağalma Sürəti Zədə Riski
Səviyyə: 0
Bonus yoxdur 40%
Səviyyə: 1
+20% -7,5%
Səviyyə: 2
+40% -15%
Səviyyə: 3
+60% -22,5%
Səviyyə: 4
+80% -30%
Səviyyə: 5
+100% -37,5%

Təsir Məlumatları

Every time your team plays a match, there is a certain injury risk for your players. Having a Medic on staff will reduce the base injury risk for your team. A level 5 Medic will reduce the base injury risk from 0.4 injuries per match to 0.025 injuries per match, but be aware that other factors - such as hiring Assistant Coaches - may increase the risk.

If a player experiences an injury, Medics also help speed up their recovery. In Hattrick, injuries show up with an estimated recovery time in weeks. During every daily update, the player recovers a little bit on his way to 90 % health (when he can play again, but is still bruised) and then, ultimately, to 100 % health, when he has no sign of the injury left.

The graph shows how much faster a player will recover fully from the same injury, depending on whether or not you have a Medic. With no Medic, a 19 year old player will take 3 weeks to recover. With a level 2 Medic he will take around 2 weeks to recover. With a level 5 Medic this reduces to approximately one and a half weeks.

A 29 year old player with the same injury would take 6 weeks to recover with no Medic. A level 1 Medic reduces this to about 5 weeks. A level 5 Medic reduces it further to just under 3 weeks.

Kateqoriyalara qayıt

İdman Fizioterapevti

The mental game is almost as important as the physical one. Hiring a Sports Psychologist can really help you create a winning atmosphere. This staff member will help you maintain your team's confidence in their own game as well as help nurture the team spirit of the whole squad.

Səviyyə Komanda ruhu Komanda güvənliyi
Səviyyə: 0
Bonus yoxdur Bonus yoxdur
Səviyyə: 1
+0,1 +0,2
Səviyyə: 2
+0,2 +0,4
Səviyyə: 3
+0,3 +0,6
Səviyyə: 4
+0,4 +0,8
Səviyyə: 5
+0,5 +1

Təsir Məlumatları

Team spirit is driven by the team attitude you set for previous games. Immediately after a game team spirit may get a boost or drop lower, depending on which team attitude was used. But at each daily update the team spirit then tends to normalise, which means if it is high then it will slowly drop and if it is low then it will slowly recover. A Sports Psychologist can help you improve this process by raising the base value toward which your team spirit moves naturally. A higher base value means that high team spirit values will fall slower and low ones will rise faster. The bonus received is one tenth of a level per skill level employed. This means a level 5 Sports Psychologist will increase your team spirit base value by half a level of team spirit.

Your team's confidence is also helped by the Sports Psychologist. Confidence is primarily driven by your team results and how many goals you've scored. But the Sports Psychologist adds a bonus to confidence as well. This bonus equals one full level of confidence for a Level 5 Sports Psychologist, or one fifth of a level of confidence per skill level employed.

Kateqoriyalara qayıt

Forma Məşqçisi

Player performance is not only down to technical skills and physical stamina. Players tend to go in and out of form, and many factors can influence this, not least mental ones.

The Form Coach specialises in getting the most out of the player material you have. He keeps the squad match fit and motivated. Hiring a form coach is not a quick fix, neither is the effect permanent - but for some teams and some situations it can be a good solution.

Səviyyə Forma
Səviyyə: 0
Bonus yoxdur
Səviyyə: 1
+0,2
Səviyyə: 2
+0,4
Səviyyə: 3
+0,6
Səviyyə: 4
+0,8
Səviyyə: 5
+1

Təsir Məlumatları

The form of a player is a measure of how close he is to be performing at his maximum potential. The value you see on the player is the current form, and this is what is used in the match simulation. However, the current form always has a trend and the value the form is moving toward is called the background form. By using a Form Coach you will receive a bonus to your background form updates. Whenever background form is recalculated (this happens on average every second week) each skill level of the Form Coach will bump the background form higher by 0.2 levels. This means a level 5 Form Coach will add a whole level of background form to your player when the update is applied. Please note that background form can still drop, but that your average over time will be higher.

Kateqoriyalara qayıt

Maliyyə Direktoru

Maliyyə Direktoru menecerin iqtisadi dəyişiklik etmək qabiliyyətini artırır. Bu ANCAQ varlı klubların menecerləri üçündür.

(Əgər siz yeni menecersizsə, sizin Maliyyə Direktoruna ehtiyacınız yoxdur.)

Normally, the Board will set a limit to the money available in cash to the manager for expenses such as salaries, player transfer fees, or stadium projects. Any assets beyond this working capital will be reserved by the Board to ensure the future stability of the Club. If needed, the Board will release money from the reserves into the working capital, but only at a measured rate. Surplus working capital will be converted into reserves at a rate of 2 % of the total cash per week.

Heyətinizə Maliyyə Direktoru götürməklə daha çox nağd əldə bilə və ehtiyat fondundan daha sürətli şəkildə pul götürə bilərsiz. Qarşılığında, İdarə Heyətinin icazə verdiyi limitdən daha çox pul xərcləməyə imkan yaradacaq. Komandada Maliyyə Direktorunun olması bir neçə mövsüm ərzində topladığınız pulları Kubok və ya liqa çempionluğu üçün sürətli şəkildə istifadə etməyə şans verir.

Səviyyə Maksimum Büdcə Qaytarılan/həftə
Səviyyə: 0
15 000 000 US$ 50 000 US$
Səviyyə: 1
17 000 000 US$ 100 000 US$
Səviyyə: 2
19 000 000 US$ 200 000 US$
Səviyyə: 3
21 000 000 US$ 300 000 US$
Səviyyə: 4
23 000 000 US$ 400 000 US$
Səviyyə: 5
25 000 000 US$ 500 000 US$

Example: Team Tycoon has accumulated 40 000 000 US$ in funds. Without a Financial Director, the Board will only allow the manager access to 15 000 000 US$ at a time. If the manager spends 2 000 000 US$, and the new cash balance is 13 000 000 US$, the Board will again make investment funds available to the manager, but only at the slow rate of 50 000 US$ a week.

Now Team Tycoon hires a Level 3 Financial Director. The Board becomes more confident that cash is handled responsibly. The allowed working capital is increased to 21 000 000 US$ and the weekly release rate is bumped up to 300 000 US$. As long as the Club’s current accounts stands below 21 000 000 US$, an extra 300 000 US$ per week will be transferred automatically by the Board from the reserves. If cash grows beyond 21 000 000 US$, for example through player sales, money instead starts flowing into the reserves at a rate of 2 % of the total cash, per week.

Kateqoriyalara qayıt

Taktiki köməkçi

Taktiki köməkçini işə götürmək komandanın oyununu strateji dəyişiklərlə və qabaqcıl düzülüşlərlə yaxşılaşdıracaq. Taktiki köməkçinin mövcudluğu əsasən qısa müddət ərzində komandanın oyununda hiss olunacaq. O, yalnız növbəti matç üçün effekt verir. Komandanın taktiki köməkçiyə ehtiyacı olduğu zaman işə götürməyi unutmayın.

Səviyyə Əlavə əvəzetmə / təlimat Oynama üslubu müxtəlifliyi
Səviyyə: 0
Bonus yoxdur Bonus yoxdur
Səviyyə: 1
+1 +20pp
Səviyyə: 2
+2 +40pp
Səviyyə: 3
+3 +60pp
Səviyyə: 4
+4 +80pp
Səviyyə: 5
+5 +100pp

Təsir Məlumatları

Hər oyun üçün nəzərdə tutulmuş beş dəyişiklikdən əlavə (məsələn əvəzetmələr, oyunçunun davranışını və ya mövqeyini dəyişdirmək) indi taktiki köməkçinin hər səviyyəsinə uyğun olaraq daha bir əlavə dəyişiklik edə bilərsiz. 5-ci səviyyəli taktiki köməkçi ilə siz maksimum 10 dəyişiklik edə bilərsiz. Nəzərinizdə saxlayın ki, taktiki köməkçinin də olmasına baxmayaraq siz oyun ərzində əvvəlki kimi yalnız 3 əvəzetmə edə bilərsiz.

Oyun üslubu 100% müdafiə meyilli (müdafiəyə meyilli məşqçilərə xas olan bir xüsusiyyət) və 100% hücuma meyilli (hücuma meyilli məşqçilərə xas olan bir xüsusiyyət) olaraq mərkəz nöqtədə neytral səviyyədə olur. Siz bunu hər oyun üçün matç təlimatları bölməsində təyin edə bilərsiz. Burada siz məşqçinin oyun üslübundan və taktiki köməkçinin hər səviyyəsindən asılı olaraq oyun üslubunda 20fb (faizlər üzrə bal) dəyişiklik etmə şansı qazanacaqsız.

Məsələn, əgər sizin müdafiə meyilli məşqçiniz və 5-ci səviyyəli taktiki köməkçiniz varsa, sizin mümkün oynama üslubunuz 100% müdafiədən neytrala qədər dəyişə bilər. Əgər sizin 5-ci səviyyəli taktiki köməkçiniz və balanslı məşqçiniz varsa, sizin mümkün taktiki göstərişləriniz neytraldan hər iki istiqamətə doğru eyni dəyişəcək yəni 50% müdafiəyə doğru, 50% isə hücuma doğru.

Matç başlayarkən taktiki köməkçi işçi heyətində olmalıdır. Əgər siz matç təlimatlarını taktiki köməkçiniz olan müddətdə quraşdırsanız və daha sonra taktiki köməkçini işdən qovsanız və ya müqaviləni yeniləməsəniz, o zaman matç əlavə dəyişiklər olmadan və hazırki məşqçinin oyun üslubuna uyğun oynanılacaq.

Düzülüş: Təcrübə və çaşqınlıq

Taktiki düzülüşün keyfiyyəti

Sizin komanda istədiyiniz hər bir taktiki düzülüşdə oynaya bilər, lakin oyunçularınız əvvəllər oynamadıqaları düzülüşlərdə oynasalar onlarda çaşqınlıq yarana bilər. Çaşqınlığın yaranmaması üçün komanda müxtəlif düzülüşlərdə oynayıb təcrübəsini artırmalıdır. Siz hər dəfə meydana çıxdığınız taktiki düzülüşlərə görə təcrübə qazanırsız (turnir, dağ, duel və Hattrick Masters matçları deyil, yalnız yoldaşlıq oyunları və rəsmi görüşlər nəzərə alınır). Təcrübənin nə qədər çox qazanılması məşqlərdə olduğu kimi komandanın həmin düzülüşdə nə qədər oynamasından asılıdır (90 dəqiqə maksimum). Bununla belə, texniki qalibiyyət əldə etsəniz və start heyətinizdə ən azı 9 oyunçu meydana çıxarsanız, matç 90 dəqiqə oynanılmış kimi düzülüş təcrübəsi də əldə edəcəksiniz. Ən azı 9 oyunçudan ibarət matç təlimatları göndərməsəniz və digər funksionerləri sizin üçün ilkin heyəti seçərsə, oyunçularınız heç bir düzülüş təcrübəsi əldə etməyəcəklər.

Düzülüş təcrübəsi nə qədər yüksək olarsa, onun təcrübəsini yüksəltmək bir o qədər çətinləşir. Bir müddət müəyyən düzülüşdən istifadə etməsəniz, həmin düzülüş təcrübəsi azalacaq. Bir oyunçu satarkən az da olsa düzülüş təcrübəsini itirmək riski də var.

Çaşqınlıq

Əgər konkret düzülüşdə təcrübə kifayət qədər deyilsə onda həmən düzülüşdə oynayan zaman oyunçularda çaşqınlıq yaranması faizi artır. Düzülüşün keyfiyyətinin əla və ya yaxşı dərəcələrində çaşqınlıq riski demək olar ki olmur. Siz taktiki keyfiyyətin az olduğu düzülüşdə meydana çıxırsızsa o zaman oyunçuların oz təcrübələri hesabına komanda özünəinam hissini bərpa edə bilər.

Taktiki düzülüş keyfiyyəti nə qədər az olarsa oyunçuların özünəinam hissi bir o qədər aşağı düşür. Əgər oyunda çaşqınlıq yaranarsa onda matçın hesabatında bu göstərilir. Oyunun təşkili "çox pis" səviyyədədirsə bu o deməkdir ki, komandanın işləri heç də yaxşı getmir, bundan sonra oyunun təşkilinin səviyyəsi "yaxşı" səviyyəyə qalxarsa bu oyuna məhdud şəkildə təsir edəcək. Əgər oyunçularınızda birinci hissədə və ya əlavə olunmuş hissələrdən əvvəl çaşqınlıq yaranırsa, o zaman məşqçi fasilə zamanı oyunçulara əlavə tapşırıqlar verməklə vəziyyəti düzəldə bilər.

Oyunçuların fərdi təcrübəsi

Təcrübə futbolçunun oyununa müsbət təsir göstərir. Futbolçular oynadıqları matçlara əsasən fərdi şəkildə təcrübə qazanır. Milli və Diviziya kubok oyunları liqa oyunlarına nisbətən iki dəfə çox təcrübə qazanmaq imkanı yaradır. Challenger və Consolation kuboku oyunçulara liqada qazanılan təcrübənin yarısını verir. Beynalxalq yoldaşlıq matçları liqa matçlarına nisbətən beş dəfə az, yerli klublarla oynanılan yoldaşlıq matçları isə beynalxalq yoldaşlıq matçlarından iki dəfə az təcrübə qazanmaq imkanı verir. Milli komandalar səviyyəsində olan matçlar və Hattrick Masters oyunları isə maksimal təcrübə qazanmaq üçün daha əlverişlidir.

Futbolçunun qazana biləcəyi təcrübənin miqdarı onun meydanda neçə dəqiqə oynayacağından asılıdır. Futbolçunun 90 dəqiqə oynadığı matçdan aldığı təcrübə maksimal hesab olunur.

Komandanın kapitanı və ümumi təcrübə

Hər oyun üçün kapitan təyin etmək olar. Kapitan üçün əsas təcrübə və liderlik parametrləri daha çox vacibdir. Bu parametrlər bir bonus kimi komandanın ümumi təcrübəsinə və gərgin situasiyalarda oyunçuların əsəblərinə təsir edir. Bunu da qeyd edək ki, yalnız ümumi təcrübəsi rəqibin təcrübəsindən az olan komandalar gərgin vəziyyətlərdə oyununu itirə bilər. İki komandanın təcrübə səviyyələri arasındakı fərq oyunçuların nə qədər gərgin olduğunu təyin edəcək. Komandalar liqa və yoldaşlıq matçlarında belə halla rastlaşmayacaqlar.

Komandanın kapitanı start heyətdə yer almalıdır. Əgər siz kapitanı seçməsəniz, o zaman futbolçular öz aralarında püşkatma yolu ilə kapitanı müəyyənləşdirəcəklər.

Penalti zərbələri

Kubok ve seçmə mərhələ matçlarında əlavə hissələrdən sonra bərabərlik olarsa o zaman 11 metrlik cərimə zərbələri oynanılır. Penaltini vuran futbolçuları "Matç təlimatları" səhifəsində yerləşən "Penaltilər" menyusundan seçmək olar. Yadda saxlayın ki, oyundan sonrakı penaltilər oyunun ən gərgin hissəsidir. Bu zaman penaltini yerinə yetirən futbolçuların təcrübəsi əsas amillərdən biridir. Bundan başqa penaltini vuran oyunçunun hücum və standart vəziyyətlər bacarığı həmçinin futbolçunun xüsusi bacarıqlarından biri olan texnika da əsas göstəricilərdəndir. Qapıçılar üçün isə penaltini qaytarmaq üçün qapıçılıq və cəld xüsusi bacarığı əsas götürülür.

Oyun: Standart vəziyyətlər və xüsusi hadisələr

Bu bölmədə biz oyunun iki əsas aspektinə nəzər salacağıq: standart vəziyyətlərdən necə qol vurmalı və “xüsusi hadisələrdən” (və oyunda digər əlavə hadisələrdən) nə kimi fayda əldə etmək olar.

Standart Vəziyyətlər

Bəzi əsas hücumlar standart vəziyyətlərlə nəticələnir. Real futbolda olduğu kimi, əla icra edilmiş standart vəziyyət rəqib üçün bir çox problem yarada bilər. Hazırda iki növ standart vəziyyət mövcuddur: birbaşa zərbələr və sərbəst zərbələr.

Birbaşa zərbələr

Birbaşa zərbələrə 11 metrlik cərimə zərbəsi və birbaşa cərimə zərbələri aiddir. Qol vurmaq üçün standart vəziyyətləri icra edən oyunçu rəqib komandanın qapıçısını aldatmalıdır. Qapıçı qapıçılıq bacarığı ilə yanaşı cərimə zərbələri zamanı qapının toxunulmazlığını qorumaq üçün "Standart vəziyyətlər" bacarığından istifadə edir. Lakin o, cərimə zərbələrini icra edə bilməz.

Sərbəst zərbələr

Sərbəst zərbələr bütün standart vəziyyətlərin təxminən 1/3 hissəsini əhatə edir. Sərbəst zərbələrin nəticəsi komandanın səyindən asılıdır. Hücum edən tərəf üçün (lazım olduğu təqdirdə) meydanda olan bütün oyunçuların ortalama hücum bacarığı, ortalama standart vəziyyətlər bacarığı və standart vəziyyətləri icra edən oyunçunun standart vəziyyətlər bacarığı nəzərə alınır. Müdafiə olunmaq üçün isə (vaciblik dərəcəsinə görə sıralanıb) meydanda olan bütün oyunçuların ortalama müdafiə bacarığı, ortalama standart vəziyyətlər bacarığı, qapıçının isə qapıçılıq və standart vəziyyətlər bacarığı nəzərə alınır.

Xüsusi hadisələr

Əsas hücumlardan savayı, oyunda “xüsusi hadisələr” də baş verə bilər. Xüsusi hadisələr oyunçuların xüsusi qabiliyyətlərinə dayanıb, fərdı bacarıqlarına əsaslanır, bu da qabiliyyətə görə komandanın tərkibini təyin edən zaman strateji cəhətdən əhəmiyyət kəsb edir.

İki növ xüsusi hadisə mövcuddur: komanda hadisələri və individual hadisələr. Komanda hadisələri topa sahib olma faizindəm asılıdır (əgər 55% topa sahibsinizsə o zaman komanda tipli xüsusi hadisə əldə etmək şansınız 55%-dir).

İndividual xüsusi hadisə meydandakı futbolçuların xüsusiyyətlərindən asılıdır. Çoxlu sayda xüsusi bacarığı olan futbolçuya sahib olmaq özü bir avantaj olsa da tam kifayət deyil. Xüsusi hadisənin baş verməsi üçün futbolçu düzgün mövqedə çıxış etməlidir. Komandada bir balans tapmaq çox vacibdir.

Matçda baş verən hər xüsusi hadisədən sonra növbəti xüsusi hadisənin baş vermə şansı azalır.

Hava şərtləri

Oyunçuların bəzi xüsusi qabiliyyətləri havanın müəyyən şərtlərində xüsusilə faydalı olur. Bütün futbolçuların xüsusi “Hava hadisələri” baş verdikdə oyuna faydası oyunun axırına kimi dəyişir.

Texnikalı oyunçuların günəşli havada bütün bacarıqları 5% artır, yağışlı isə havada bütün bacarıqları 5% düşür.

Güclü oyunçuların günəşli havada bütün bacarıqları 5% azalır, yağışlı isə havada bütün bacarıqları 5% artır.

Cəld oyunçuların günəşli və yağışlı havada bütün bacarıqları 5% düşür.

Hava şərtləri oyunun hesabatında və oyundan sonrakı hesabatda öz əksini tapır. Həmçinin futbolçunun reytinqinə də təsir göstərir.

Qol xüsusi hadisələri

Oyunçuların xüsusi qabiliyyətləri (və digər bacarıqları) əlavə hücum imkanları yarada bilər. Aşağıda göstərilən hallara əlavə olaraq, qol vəziyyəti yaradan oyunçunun qol vurması üçün yetərli qədər hücum bacarığı olmalıdır.

Gözlənilməz tipli qapıçılar, cinah və mərkəz müdafiəçiləri öz ötürmə bacarıqlarından istifadə edərək təhlükəli uzun ötürmə edə bilərlər. Bu tip yarimmüdafiəçilər, vinqerlər və hücumçular isə öz hücum bacarıqlarından istifadə edərək topu ani olaraq ələ keçirə bilərlər. Habelə gözlənilmədən ümumilikdə bir çox qol imkanları yarada bilər. Əgər müdafiəçilərin və yarımmüdafiəçilərin müdafiə bacarığı çox aşağıdırsa, onlar səhv ötürmə edə bilərlər və bu da rəqibə qol vurmaq imkanı yarada bilər. Ötürmə bacarığı az olan vinqer və ya hücumçu isə müdafiədə xaos yarada bilər və bu da rəqibin qol vurmasına gətirib çıxara bilər.

Cəld cinah və mərkəz yarımmüdafiəçiləri, həmçinin hücumçular sürətlərindən istifadə edərək qol vəziyyəti yarada bilərlər. Belə sıçrayışın qarşısını almaq üçün rəqib müdafiə oyunçularının (mərkəz və cinah müdafiəçilərinin) “cəld” xüsusi qabiliyyəti olmalıdır. Hər bir cəld cinah və mərkəz yarımmüdafiəçiləri və hücumçulara görə əks-hücum taktikasında üstünlük əldə edirsiniz. Rəqib yenə də bu üstünlüyü cəld mərkəz yarımmüdafiəçiləri, mərkəz və cinah müdafiəçiləri, həmçinin qapıçıların hesabına azalda bilər.

Texnikalı cinah və mərkəz yarımmüdafiəçiləri, həmçinin hücumçular əgər rəqib komandanın mərkəz yarımmüdafiəçiləri, müdafəçiləri və ya qapıçısı (düzülüşdəki mövqeyi tam üzbəüz olmasa da olar) “başla oyun” qabiliyyətinə malikdirlərsə, onlara qarşı qol epizodu yarada bilərlər. Bunda başqa hər bir texnikalı mərkəz və cinah müdafiəçisi sizə normal qaçırılmış hücumdan sonra əks-hücuma çıxma şansı yaradır. Müdafiəçinin ötürmə bacarığı çox olduqca bu şans da artır.

Vinqerlər kifayət olan səviyyədə cinah bacarığına malikdirlərsə, digər vinqerin, yarımmüdafiəçinin və ya hücumçunun qol vurması üçün şərait yarada bilərlər. Və əgər həmin oyunçunun hücum bacarığı kifayət qədərdirsə qol vurmaq şansı bir o qədər çox olacaq və üstəlik əgər futbolçu başla oynamaq xüsusiyyətinə malikdirsə qol vurmaq daha asan olacaq.

Künc zərbəsi: Künc zərbəsindən qol vurmaq üçün, künc zərbəsini icra edən oyunçunun “standart vəziyyətlər” bacarığı yüksək səviyyədə olmalıdır, həmçinin komandanızım hücumda sərbəst zərbələri səviyyəsi rəqibin müdafiədə sərbəst zərbələri səviyyəsindən yüksək olmalıdır. Künc zərbələrinin iki növü var. Komandada “başla oyun” qabiliyyətinə malik olan oyunçuların sayı nə qədər çox olsa, (standart vəziyyətləri icra edən oyunçunu çıxmaq şərtilə) künc zərbəsindən qol vurmaq şansı bir o qədər çox olar, habelə rəqib komandada “başla oyun” qabiliyyətli oyunçu nə qədər az olsa, qol vurmaq bir o qədər asan olar. Əgər komandada “başla oyun” qabiliyyəti olan oyunçu yoxdursa, bu zaman komanda üçün rəqibin künc zərbələrindən müdafiə olunması çətin olacaq, eyni ilə də öz künc zərbələrinin reallaşması da çətinləşəcək. Digər tərəfdən isə qolun vurulması topu qəbul edən oyunçunun hücum bacarığından çox asılıdır. Nəzərinizdə saxlayın ki, künc zərbələri zamanı hücumda olan tərəfin sarı vərəqə qazanması ehtimalı var. Lakin futbolçunun artıq bir sarı vərəqəsi varsa bu zaman o daha diqqətli oynamağa çalışacaq və ikinci sarını almaq ehtimalı çox aşağı düşəcək.

Təcrübə: təcrübəli hücumçular öz təcrübələri hesabına qol vura bilərlər. Təcrübəsiz müdafiəçilər isə rəqib üçün qol vurmağa şərait yarada bilərlər.

Yorğunluq: Mərkəz müdafiəçiləri yorğun olduqları zaman səhv buraxa bilərlər. Rəqib komandanın ön xətt oyunçuları yorulmayıblarsa, bu vəziyyət rəqib komandaya qol vurmaq üçün şərait yarada bilər.

Oyunda digər əlavə hadisələr

Oyun vaxtı yuxarıda sadalanan hallardan əlavə başqa hadisələr də baş verə bilər. Bu hadisələrin baş verməsi yarımmüdafiənin gücündən asılı deyil, buna görə də yarımmüdafiədə güclü olmağınız bu hadisələrin baş verməsi ehtimalını artırmır.

Əks-hücumlar: Siz əks-hücum taktikasını istifadə etməsənizdə, sizin komandanın əks-hücum yaradacağı ehtimalı az da olsa var. Taktiki quruluşlardan asılı olmayan bu cür əks-hücumlar sizin komandadan yarımmüdafiədə uduzmağınızı tələb etmir (əks-hücum taktikasını istifadə etmək üçün bu xüsusiyyət olmalıdır). Daha ətraflı məlumat əldə etmək üçün Taktikalar bölümünə baxın.

Uzaqdan zərbələr: Siz uzaqdan zərbələr taktikasını istifadə etmədiyiniz təqdirdə belə, az da olsa, sizin komandanın uzaqdan zərbələr endirmə ehtimalı var. Daha ətraflı məlumat əldə etmək üçün “Oyun: Taktikalar” bölümünə baxın.

Güclü yarımmüdafiəçi, əgər müdafiəyə meyilli oynayırsa bu zaman, rəqib hücumlarının qarşısının alınmasında və topu qazanmaqda köməkçi ola bilər. Bunu etmək üçün futbolçunun kifayət qədər müdafiə bacarığı və dözümlülüyü olmalıdır.

Güclü hücumçu, hücum zamanı əldən verilən qol imkanını öz cüssəsindən istifadə edərək təkrar zərbə ilə qola çevirmək özəlliyinə məxsusdur. Bunu etmək üçün kifayət qədər yarımmüdafiə və hücum bacarığı olmalıdır. Nəzərinizdə saxlayın ki, futbolçuların fiziki gücündən istifadə edərək oynaması sarı vərəqə almalarına gətirib çıxara bilər. Əgər futbolçunun artıq bir sarı vərəqəsi varsa o daha ehtiyyatlı oynamağa çalışacaq.

İki və ya üç eyni xüsusiyyətə malik futbolçunun meydanda olması aşırı yükləmə ilə nəticələnə bilər. Bu texnikalı müdafiəyə meyilli hücumçulara, güclü normal hücumçülara və güclü müdafiəyə meyilli yarımmüdafiəçilərə aiddir. Əgər bu tip futbolçulardan heyətdə iki nəfərdirsə o zaman hər biri 4% yox əgər üç nəfərdirsə o zaman hər biri 7.5% performanslarını itirmiş olurlar.

Matç (Oyun): Taktikalar

Hər bir oyuna Siz komandaya bu və ya digər taktikadan istifadə etməsi üçün təlimat verə bilərsiniz. Hər bir taktikanın öz üstünlükləri var, lakin özünəməxsus çatışmamazlıqları da var və bu səbəbdən oyuna taktika seçərkən çox diqqətli olmalısınız. Hal hazırda oyunda altı növ fərqli taktika (həmçinin normal) mövcuddur. Siz oyunda taktikanı seçmədiyiniz halda, komanda oyuna necə deyərlər, “normal” taktika ilə çıxacaq.

Taktiki bacarıqlar

Komandanın bu və ya digər taktikadan nə dərəcədə səmərəli istifadə etməsi, bu taktikaya malik olma səviyyəsindən asılıdır. Bu səviyyə oyunçuların müəyyən bacarıqlarına və onların təcrübəsinə əsaslanır.

Sizin taktikalarınızın effektiv olmağı meydançada olan oyunçulardan da asılıdır. Meydançada oyunçular nə qədər yaxşı olarlarsa, daha yaxşı taktiki reytinq əldə edəcəksiz. Praktiki olaraq yuxarı liqalarda aşağı liqalardan fərqli olaraq taktika bacarığı daha yüksək olmalıdır.

Presinq (Təzyiq)

“Presinq” taktikası istifadə edilən zaman, oyunçular özlərinə şərait yaratmaqdan çox, əsasən rəqib komandadın imkanlarının qarşısının alınmasına çalışırlar. Təzyiq taktikası, Sizin komandanın rəqib komandadan xeyli zəyif olduğu zaman və böyük hesablı məğlubiyyətdən qaçmaq üçün istifadə edilir.

Üstünlükləri: Siz oyunda hər iki komandanın qol vurmaq üçün imkanlarının azaldılmasına nail ola bilərsiniz.

Çatışmamazlıqları: Oyunçularınızın dözümlüyü daha tez zəifləyir.

Taktiki qabiliyyətin hesablanması: Bu taktikaya sahib olma səviyyəsini hesablayarkən sahədə olan bütün oyunçuların ümumi müdafiə bacarığı və ümumi dözümlülüyü nəzərə alınır. “Güclü” qabiliyyətinə malik olan oyunçunun müdafiəyə xeyri iki dəfə artır. Oyunçular nə qədər çox yorulsalar, rəqib komandaya təzyiq göstərmələri bir o qədər zəyifləyəcək.

Əgər matç zamanı hər hansı potensial hücum pressinq taktikasını tədbiq edən komanda tərəfindən pozularsa, bu, matç hesabatında öz əksini tapır. Bu imkandan kimin yararlana biləcəyini siz heç zaman bilə bilməzsiniz. Əgər hər iki komanda pressinq oynayırsa, bu təxminən ikiqat effekt verir. Əlavə olaraq, uzaq zərbələr istifadə edən rəqib komanda ilə oynayarkən, pressinq tədbiq edən komandanın daha yaxşı şəkildə uzaq zərbələrin qarşısını almaq imkanı olur.

Əks-hücum

Əks-hücum taktikasını istifadə edərkən Siz, bilərək rəqib komandanın topa sahib olmasına imkan yaradırsınız. Sizin rəqib qol vurma imkanını qaçırdığı zaman, Siz dərhal əks-hücum təşkil etmə fürsətini əldə edirsiniz. Bu taktika Sizin hücum və müdafiəniz güclüdürsə (yarımmüdafiə zəif olduğu halda) və əsasən rəqibin hücum sahəsi zəifdirsə, daha faydalı olur.

Üstünlükləri: Sizin müdafiə xəttiniz rəqibin hücum xəttini dayandıra bilirsə, Siz əlavə əks-hücum yaratmaq imkanı əldə edirsiniz.

Çatışmamazlıqları: Ümumi yarımmüdafiə bacarığının 7 %-ni itirirsiniz.

Müvafiq bacarıqlar: Sizin komandanın müdafiəçilərinin müdafiə və ötürmə bacarıqları diqqətə alınır. Əks-hücum qabiliyyəti hesablanarkən ötürmə bacarığı müdafiə bacarığından iki qat daha çox əhəmiyyət kəsb edir.

Yalnız əldən verilən hücum zamanı yarımmüdafiəni rəqibə verən komanda bu taktikanın üstünlüyündən istifadə edə bilər (və nəzərə alın ki, 7% nəzərə alınmadan əvvəl siz yarımmüdafiəni itirməlisiz). Əgər yarımmüdafiəni siz ələ keçiribsizsə, bu taktikanın sizə ziyanı dəyəcək. Bütün əks-hücumlar matçın hesabatında öz əksini tapır. Komandanız əks-hücum şansı əldə edirsə, növbətinin olma ehtimalı bir qədər aşağı enir.

Mərkəzdən hücum:

Mərkəzdən hücum taktikasından istifadə edən zaman, sizin komanda hücumların əsas hissəsini cinahlardan mərkəzə doğru yönləndirəcək. Bir sözlə, siz cinahda yarana biləcək hücumları mərkəzdən hücumla əvəz edirsiniz. Bu baş verən zaman, bu hadisənin yenidən baş vermə ehtimalı daha da düşəcək.

Üstünlükləri: Sizin 15-30% cinahdan hücumlarınız mərkəzə ötürüləcək.

Çatışmamazlıqları: Hər iki cinahda müdafiə zəifləyəcək.

Müvafiq bacarıqlar: zamanı sahədə olan oyunçuların ümumi ötürmə bacarığı nəzərə alınır.

Cinahlardan mərkəzə ötürülən imkanlar hesabatda öz əksini tapır.

Cinahlardan hücum

“Cinahlardan hücum” taktikası praktiki olaraq “mərkəzdən hücum” taktikası ilə eyni məntiqlə işləyir, sadəcə olaraq mərkəzdən hücumun əvəzinə sizin cinahlardan hücumunuzun miqdarı artır. Həmçinin cinahdan hücumlara nisbətdə mərkəzdən hücumlar daha az baş verir, o hücumları əvəz etmək faizi daha da yüksəlir. Burda da həmçinin, hər bu hadisədən sonra növbəti hadisənin baş vermə ehtimalı bir qədər aşağı düşür.

Üstünlükləri: Təxminən 20-40% mərkəzdən hücumlar cinahlara ötürüləcək.

Çatışmamazlıqları: Mərkəz müdafiəsi bir qədər zəifləyir.

Müvafiq bacarıqlar: Oyunçuların bütövlükdə ötürmə bacarığı komandanın cinahlardan hücum taktikasının səviyyəsini müəyyənləşdirir.

Hücum mərkəzdən cinahlara keçəndə bu matçın hesabatında göstərilir.

Yaradıcı oynamaq

Yaradıcı oynamaq (YO) o deməkdir ki, oyunçular öz xüsusi qabiliyyətlərindən və digər keyfiyyətlərindən daha çox istifadə etməyə çalışacaqlar.

Üstünlüklər: Oyunda hər iki komandanın xüsusi hadisə qazanma şansı artır, lakin sizin öz komandanız bir qədər daha çox şans əldə edir (istər mənfi istərsə də müsbət).

Çatışmamazlıqları: Komandanın müdafiəsi bir qədər zəifləyir.

Müvafiq bacarıqlar: Kreativ Oyun yüksəl ötürmə qabiliyyəti və təcrübə tələb edir (birincisi daha önəmlidir). Əgər futbolçu həmçinin gözlənilməz xüsusiyyətə malikdirsə bu taktikada onun səmərəliyi ikiqat olur. Bu taktikadan heyətində çoxlu sayda xüsusi qabiliyyətli oyunçular olan komandaların istifadə etməsi daha səmərəlidir.

Uzaqdan zərbələr

Bu taktikadan istifadə edərkən oyunçular daha çox uzaqdan zərbə endirməyə üstünlük verirlər. Yəni, mərkəzdən və cinahlardan olan hücumlar uzaqdan zərbələrlə əvəzlənir. Uzaqdan zərbələr zərbəni vuranla qapıçının qarşıdurmasıyla nəticələnir. Əgər sizin komandada uzaqdan zərbələri yaxşı yerinə yetirən oyunçular varsa və rəqibin müdafiəsini mərkəzdən və cinahlardan yarmaq çətindirsə onda bu taktikadan istifadə etmək faydalı ola bilər.

Üstünlükləri: Uzaqdan zərbələr taktikası mərkəzdən və cinahlardan olan hücumların 30%-ni uzaqdan zərbələrlə əvəz edir.

Çatışmamazlıqları: Mərkəzdən və cinahlardan olan hücumlar zəifləyir, həmçinin yarımmüdafiənin reytinqləri bir qədər aşağı düşür.

Müvafiq bacarıqlar: Bu taktikadan istifadə zamanı oyunçuların hücum və standard zərbələr bacarıqları nəzərə alınır. Hücum bacarığı standard zərbələr bacarığından üç dəfə vacibdir.

Əgər rəqib komanda pressinqdən istifadə edirsə o zaman rəqib komandanın müdafiəçiləri sizin oyunçuların uzaqdan zərbə endirməyinə mane ola bilər. Cinah və mərkəz müdafiəçilərinin uzaqdan zərbə endirmə imkanı digər oyunçulara nisbətən iki dəfə artıqdır. Uzaqdan endirilən zərbənin keyfiyyəti oyunçunun hücum və standard zərbələr bacarığından aslıdır. Qapıçının belə zərbələri dəf etməsində onun qapıçılıq və standard zərbələr bacarığı rol oynayır.

Matçın hesabatında uzaqdan endirilən bütün zərbələr haqda həmçinin, alınmayan zərbələr haqda məlumat olur.

Əvəzetmələr

“Düzülüş” bölməsində qeyd edildiyi kimi, oyunçulardan biri zədə alarsa, onun yerinə avtomatik olaraq təyin etdiyiniz başqa bir oyunçu oyuna daxil olacaq. Eyni zamanda Siz, oyunda baş verə biləcək müxtəlif vəziyyətlər üçün əvəzetmələri əvvəlcədəntəyin edə bilərsiniz.

Planlaşdırılmış əvəzetmələr:

Siz, oyundakı əvəzetmələri əvvəlcədən planlaşdıra bilərsiniz. Bu, yorulmuş oyunçunu yenisi ilə əvəz etmə kimi də ola bilər, oyunçunu başqa mövqeyə dəyişmək kimi də ola bilər. Məsələn, oyunda irəlidə olduğunuzu qoruyub saxlamaq üçün Siz, hücumçunu əlavə müdafiəçi ilə əvəz edə bilərsiniz və yaxud oyunda uduzduğunuz zaman, əlavə hücumçunu müdafiəçinin əvəzinə oyuna buraxa bilərsiniz. Həmçinin Siz, hər hansı bir oyunçuya fərdi göstərişlər də verə bilərsiniz.

Planlaşdırılmış əvəzetmələrin daxil edilməsi

Əvəzetməni daxil etmək üçün oyun təlimatları səhifəsində “Əvəzetmələr/Tapşırıqlar” bölməsinə keçin. İlk öncə sahəni tərk edəcək oyunçunu seçin, daha sonra onun əvəzedicisini. Bundan sonra Siz əvəzetmənin baş verməsi üçün şərtləri müəyyən edə bilərsiniz. Siz əvəzetməni oyunun müəyyən dəqiqəsi üçün və/və ya tablodakı hesabdan asılı olaraq, “Əlavə şərtlər” bölməsinə keçərək təyin edə bilərsiniz. Habelə, Siz əvəzetməni oyunçunuzun (rəqib oyunçunun) qırmızı kart alması zamanı üçün də planlaya bilərsiniz. Sahəyə çıxacaq oyunçunun hansı mövqedə oynayacağını belə seçə belərsiniz.

Davraniş dəyişikliyinin əlavə edilməsi

Davraniş dəyişikliyi də “Əvəzetmələr/Tapşırıqlar” bölməsində yerinə yetirilir. Əvəzetmənin əlavə edilməsi kimi burada da, oyunçunu seçib hansı şərtlərdə mövqeyini dəyişəcəyini təyin edirsiniz.

Siz oyunçulara beş tapşırıq verə bilərsiniz

Siz oyunçulara beş dəfədən artıq təlimat verə bilməzsiniz (əvəzetmə və tapşırıq dəyişikliyi). Unutmayın ki, hakim oyunda üç əvəzetmədən artığına icazə verməyəcək.

Xüsusi təlimatlar təyin edilmiş şərtlər baş verdikdə həyata keçir.

Bütün xüsusi təlimatlar təyin edilmiş şərtlər baş verdikdə həyata keçir. Əgər oyun sonuna qədər şərtlər baş vermirsə, təlimatlar qüvvəyə minmir. Əgər Siz, 65-ci dəqiqədə əvəzetmə planlaşdırmısınızsa, əvəzetmə 65-ci dəqiqədə baş verəcək. Əgər Siz oyunda qalib olduğunuz halda 70-ci dəqiqədə əvəzetmə olmasını istəyirsinizsə, bu əvəzetmə şərtlər yerinə yetdikdən sonra 70-ci dəqiqədə baş verəcək. Məsələn, Sizin komanda 80-ci dəqiqədə hesabda irəli keçərsə, əvəzetmə məhz bundan sonra baş verəcək.

Əgər siz matçın 70-ci dəqiqəsi üçün iki təlimat vermisinizsə o zaman: əgər siz hesabda irəlisinizsə və əgər bir topdan çox irəlisinizsə, 3-0 hesabı ilə irəlisinizsə bu zaman hər iki əvəzetmə yerinə yetiriləcək.

Qeyd edin: əgər hər iki təlimat eynidirsə (dəqiqə və nəticə) onlar eyni vaxtda həyata keçməyəcək lakin təlimat vermək mümkün olacaq.

Oyundan sonra planlaşdırdığınız bütün təlimatları, şərtlərin təsvirlərini, vaxtını, nə vaxt baş verdiyini, və ya xud bu və ya digər təlimatın baş verməməsi səbəbini siyahı şəklində görə bilərsiniz. Siz rəqiblərinizin təlimatlarını görə bilməzsiniz. Öz təlimatlarınızı keçmiş oyunun oyunçularının reytinq səhifəsində görə bilərsiniz.

Oyunçularınızın zədə almasına reaksiya verə bilməzsiniz

Oyunçunun zədə almasına şərt təyin etmək qeyri mümkündür. Əgər Sizin oyunçu zədə alarsa, avtomatik olaraq əvəzetmə baş verəcək. Bu, əsl canlı futbolda olduğu kimi, Sizin oyunçulara verdiyiniz təlimat planını poza bilər.

Psixologiya

Komanda idarə etmək yalnız məşq və taktikadan ibarət deyil, burada həmdə psixologiya amili var. Sizin komandanız udmağı arzulamalıdır və onlar özlərinə inanmalıdı. Komandanızın psixologiyası sizin oyunlarınızın nəticələrinə təsir edir və qarşılıqlı olaraq oyunlarınızın nəticələri də komandanızın psixologiyasına təsir edir.

Komanda ruhu

Komandanızın əhval-ruhiyyəsi onun oyununa çox böyük təsir göstərir. Komanda ruhu yarımmüdafiəyə təsir edir və komanda ruhu nə qədər yüksək olarsa, yarımmüdafiə o qədər də yüksək reytinq göstərər. Bu da topa sahib olma faizini müəyyən edir. Komanda ruhuna bir çox amillər də təsir edir, amma əsasan məşqçinizin liderlik bacarığı, oyun üçün təyin etdiyiniz düzülüş, transferlər və komanda psixoloqları.

Özünə inam

Oyunçularınız yaxşı oynamaq üçün özlərinə inanmalıdırlar. Özünə inamı zəif olan komanda əlinə düşən imkanlardan istifadə etməyə çətinlik çəkər. Özünə inam yaxşı göstəricidir, lakin çox yüksək olarasa özlərindən zəif komandanı lazımi qədər qiymətləndirməyə bilər (əlavə məlumat üçün aşağını oxuyun). Komandanın özünə inamı hücumçuların reytinqində əks olunur. İnamın yüksək olması əvvəlki oyunların nəticəsindən asılıdır, lakin psixoloqlar və yüksək liderlikli məşqçilər də onu qaldıra bilər.

Komanda davranışı

Hər rəsmi oyundan əvvəl siz öz heyətinizə oyunun nə qədər vacib olduğunu izah edirsiniz. Komandanızın davranışı onun topa sahib olma faizinə təsir göstərir . Sizin seçim üçün üç variantınız var:

:Mövsümün oyunu: Komandan oyunun udmaq üçün hər şey edəcək. Lakin oyundan sonra komanda ruhu düşəcək, bu da o məna verir ki növbəti oyunlarda oyunçularınız yaxşı oyun nümaiş etdirə bilməyəcəklər.

Normal: Oyunçularınız həmişəki kimi oynayacaqlar.

Sakit oyna: Oyunçularınız oyuna çoxda ciddi fikir verməmək təlimatı alacaq və güclərini digər vacib oyunlara saxlayacaqlar. Oyundan dərhal sonra komanda ruhu artacaq və oyunçularınız növbəti oyunda yaxşı oynayacaqlar.

Oyunçunun xasiyyəti

Hər oyunçunun xasiyyəti var. Saxtakar və hirsli oyunçuların kart almaq ehtimalı çoxdur və tez-tez oyundan kənarlaşdırılırlar. Komanda kapitanınızın və məşqçinizin liderliyi vacibdir.

Psixoloji oyun hadisələri

Oyun zamanı baş verən hadisələr komandanızın performansına təsir edə bilər. Bu hadisələr gələcək oyunlarda komanda ruhuna və güvəninə təsir etməz - yalnız oynanılan matça aiddir. İki top fərqlə irəlidə olan komanda hücum impulsunu itirərək daha çox müdafiəyə üstünlük verəcək. Hesab arasındakı fərq artdıqca bu hal da artmağa başlayacaq: hesab arasındakı fərqi artıran hər bir qol hücum impulsunu 9% azaldaraq müdafiə impulsunu 7% artıracaq. Hesab arasındakı fərqi azaldan hər bir qol zamanı isə hücum və müdafiə impulsları bir pillə geriyə qayıdacaq. Hesab arasındakı fərq 8 topu keçərsə komandanın hücum və müdafiə reytinqləri artıq dəyişməyəcək.

Bəzi hallarda komandalar bu psixoloji təsirə dözə bilərlər. Məsələn əgər komandaya "Mövsümün Matçı" təlimatı verilibsə, onlar böyük fərqlə irəlidə olsalar belə geri çəkilməyəcəklər. Eyni hal Milli Kubok, Dünya Çempionatı, Hattrick Masters finalına və mövsümün son turuna da aiddir.

Həmçinin, ilk hissədə pis oynayan komanda fasilə zamanı məşqçidən təlimatlar ala bilər, və ikinci hissədə daha yaxşı oynaya bilər.

Rəqibi qiymətləndirməmək

Siz, sizdən aşağı mövqedə yerləşən komanda ilə qarşılaşdığınızda və sizin komandanın etimadı “yüksək” və üstündürsə, bu zaman sizin oyunçular rəqibin əsl gücünü qiymətləndirməyə bilərlər və öz bacarıqlarından daha aşağı səviyyədə oynaya bilərlər. Rəqibin qiymətləndirilməməsinin riski mövqelərdəki fərq, komandalar arasındakı xal fərqi, arxayınlıq səviyyəsi (nə qədər yüksək olsa, risk bir o qədər çox olar), əhval-ruhiyyədən (sakit oyun vaxtı risk artır, sezon oyunu isə riski azaldır) asılıdır.

Rəqibi qiymətləndirməməyin nəticəsi xal fərqindən, arxayınlıq dərəcəsi, əhval-ruhiyyədən və ev oyunu və yaxud rəqib komandanın meydanında oynamağınızdan asılı olacaq. İlk yarının nəticəsindən asılı olaraq, qiymətləndirməmənin vəziyyəti dəyişə bilər, beləki, əgər bir top fərqi ilə udursunuzsa, effektin 1/3 itir, heç-heçə zamanı 2/3 hissəsi, uduzduğunuz təqdirdə isə effekt tamamilə itir.

Unutmayın ki, rəqibi qiymətləndirməmək liqa oyunlarında olur, lakin ilk üç turda bu olmur.

Transferlər

Transfer siyahısı oyunçu ala biləcəyiniz və ya istəmədiyiniz oyunçuları sata biləcəyiniz bir yerdi. Eyni vaxtda 50 oyunçunuz ola bilər. Təkliflər səhifəsi sizə satdığınız və ya almaq istədiyiniz oyunçular haqqında məlumat verir. Eyni vaxtda transfer siyahsında sizə pul qazandıra bilən sizin keçmiş oyunçularınız da göstərilir.

Oyunçu satmaq

Bir oyunçunu satmaq üçün onu transfer siyahısına çıxarırsınız hansını ki, oyunçunun öz səhifəsindən etməlisiniz. Siz onun üçün nə qədər pul istədiyinizi qeyd edərək onu transfer siyahısında yerləşdirirsiniz. Oyunçunu transfer siyahısına qoymaq üçün gərək ən azı bir oyunda onu meydana buraxmalısınız və oyunçunu sizin üçün oynadığı oyunların sayından artıq transfer siyahısına qoya bilməzsiniz. Bu qayda sizin gənc akademiyanızda yetişən oyunçulara və ya menecer seçildiyiniz gündən komandanızda olan oyunçulara aid deyil. Oyunçular üç gün transfer siyahısında qalır və ən yüksək təklif edən komandaya transfer olunur. Oyunçu aukhərracsion bitən kimi yeni klubuna keçir. Satılmış oyunçu satıldıqdan dərhal sonra yeni komandaya keçir. Yalnız oyunçunu alan komanda həmin anda matç oynayırsa, transfer matç bitdikdən sonra baş tutur. Alıcı komanda tapılmazsa, oyunçu sizin komandada qalacaq. Əgər oyunçunu yanlışlıqla transferə çıxartmısınızsa, transferi 10 dəqiqə ərzində, hər hansı təklif olunmadığı müddətdə ləğv edə bilərsiniz. Sizin satışa çıxarma xərciniz geri qaytarılmayacaq. Bu şərtlərdən kənar əgər fikrinizi dəyişmisinizsə, oyunçunuzu komandaya qaytarmağın yeganə yolu onun məhz siz tərəfindən yenidən alınmasıdır.

Oyunçu almaq

Oyunçu almaq üçün, siz “Klub” menyusundan, “Dünya” menyusundan və yaxud səhifənin sağ üst tərəfində yerləşən transfer simvolundan istifadə edərək transfer siyahısına daxil olmalısınız. Burada siz lazım olan oyunçunu taparaq onun adını seçib, oyunçunun səhifəsinə daxil olaraq təklifininiz edə bilərsiniz. Oyunçuya tələb olunan məbləğdən az təklif etmək olmaz. Siz təklifi ən azı 1 000 US$ və ya qiymətin 2% qədərinə qaldırmalısınız. Əgər oyunçuya hələ heç bir alış təklifi edilməyibsə, siz ya 1 000 US$ və ya ondan artıq məbləğ təklif etməlisiniz. Nəzərə alın ki, oyunçunu almaq üçün təklif etdiyinizdə (oyunçu sizin komandaya alınan kimi ilk əmək haqqını ödəyirsiniz), komandanızın 200 000 US$ məbləğindən çox borca girməsinə icazə verilmir.

Siz axırıncı saniyəyə qədər oyunçunu almaq üçün öz təklifinizi edə bilərsiniz. Hərracın sonuna 3 dəqiqə qalmış başqa birisı təklifi artırarsa, hərrac 3 dəqiqə daha uzanır.

Oyunçu alarkən onun bacarığı, xasiyyəti və digər məlumatlar sizə kömək edə bilər. Həmçinin siz “Transfer müqayisəsi” linki vasitəsi ilə bənzər oyunçuların bu yaxınlarda hansı qiymətə satıldığına baxa bilərsiniz.

Avtotəklif

Avtotəklif digər təkliflər kimi işləyir. Ən yüksək təklif yerləşdirdiyiniz halda ehtiyac olduqda sistem özü sizin yerinizə təklif edəcək, və hər zaman təkilifi ən aşağı və mümkün məbləğdən başlayaraq qaldıracaq (minimum 2%, 1 000 US$).

Siz maksimal təklifinizi (azalda və ya çoxalda) istənilən vaxt dəyişə bilərsiniz. Lakin siz cari təklifinizi (ən yüksək) təbii ki, ləğv edə bilmərsiniz. Sizin maksimal təklifinizi yalnız siz özünüz görə bilərsiniz, digərləri isə yalnız cari təklifi görürlər.

Eyni zamanda sizin bir dənə aktiv maksimal təklifiniz ola bilər. Əgər sizin maksimal təklifiniz maksimuma çatıbsa, bu zaman o, artıq avtotəklif sayılmır və siz istədiyiniz təqdirdə digər maksimal təklif edə bilrsiniz.

Xüsusi hallarda (məsələn iki komanda eyni avtotəklif etdikdə və ya iki təklif edən komanda bir birinə qarşı çıxış etdikdə) biz burada bir neçə məntiqi tapşırıq düşünmüşük və bu misallar həmin məntiqi tapşırığların həlində sizə köməkçi olacaq

Agent, ana klub və transfer faizləri

Oyunçunu transfer siyahısına əlavə etmək 1 000 US$ başa gəlir. Oyunçu satıldıqdan sonra müəyyən məbləğ oyunçunun agentinə, ana komandasına və axırıncı kluba ödənilməlidir. Oyunçunun səhifəsində satışdan sizə qalacaq məbləğin nə qədər olacağını görə bilərsiniz. Əsas məqamlar bunlardır:

Agentə çatacaq məbləğ oyunçunun sizin komandada oynadığı müddətdən asılıdır.

Ana kluba satış məbləğinin 2%-i çatır. Sizin klubun yetirməsi hər dəfə satıldıqda siz satış məbləğinin 2%-ni alacaqsınız. Nəzərə alın ki, akademiyada yetişdirilən oyunçunu ilk dəfə satanda nə ana klubu alamayacaqsınız, nə də ödəməyəcəksiniz.

Əvvəlki klub satış qiymətinin 3%-ni alır. Siz əvvəlki klubsunuzsa, satışdan alacağınız məbləğ oyunçunun sizin komandada neçə oyun keçirməsindən asılı olacaq.

Daha ətraflı məlumat üçün baxın

Nəzərə alın ki, siz gənc oyunçunu satırsınızsa, siz əvvəlki komanda sayılmırsınız. Lakin həmin oyunçu sizdən sonra təkrar satılsa və əgər sizin komandada ən azı bir oyun oynayıbsa, siz əvvəlki klub sayılacaqsınız.

Transfer gəliri Ehtiyat büdcəyə köçürüldü

Bəzi oyunçuların satışından gələn gəliri İdarə Heyəti ehtiyat büdcəyə keçirə bilər.

Bu hadisə xüsusi oyunçular üçün baş verə bilər və bir çox menecerlər üçün bu çox nadir hallarda baş verəcək.

Oyunçunu transfer bazarına çıxararkən, İdarə Heyəti, sizə, bunun baş verib-verməyəcəyi barədə məlumat verəcək, və əgər baş verəcəksə, o zaman ehtiyat büdcəyə neçə faizinin keçiriləcəyi qeyd olunacaq.

İdarə Heyəti bunu o hallarda edə bilər ki, əgər oyunçu spekulyativ məqsədlə və ya pul yığmaq məqsədilə satışa çıxarılması təxmin olunsun. Bunu o məqsədlə izah edəcəklər ki, satılacaq oyunçu yarış qaydalarına uyğun deyil. (Tarixən belə oyunçular icma tərəfindən "Qızıl Külçə" adlandırılırdılar, çünki onların dəyərləri uzun müddət eyni qalırdı).

Hal-hazırda, İdarə Heyəti qapıçılar (ən az "yaxşı" qapıçılıq bacarığı olarsa) və ya potensial gələcək məşqçilər (ən az "yaxşı" liderliyə və "yetərsiz" təcrübəyə malik) üçün pulu ehtiyat büdcəyə keçirtmək istəyəcək.

İdarə Heyətinin ehtiyat büdcəyə keçirəcəyi məbləğin faizini həmin oyunçunun komandada neçə matç oynadığına görə təyin edəcək.

Ümumi qayda bundan ibarətdir ki, davamlı olaraq heyətdə yer alan oyunçunun gəliri nağd olaraq komanda qalacaq - heç bir məbləğ ehtiyat büdcəyə keçirilməyəcək. Davamlı olaraq heyətdə yer almaq həftədə ən az 60 dəqiqə oynamaq deməkdir.

Zədəyə görə oynamamaq nəzərə alınmır, ancaq əgər sağlam olan oyunçu oynamırsa, o zaman daha çox nağd pul ehtiyat büdcəyə keçiriləcək.

Məsələn: "Qızıl Külçə" şərtlərinə uyğun oyunçu mövsüm boyu bütün matçlarda əsas heyətdə yer alıb. Əgər menecer oyunçunu satmaq istəyərsə, İdarə Heyəti heç nə etməyəcək - bütün gəlir (xərclər xaric) nağd pul olaraq büdcəyə daxil olacaq. Yox əgər, oyunçu ehtiyatda olarsa iki həftə sonra satılarkən əldə olunacaq gəlirin 12%-i İdarə Heyəti tərəfindən ehtiyat büdcəyə keçiriləcək. Dörd həftə sonra, faiz 24%-ə qalxacaq. Daha sonra menecer yenidən onu oynatmaq qərarına gəlir. Altı həftə ərzində kubok və ya liqa matçlarında iştirak edərsə, satılarkən ondan əldə olunacaq gəlirin heç bir hissəsi ehtiyat büdcəyə keçirilməyəcək.

Ümumu qayda olaraq, oyunlarda oynamayan oyunçu hər iki həftəyə görə üç həftə kubok və ya liqa matçlarında oynadılmalıdır. Əgər yalnız yoldaşlıq görüşlərində start heyətə daxil edilirsə, o zaman bərpa iki dəfə ləngiyir. Əgər oyunçu sizin akademiyanızda yetişdirilibsə, o zaman oyunçunun bacarıqlarından asılı olmayaraq, oyunçu satılacağı təqdirdə heç bir məbləğ ehtiyat büdcəyə keçirilməyəcək. Bu qayda, həmçinin, komandanıza son iki həftə ərzində transfer olunubsa və hər hansı matçda oynamaq şansı əldə etməyibsə, tətbiq olunacaq.

Transferlər komanda ruhuna təsir edə bilər

Oyunçu alıb satarkən komanda ruhu düşə bilər. Bu hadisənin baş verməsi şansı siz gözəl xasiyyətli oyunçunu satıb murdar xasiyyətli oyunçu aldığınızda artır. Siz gənc oyunçunu komandaya qatıldığı gündən 6 gün ərzində satsanız bu, komanda ruhuna təsir etməyəcək.

Serverlərin söndürülməsi

Serverlər söndürülərsə transfer vaxtı uzadılır və mümkün olan ən yaxın vaxta keçirilir. Nəzərə alın ki, server hər an sönə bilər, buna görə də oyunçuya edəcəyiniz təklifinizi axırıncı saniyəyə qədər saxlamayın. Həmçinin məsləhət görülür ki, oyunçularınızı ümid etdiyiniz ilkin qiymətlə transfer bazarına çıxarasız, çünki planlaşdırılmamış serverlərin sönməsinə görə oyunçunuzun yarı qiymətə satılma ehtimatlı var.

Transfer bazarında dürüst oyun

Pul və yaxşı oyunçular Hattrick-də vacib rol oynayır. Buna görə, transfer siyahısında anormal təkliflərə yol verməmək çox vacibdir. Yəni, şişirdilmiş qiymətlərlə oyunçu almaq qadağandır. Transfer qiyməti oyunçunun bacarıqlarından, yaşından, özəlliyindən və Milli/U21 potensialı olmasından asılıdır.

Game Masterlər qiyməti normal olmayan transferləri ləğv edə, qiyməti normallaşdıra, komandalara cəza verə və hətta istifadəçilərin oyundan uzaqlaştırılma mövzusunda tam səlahiyyətləri var. Əgər oyunçularınızdan birinə dəyərindən çox təklif verilərsə, vəziyyəti GM-lərə bildirin. Game Masterlər ilə əlaqə saxlamaq üçün əlaqə səhifəsindən istifadə edin.

Gənclər akademiyasının oyunçuları

Gənclər akademiyasının oyunçuları

Gənclər akademiyanızdan əsas komandanıza oyunçu nəql edə bilərsiniz. Bu iki fərqli şəkildə həyata keçirilə bilər:

  • Gənclər akademiyası hovuzunda olan gənc oyunçunu birbaşa əsas komandaya daxil edərək
  • Qurduğunuz gənclər akademiyanıza bacarıqlı gəncləri dəvət edib liqada digər komandalarla oyun oynayıb yetişdirməklə əsas komandaya yüksəltmə şansına da sahib olacaqsınız.

Skaut şəbəkəsi vasitəsilə oyunçu tapmaq və onları birbaşa əsas komandanıza cəlb etmək istedad əldə etməyin sadə və vaxt cəhətdən sərfəli yoludur. Gənclər akademiyasını idarə etmək daha çətindir, lakin yaxşı bir iş görsəniz, daha çox qazanc gətirə bilər.

Eyni anda tək sistemi istifadə edə bilərsiniz. Əgər gənclər akademiyanız varsa gənc komandanızın hovuzunu istifadə edə bilməzsiniz. Lakin, gənclər akademiyanızın məsrəfləri gənc komandanızın hovuzu üçün yatırdığınız investisiyanı əvəz edər. Beləliklə, gənclər akademiyanızı bağlamaq istəsəniz, gənc komanda hovuzuna keçməyiniz daha tez yerinə yetirilər.

Gənclər komandasının hovuzu

Hər həftə bir gənc oyunçunu gənclər komandasının hovuzundan əsas komandaya yüksəldərək yeni bir oyunçu sıralarınıza qata bilərsiniz. Gənclər komandanızın hovuzu səviyyəsi nə qədər yaxşıdırsa, çəkəcəyiniz oyunçuların da müvəffəqiyyətli olması şansı o qədər yüksəkdir. Qapıçı ya da oyunçu olmasının xaricində necə bir oyunçu olacağı mövzusunda seçim etmək şansınız yoxdur. Hər həftə yaxşı oyunçu gələcəyinə güvənməyin. Çəkdiyiniz oyunçuların çoxu komandaya daxil olacaq səviyyədə olmayacaq. Əgər bir və ya ikisi birbaşa komandaya girərsə sevinməlisiniz – reallıqda işlərin necə getdiyini fikirləşin!

Əksər komandalara gənclər akademiyasına külli miqdarda pul yatırır, fəqət daha az pul yatırıb və ya heç yatırmayan komandalar da var, əvəzində oyunçular transfer edirlər. Əgər yaxşı bir gənclər akademiyası qurmağa qərar vermisinizsə, bacarıqlı oyunçunun gəlişinin bir az vaxt almasına hazırlaşın. Məsələn, “pis” bir gənclər komandası hovuzunuz varsa gənc futbolçunu sınamağın mənası yoxdur. .

Hər həftə gənclər komandasına böyük (20 000 US$),orta (10 000 US$), ya da kiçik (5 000 US$) miqdarda pul qoya bilərsiniz. Bir çox kiçik yatırımlar, bir neçə böyük yatırımdan daha faydalıdı. Uzun vədəli plan qurmaq doğru olar - əgər inkişafda olan gənc komandanıza gəlirinizdən böyük həcmdə pul ayırmağı düşünürsünüzsə, böyük yatırımlar etməyiniz tez nəticə əldə etmək üçün yaxşı bir yol sayıla bilər. Əgər sizi razı salan gənc komandanı mərhələli olaraq, çox pul xərcləmədən yaratmaq istəyirsinizsə, hər həftə kiçik yatırımlar edin. Gənclər komandası hovuzunun yüksəlməsinin sizə birbaşa məsrəfi yoxdur, amma hər həftə standart yatırım yatırmasanız, gənclər komandası sürətlə pisləşəcək. Gənclər komandasının səviyyəsi düşdükdən sonra təkrarən yüksəltmək uzun zaman alacaq.

Hər həftə yalnız bir gənc oyunçunu komandaya yüksəldə bilərsiniz. Əgər dəyişiklik etməsəniz bir həftədə öncəki yatırımınız təkrar olaraq yatırılır.

Gənc oyunçu çəkmək xərci komandaya 2 000 US$ qədərdir. .

Gənclər akademiyanız haqqında məlumatları “Klubum” menyusunda “Gənclər akademiyası” başlığından əldə edə bilərsiniz. Burdan həmçinin gənclər komandası hovuzuna yatıracağınız pulu müəyyənləşdirə və hər həftə bir gənc oyunçu tapa bilərsiniz.

Gənclər Akademiyası

Gənclər akademiyasına sahib olmaqla siz gənclər komandanızla maraqlana bilər, skaut işə götürə bilər, məşq proqramlarını, ilk onbirliyi və taktikanı müəyyən edə bilərsiniz. Gənclər komandanız sizin istədiyiniz liqada mübarizə apara bilər, məsələn, yalnız öz dostlarınızla da liqa qura bilərsiniz. Gənclər komandanız üçün Hattrick dünyasından hər hansı komanda ilə dostluq oyunu tənzimləyə bilərsiniz.

Gənclər akademiyası qurmaq

Gənclər akademiyanızı komanda menyusundakı “Klubum” bölməsindəki “Gənclər akademiyası, Ümumi baxış” bölümündən aktivləşdirə bilərsiniz. Bir məşqçi və skaut dərhal komandanıza təyinat alacaq. Bunun üçün gənclər komandasında digər xərclər sıfırlanmalıdır.  Həmçinin oyunlara başlaya bilməniz üçün gənc kadrlara sahib olacaqsınız. Ancaq bu gənclər bacarıqsız, məhlədə cırığ topun içinə daş atıb futbol oynayan, tez-bazar komandaya gətirilmiş futbolçular olacaq.

Əvəzedici liqa

Gənclər komandanızı istədiyiniz hazır bir liqaya daxil edə bilər və ya özünüz 4, 6, 8, 12 və ya 16 komandadan ibarət olan liqa qura bilərsiniz. Liqalar hər kəsə açıq və məxfi (qurucunun dəvəti ilə qatılmaq olar yalnız) də ola bilər. Liqanın yaradıcısı təqvimi də təyin etmək səlahiyyətinə sahibdir. Bir liqa təyin olunan qədər komanda sayına çatanda oyunlar başlaya bilər.

Skautlar

Əgər xüsusi bir mövqedə oyunçu axtarmasına dair təlimat versəniz, bu təlimatı yerinə yetirəcək, lakin tapdığı oyunçular çox zaman pis olacaq. Əgər xüsusi bir mövqedə oyunçu axtarmasına dair təlimat versəniz (məsələn cinah yarımmüdafiəçiləri), bu təlimatı yerinə yetirəcək, lakin tapdığı oyunçular çox zaman pis olacaq.

Heyətinizə yeni skautlar əlavə edə bilərsiniz. Amma 3 skautdan çoxuna (və birdən az olmamaq şərti ilə) sahib ola bilməzsiniz. Həftədə bir dəfə hər skautunuz onlara zəng vurduğunuz zaman sizə bir oyunçu məsləhət görməyə çalışacaqlar.

Skaut sayınız birdən çoxdursa ikinci və hətta üçüncü oyunçu məsləhətini də ala bilərsiniz (öncəkini rədd etmisinizsə). Ancaq unutmayın ki, rədd etdiyiniz oyunçuya təkrar dəvət göndərə bilməzsiniz.

Oyunçular

Sizin gənclər akademiyanız eyni vaxtda maksimum 18 oyunçuya sahib ola bilər. Gənclər akademiyanıza qoşulan oyunçular 15-16 yaşlarında olacaq. Onların bir çox bacarıqları görünməz olacaq və zaman keçdikcə siz onları inkişaf etdirib görəcəksiniz. Oyunçularınızın xüsusiyyətlərini kəşf etməyiniz üçün onları müxtəlif mövqelərdə meydana daxil etməlisiniz. Topladıqları ulduzlar, skaut və məşqçi hesabatlarında bu məsələyə dair böyük kömək ala bilərsiniz. Məşq yoluyda da bacarıqlarını kəşf edə bilərsiniz.

Matçlar

Gənc komandanız həftədə bir dəfə liqada oyun keçirəcək və üç həftədə bir yoldaşlıq oyunu oynaya biləcək. Normal komandanızdakı kimi təlimatlarınızı öncədən verə bilərsiniz və komandanızı istədiyiniz taktikayla oyuna çıxara bilərsiniz. Əgər taktika verməsəniz, uşaqlar öz istədikləri kimi oyuna çıxar. Öncə qapıçı seçilir, sonra müdafiəçi (ən çox 5), daha sonra yarımmüdafiə və cinahlar (ən çox 5) və ən son hücumçular (ən çox 3)

Məşq

Gənc komanda oyunçularınız eyni anda iki tip məşq ala bilərlər. Əsas məşq və ikinci məşq. Əsas məşq ikinci məşqə görə daha çox təsirə sahibdir. İki məşq tipini də eyni seçə bilərsiniz, amma məşqin təsiri iki məşqin iksini də ayrı-ayrı seçdiyiniz zaman daha çox olacaq.

Gənc oyunçular həm liqa oyunlarında (tam təsir), həm də yoldaşlıq oyunlarında (daha kiçik təsir) məşq ala bilərlər. Gənclər akademiyasında məşq prosesi hər matça uyğun hesablanır. Beləliklə onlar həftədə iki dəfə (bəzən isə üç dəfə) məşq ala bilər. Oyun başlamadan 10 dəqiqə öncə məşq növünü seçməlisiniz. Məşqin təsiri oyundan sonra dərhal özünü göstərir və oyundan sonra məşqçiniz sizə oyunçuların inkişafı ilə əlaqədar yaxşı ipucları verən hesabat hazırlayır. Siz həmçinin oyunçuların xüsusiyyətlərini də görmə imkanınız yaranacaq:

Əsas məşqiniz üçün məşqçiniz məşq verdiyiniz bölgədə ən az 44 dəqiqə oynayan bir oyunçunuzun mövcud bacarığı haqqında bilgi verəcək. İkinci məşq üçünsə, mövcud bacarıq yerinə çata biləcəyi ən üst səviyyə haqqında bilgi veriləcəkdir.

Əgər ikinci məşqiniz əsas məşqlə eynidirsə, ikinci məşqlə əlaqədar məlumat almayacaqsınız. Əgər məşq verilən bölgədəki bütün oyunçuların bacarıqları ortaya çıxıbsa, təbii olaraq məşqçiniz sizə bu barədə bilgi verməyəcək. Həmçinin əgər oyun sonunda meydanda 8-dən az oyunçunuz qalarsa, hər hansı bir bacarıq bildirişi almayacaqsınız.

Həmçinin məşqçiniz məşq verilməyən bölgələrdə ən yüksək potensiala sahib üç oyunçudan biri haqqında da məlumat verəcəkdir.

Əsas komandaya çağırılma

Hər həftə gənc komandadan bir oyunçunuzu Əsas komandaya yüksəldə bilərsiniz. Əsas komandaya yüksəldə bilməniz üçün, oyunçunuzun ən az 17 yaşında olmağı və gənclər akademiyasında ən az bir sezonu tamamlaması lazımdır. Hər zamankı kimi, əsas komandanızda 50-dən çox futbolçu toplaya bilməzsiniz. Futbolçunuz 19 yaşından sonra gənclər komandanızda oynaya bilməz. Akademiyanı tərk etməyə məcbur deyil, ancaq onu əsas komandaya yüksəltmədən öncə meydanlarda görə bilməyəcəksiniz.

Xərclər

Gənclər akademiyanızı qurduğunuzda birdəfəlik qeydiyyat xərci olaraq 5 000 US$ ödəyəcəksiniz. Gənclər akademiyanızda bir skaut ilə işləməyin həftədə 10 000 US$ xərci var və əlavə hər skautun əlavə olaraq 5 000 US$ xərci var. Həmçinin yeni bir skaut aldığınızda ilk həftə maaşı olaraq 5 000 US$ ödəyəcəksiniz. Gənclər akademiyası üçün edilən xərcləri “Gənclər akademiyası xərcləri” adı altında həftəlik maliyyə hesabatında görə bilərsiniz. Gənclər akademiyanızda işçi heyəti yoxdur, zədə və s. kimi mövzularda oyunçular ailələrin təmənnasız olaraq verdiyi dəstəklə özlərini toparlayırlar. Eyni zamanda gənclər akademiyanızın gəlirləri də yoxdu, ümumiyyətlə dəstəkləməyə gələnlər gənclər akademiyanızdakı gənc oyunçuların dostları və ata-analarıdır.

Gənclər akademiyasından əsas komandaya oyunçu yüksəldərkən 2 000 US$ xərciniz çıxır.

Bundan başqa sizin xərcə düşəcəyiniz tək vəziyyət skautunuzun başqa bölgəyə getməsi təlimatını verməyinizdir. Bu vəziyyətdə təyyarə biletlərinin pulunu ödəmək məcburiyyətində qala bilərsiniz.

Gənclər akademiyasını bağlamaq

Gənclər akademiyanızı mövsümlər arasında və ya gənc komandanız hər hansı bir liqada deyilsə bağlaya bilərsiniz. Gənc komandanızı yenə də ən azı altı həftə boyunca açıq saxlamalısınız. Həmçinin gənclər akademiyasını restart edə bilərsiniz. Bunun üçün gənclər akademiyası səhifəsində "Gənclər akademiyasını yenidən qur" funksiyasından istifadə etmək lazımdır. Bu zaman sizin bütün skautlarınız və futbolçularınız işdın qovulacaq. Və siz yeni komandanızla yeni bir liqaya qoşulmalısınız. Bu yenidəqurmanı yalnız ən azı 3 mövsümdə 1 dəfə etmək mümkündür.

Zəhmət olmasa, nəzər alın ki, "gənclər komandasını yenidən başlat" qutusu, əgər akademiyanız 3 həftə ərzində qeyri-aktiv (heç bir skaut zəng olunmayıbsa) olubsa və ya bu həftə heç bir skauta zəng etməyibsinizsə və akademiyanızda 9-dan az uyğun (19 yaşdan az) oyunçuya sahibsinizsə, aktiv olur.

Liqa sistemi

Hattrick mövsümü 16 həftədən ibarətdir: 14 liqa mərhələsi (8 komanda bir biri ilə 2 dəfə oyanayırlar), bir həftə seçmə oyun və bir heç bir liqa fəliyyətinin olmadığı həftə.

Divizion ağacı

Liqa mərhələlərinin sayı ölkədən ölkəyə fərqli ola bilər, amma təməl quruluşları eynidir. Misal üçün İtaliyada liqa sistemi belədir:

1 Divizion I (Liqa A)
4 Divizion II (II.1, II.2, II.3, II.4)
16 Divizion III (III.1, III.2, və s. III.16 qədər)
64 Divizion IV (IV.1, IV.2, və s. IV.64 qədər)
256 Divizion V (V.1, V.2, və s. V.256 qədər)
1024 Divizion VI (VI.1, VI.2, və s. VI.1024 qədər)
1024 Divizion VII (VII.1, VII.2, və s. VII.1024 qədər)
2048 Divizion VIII (VIII.1, VIII.2, və s. VIII.2048 qədər)
2048 Divizion IX (IX.1, IX.2, və s. IX.2048 qədər)
4096 Divizion X (X.1, X.2, və s. X.4096 qədər)
4096 Divizion XI (XI.1, XI.2, və s. XI.4096 qədər)

VI Liqadan sonra sona hər iki liqadan bir iki dəfə artdığına fikir verin.

Yüksəlmə, aşağı liqaya enmə və seçmə oyunlar.

Əgər liqanızda çempion olsanız ya bir-başa yüksəlirsiniz, ya da ki, yüksəlmək üçün bir sıralama oyunu oynayərsınız. Divizion II-V arasında çempionlardan ən yüksək xal yığanlar birbaşa yüksələrkən, digərləri sıralama oyunu oynayır. Daha alt divizionlarda bütün çempionlar birbaşa yüksəlirlər. Tək sayılı divizionlarda (VII, IX, və s.) ikincilər də birbaşa yüksəlirlər.

Sıralama oyunu oynamaq məcburiyyətində olan çempionlar, bir üst ligadakı 5-ci vəya 6-cı olanlarla oynayacaq. Sıralama oyunu vaxtı çempionların ən yaxşıları üst liganın ən zəifləri (yani 6-cı yerdə olanlar), çempionların ən zəifləri isə üst liqanın ən yaxşıları ilə (yani 5-ci yeri tutanlar) qarşılaşırlar. Oyun üst Divizion təmsilçisin meydanında olur. Əgər çempion qalib gələrsə üstdivizion təmsilçisi ilə yerlərini dəyişir. Əgər üst divizion təmsilçisi qalib gələrsə hər iki komanda öz divizionlarında qalır.

Əgər siz 7-ci və ya 8-ci yer tutmusunuzsa onda birbaşa bir pillə aşağı diviziona düşəcəksiniz (ən aşağı divizion təmsilçilərin çıxmaq şərti ilə). 6-ci diviziondan yuxarı olaraq düşən komandaların ən yaxşıları (7-ci yerdə bitirənlərin ən yüksən xal yığanı) yüksələn komandaların ən yaxşıları ilə yerini dəyişəcək. Düşən komandanın ən zəif xal yığanı yüksələn komandanın ən zəifi ilə yer dəyişir. Əgər siz divizionlarının sayı 6-dan çox olan liqada yarışırsınızsa onda, düşən komandalar içərisində ən yüksək nəticə göstərən komanda ilə yüksələn komandalar içərisində ən pis nəticə göstərən komanda yerlərini dəyişəcəkdir.

VII və IX divizionlarda mövsümü 3-cü və 4-cü pillədə bitirən komandalar, VIII və X divizionlarda isə mövsümü 2-ci yerdə bitirən komandalar seçmə matçlar oynayacaqlar.

Dəyişmə pəncərəsində liqaları dəyişin

Əgər komandanız ölkənizin ən aşağıda olan 3 divizionunda yarışırsa, eyni divizion daxilində liqaları dəyişmək imkanına sahib olmaq şansınız var. Bunu etmək üçün, mövsümlər arasında fasilədə dəyişmək istədiyiniz liqada boş yer olmalıdır. Əgər Supporter abunəliyiniz vasitəsilə əlavə komandaya sahib olsanız, sizin komandalarınız heç zaman eyni liqada oynaya bilməz.

Bot komandaların aşağı düşməsi

Hər mövsümün sonunda VI divizion və altındakı bot komandalar ən axırıncı diviziona keçirilir. Bu qaydaya yeganə istisna var: VI liqanın hər hansı divizionunda birinci yeri tutmuş bot komanda ya avtomatik V liqaya keçir, ya da kvalifikasiya oyunu oynayır.

Bot komanda aşağı liqaya düşərkən, yuxarı divizionda əlavə komandalar üçün yerlər boşalır. Bu komandalar "Xoşbəxt Məğlublar" adlandırılır və kvalifikasiyanı uduzmuş və ya bəzi hallarda birbaşa aşağı diviziona düşən komandalardan seçilir. Komanda parametrlərindən bu tərz təklifləri söndürə bilərsiniz.

Əgər sonuncu olmayan divizionlarda olan botların sayı sonuncu divizionda olan istifadəçilərin sayından çoxdursa, sistem sonuncu divizionu bağlayacaq və bunun üçün hazırlıqlar başladılacaq.

Liqa mövqeləri və reytinq

Liqadakı yeriniz topladığınız xallara , qol fərqinə və atdığınız qollara görə müəyyən olunur. Bu da öz növbəsində reytinqinizə təsir göstərir, hansıki sizin seçmə oyunlar və kubokda kimlə qarşılaşacağınıza qərar verir. Sıralanmanız neçənci liqada olduğunuza, liqanızda neçəncı sırada olduğunuza,xalınıza, top fərqinizə və atdığınız qol sayına bağlıdır. Həm sıralama həm də liqadakı sıranız üçün: əgər bütün bunlar eynidirsə püşk atılır.

Pul mükafatı

Əgər siz birinci, ikinci, üçüncü və dördüncü yerdə bitirmisinizsə, sizə pul mükafatı veriləcək. Nə qədər alacağınız isə hansı tutduğunuz ,yeriniz və divizionuzdan asılıdır:


Liqa səviyyələri 1 2 3 4
Divizion I 2 000 000 US$ 1 175 000 US$ 825 000 US$ 500 000 US$
Divizion II 1 350 000 US$ 1 050 000 US$ 750 000 US$ 450 000 US$
Divizion III 1 200 000 US$ 925 000 US$ 675 000 US$ 400 000 US$
Divizion IV 900 000 US$ 700 000 US$ 500 000 US$ 300 000 US$
Divizion V 600 000 US$ 475 000 US$ 325 000 US$ 200 000 US$
Divizion VI 525 000 US$ 400 000 US$ 300 000 US$ 175 000 US$
Digər Divizionlar 450 000 US$ 350 000 US$ 250 000 US$ 150 000 US$

Həmdə liqanın bombardirini 10 000 US$ pul mükafatı gözləyir. Pul mükafatı liqadakı son oyundan sonra verilir. Əgər iki oyunçu eyni sayda qol ataraq bombardir olarsa, onda hər iki oyunçunun sahibi bu mükafatı alır, lakin əgər sizin iki oyunçunuz ən yaxşı bombardir olursa, sizə yalnız bir mükafat verilir.

Yüksəlmə bonusları

Əgər siz üst diviziona yüksələrsinizsə pul mükafatınızın üzərinə əlavə mükafat da alırsınız. Buna əlavə olaraq, yüksəlmə fan klubunuza da təsir edir ; 10 % daha çox azarkeşə sahib olarsunuz (uyğun olaraq, əgər aşağı ligaya düşsəniz azarkeşlərinizin 10 %-ni itirirəcəksiniz). Əgər “sərbəst olaraq” yüksəldizsə sadəcə fan klubunuzda artım olacaq. Hattrick International üçün əlavə slotlar mövcud olacaq.


Liqa səviyyələri Directly promoted Seçmə oyundan sonra yüksənlənlər
Divizion I - -
Divizion II 500 000 US$ 175 000 US$
Divizion III 450 000 US$ 150 000 US$
Divizion IV 400 000 US$ 125 000 US$
Divizion V 300 000 US$ 100 000 US$
Divizion VI 200 000 US$ 75 000 US$
Digər Divizionlar 175 000 US$ 50 000 US$

Kubok sistemi

Hər menecer üçün Hattrick-in hər hansı kubokların birində iştirak etmək möhtəşəmdir. Həm də oyunçularınıza təcrübə qazandırmaq və əlavə gəlir əldə etmək üçün yaxşı imkandır. Hattrick-də kubok sistemi elə düşünülüb ki, hər səviyyədə komandalar xeyli təcrübə qazana bilirlər. Həmçinin, hər komanda mövsüm ərzində ən azı üç kubok matçında iştirak edir.

. 6-ci və daha yuxarı Divizionda hər komanda Milli Kubok oyunlarında oynamalıdırlar. Milli Kubokdan tez bir zamanda ixrac edilən komanda əvəzində aşağı köməkçi kubokda iştirak edəcək. Əgər liqanızda altıdan çox divizion varsa, 6-cı diviziondan aşağı divizionlar üçün Divizion Kuboku keçiriləcək. Bu diviziondakı komandalar (7-ci Divizion və aşağı) Milli Kubokun yerinə müvafiq Divizion Kubokunda iştirak edəcək.

Əgər komandanız Divizion Kubokundan tez ixrac olunarsa, o zaman, Milli Kubok oyunlarında olduğu kimi, siz əvəzində aşağı köməkçi kubokda oynamaq şansını əldə edəcəksiniz.

Kubok təqvimi

Kubok oyunları həmişə həftə ortası oynanılır. Milli Kubokun və Divizion Kubokunun birinci turu mövsümdə ilk liqa matçınızdan bir neə gün əvvəl baş verir. Çağırış kubokları Milli və ya Divizion kubokundan ixrac olunmuş komandalardan ibarətdir. Bu səbəbdən, ilk Çağırış kuboku Milli və Divizion kubokundan bir həftə sonra başlayır. Milli və hər Divizion Kubokuna uyğun ayrı-ayrı Çağırış Kubokları mövcuddur. Sizin ilk kubok rəqibiniz və oynayacağınız kubok 1 həftə öncədən elan olunur. İrəlidəki turlarda sizin növbəti rəqibiniz hazırkı kubok turları bitdikdən sonra məlum olacaq.

Kubok məkanları

Əsas qayda odur ki, kubokda ən güclü komanda hələ də kubokda olan ən zəif komanda ilə səfərdə oynayacaq. Bunu təyin etmək üçün aşağıda izah edilən Kubok sıralamasından istifadə edirik.

Kubokun son altı turunda sıralama artıq ev və ya səfər üstünlüyünə təsir etmir, çünki bütün matçlar neytral meydançalarda keçirilir.

Kubok püşkü

Kubokdakı rəqibiniz necə təyin olunur?

Kubokun ilk mərhələsində ən yüksək yer tutan komanda həmişə Kubokda ən aşağı yer tutan komanda ilə səfərdə oynayacaq.

Birinci tur başlamazdan əvvəl ikinci turun püşkatma mərasimi keçirilir. Bu püşkatma üçün bütün yüksək sıralamaya malik komandaların birinci mərhələni keçəcəyi güman edilir.

Daha aşağı sıralamada qərarlaşan komanda birinci turda qalib gəlsə, ikinci turda rəqibinin sıralamasını alacaq. Bu, ona həmin turda əldə edə biləcəyindən daha asan rəqib qazandıra bilər.
Lakin bu üstünlük davam etmir. İkinci tur başlamazdan əvvəl üçüncü turun püşkü atılır. Yenə də, bütün qalan yüksək sıralamalı komandalar qalan aşağı sıralamalı komandalara qarşı cütləşdirilir.

Bu sistemin üstünlüyü ondan ibarətdir ki, istənilən Kubok mərhələsi üçün qalan bütün komandalar növbəti mərhələyə keçsələr, nə baş verəcəyini biləcəklər. Həmişə paralel bir matç keçirilir, onun qalibi növbəti mərhələdə sizin matçınızın qalibi ilə oynayacaq.

Aşağıda Hattrick Kubokunun püşkatmasının necə işlədiyinə dair bir nümunə ilə tanış ola bilərsiniz:

1. İlk turda aşağıda qeyd olunan şəkildə 16 komanda və matç var:

Birinci Tur

KomandaSıralaması16-KomandaSıralaması1
KomandaSıralaması15-KomandaSıralaması2
KomandaSıralaması14-KomandaSıralaması3
KomandaSıralaması13-KomandaSıralaması4
KomandaSıralaması12-KomandaSıralaması5
KomandaSıralaması11-KomandaSıralaması6
KomandaSıralaması10-KomandaSıralaması7
KomandaSıralaması9-KomandaSıralaması8

1-ci tur başlamazdan əvvəl məlum olduğu kimi, gözlənilən 2-ci tur matçları bunlardır:

KomandaSıralaması8-KomandaSıralaması1
KomandaSıralaması7-KomandaSıralaması2
KomandaSıralaması6-KomandaSıralaması3
KomandaSıralaması5-KomandaSıralaması4

Bununla belə, iki qarşılaşma autsayderlərin sürpriz qələbəsi ilə başa çatıb - Komanda 16 və 14 rəqiblərinə qarşı qalib gəliblər. Buna görə də, 2-ci turdakı qarşılaşmalar əslində belə olacaq:

KomandaSıralaması8-KomandaSıralaması16
KomandaSıralaması7-KomandaSıralaması2
KomandaSıralaması6-KomandaSıralaması14
KomandaSıralaması5-KomandaSıralaması4.

3-cü turun püşkatması başa çatdıqda, sistem yenidən ən yüksək yer tutan komandaların qalib gələcəyini güman edir və beləliklə, belə püşkatma yaradır:

KomandaSıralaması8-KomandaSıralaması2
KomandaSıralaması6-KomandaSıralaması4

Komanda 16 yenidən qalib gələrsə, Komanda 8-in yerini alacaq.
Komanda 14 yenidən qalib gələrsə, Komanda 6-nın yerini alacaq.

Kubok sıralaması

Kubok sıralaması Kubokun püşkatması yaradılarkən istifadə olunur. Bu sıralama, Kubok başlayandan sonra dəyişməyən statik sıralamadır. Sıralama üçün birinci amil komandanın cari mövsümdə hansı divizionda çıxış etməsidir. Komandalar daha sonra bu divizion qrupları daxilində aşağıdakı kimi sıralanır:

1. Bir üst diviziondan keçmiş aktiv komandalar
2. Aşağı və ya yuxarı diviziona keçməyən aktiv komandalar
3. Özləri aşağı diviziona keçən komandalar
4. “Havayı” yüksəlmə əldə etmiş komandalar
5. Bot-komandalar (boş yer olduğu təqdirdə). Eyni kateqoriyaya düşən komandalar keçən mövsümün sonundakı vəziyyətə görə bölünürlər. Kubok oyunları boyu reytinq eyni səviyyədə qalır.

Daha Sonra İkinci Dərəcəli Kuboka Qoşulmaq

Challenger və Təsəlli kubokları üçün giriş vaxtı da püşkdə nəzərə alınır. Erkən daxil olan komandaların sonradan qoşulanlardan daha yüksək sıralarda yer alacağına zəmanət verilir. Hər komandanın Kubok sıralaması hələ də vacibdir, ancaq yalnız eyni tarixdə daxil olan komandaların hansı ardıcıllıqla sıralanacağını qərarlaşdırmaq üçün.

Məsələn deyək ki, komandanız ölkə kubokunda 5-ci və ya 6-cı tura qədər qalmağı bacarır. Kubok səyahətiniz aşağı səviyyəli Challenger Kubokunda davam etdikcə, siz həmişə sizdən əvvəl qoşulan komandalardan daha aşağı sıralarda yer alacaqsınız. Birinci turda daxil olanların ən yüksək sıralamaya malik komandası ən son daxil olanların ən aşağı sıralamaya malik komandası ilə oynayacaq.

Fərqli Kuboklar və onların formatları

The most important cup in every league is the National Cup. This is open to every team in Division 6 and above that has a human manager. Only the very best teams will have a chance to win the National Cup, but any team that progresses far in this competition will be well rewarded.

However, if your team is eliminated early from the National Cup you will get a second chance. If you are eliminated in any of the first six rounds of the National Cup, you will instead gain a place in one of the three national Challenger Cups. Participating in the Challenger cups will still be attractive for your club, but rewards are still a lot lower than the National Cup. If you can, staying in the National Cup should always pay off.

The three Challenger Cups are originally called Emerald, Ruby and Sapphire. The Emerald Cup takes on any team that is eliminated from the National Cup in round 1 or 6. Teams eliminated in rounds 2 and 5 are moved to the Ruby cup. And teams eliminated in rounds 3 and 4 are moved to the Sapphire cup. The three cups run parallel to each other and to the National cup, and one winner will be crowned in each one of them. Please keep in mind that the Challenger Cups may have names that are different from their original ones in some leagues.

Teams that are eliminated in round one of the Emerald Challenger Cup and round one of the Ruby Challenger Cup will gain a place in the Consolation Cup. This Cup does not give any prize money or other perks, but the winner still gets a trophy.

In leagues with more than six divisions Divisional Cups are organised for Division 7 and below. The Divisional Cups follows a similar pattern with one main cup, the three Challenger Cups Emerald, Ruby and Sapphire, as well as one Consolation Cup. The only difference is that the overall prize money is lower.

The size of the Cups is determined by the number of teams that are qualified for the cup and that have human managers. The smallest possible Cup size that still makes room for all qualified human teams will be chosen. Once all human teams are in, the Cup will be filled up with bot teams to complete the starting field.

1. The amount of qualified teams managed by humans is counted
2. The smallest cup size that fits all the teams managed by humans is chosen
3. This Cup is then filled out by the human teams first
4. Then "regular" bots from the league system are used
5. If this is not enough, new bot teams are created for the purpose of the Cup only


Həftə Milli kubok Challenger kuboku
(Zümrüd)
Challenger kuboku
(Yaqut)
Challenger kuboku
(Sapfir)
Consolation (Təsəlli) kuboku
Komanda Komanda Komanda Komanda Komanda
1 16384
2 8192 8192
3 4096 4096 4096 4096
4 2048 2048 2048 2048 4096
5 1024 1024 1024 2048 2048
6 512 512 1024 1024 1024
7 256 512 512 512 512
8 128 256 256 256 256
9 64 128 128 128 128
10 32 64 64 64 64
11 16 32 32 32 32
12 8 16 16 16 16
13 4 8 8 8 8
14 2 4 4 4 4
15 - 2 2 2 2
16 - - - - -
  • Losing teams in round one and six of the National Cup will move on to the the Emerald Challenger Cup.
  • Losing teams in round two and five of the National Cup will move on to the Ruby Challenger Cup.
  • Losing teams in round three and four of the National Cup will move on to the Sapphire Challenger Cup.
  • Losing teams in round one of the Emerald Challenger Cup and round one of the Ruby Challenger Cup will move on to the Consolation Cup.

Team effects

One important aspect of the Cups is the tactical options that they present. Staying in the Cup for a long time gives you more competitive games, which also means more opportunities to increase confidence and team spirit in preparation for the league. Cup games also give your players more experience, which along with higher ticket sales makes a long cup run even more valuable. However, not all Cups will impact your team in the same way.

Cards and injuries are in full effect in all the cups. If you pick up a card in a cup game, your player may get suspended in a following league game.

Team spirit, confidence & fan mood: Only National Cup and Divisional Cup games will have an effect on these values. Matches played in any other cup behave like a friendly when it comes to the impact on future team spirit, confidence and fan mood.

Experience: The National Cup and Divisional Cup gives the player on the field the double amount of experience compared to a league game. Challenger and Consolation Cup matches gives your players half the experience they would get in a league game.

Kubok gəliri

Ev sahibi bilet satışlarından əldə edilən gəlirin 2/3 hissəsini alır, qonaq komanda isə 1/3 hissəsini alır. Yarım finalarda və finalda ümumi gəlir tənyarı bölünür. Azarkeşlər əsasən kubokun ilk turlarına az maraq göstərir, lakin finala yaxınlaşdıqça onların marağı artır. Milli Çağırış Kuboku iki komanda arasında beynəlxalq yoldaşlıq oyunundan üç dəfə daha artıq tamaşaçı cəlb edəcək. Milli Təsəlli Kuboku iki komanda arasında beynəlxalq yoldaşlıq oyunundan iki dəfə daha artıq tamaşaçı cəlb edəcək. Divizion Çağırış Kuboku iki komanda arasında beynəlxalq yoldaşlıq oyunundan iki dəfə daha artıq tamaşaçı cəlb edəcək. Divizion Təsəlli Kuboku iki komanda arasında beynəlxalq yoldaşlıq oyununun tamaşaçılarının 50%-ni cəlb edəcək.

Ev sahibi tamaşaçılardan əldə edilən məbləğin 67%-ini, qonaq komanda isə 33%-ini alır. Son 6 turda komandalar gəliri 50/50 bölüşdürür. Ümumilikdə, fanatlar ilk turlara böyük maraq göstərmir, lakin onların marağı gedə-gedə artır. Təbii ki, aşağı divizion komandanın fanatları onların daha yüksək divizionun komandalarına qarşı oynamaqlarını çox istəyirlər. Tərsinə isə olmur. Kubok oyunlarının ən yaxşı komandaları həmçinin pul mükafatları da alırlar. Kuboklarda ən yaxşı qol vuran oyunçular üçün mükafat yoxdur.

Milli kubok

Pozisiya Milli kubok Challenger kuboku Consolation (Təsəlli) kuboku
Qalib 1 500 000 US$ 300 000 US$ -
2-ci yer 1 000 000 US$ 150 000 US$ -
Yarımfinalda məğlub olan 750 000 US$ 100 000 US$ -
1/4 finalda məğlub olan 500 000 US$ 50 000 US$ -
1/16 finalda məğlub olan 250 000 US$ 25 000 US$ -
1/32 finalda məğlub olan 200 000 US$ - -
1/64 finalda məğlub olan 180 000 US$ - -
1/128 finalda məğlub olan 160 000 US$ - -
1/256 finalda məğlub olan 140 000 US$ - -
1/512 finalda məğlub olan 120 000 US$ - -
Pozisiya Divizion kuboku Challenger kuboku Consolation (Təsəlli) kuboku
Qalib 300 000 US$ 150 000 US$ -
2-ci yer 150 000 US$ 100 000 US$ -
Yarımfinalda məğlub olan 100 000 US$ 50 000 US$ -
1/4 finalda məğlub olan 50 000 US$ 25 000 US$ -
1/16 finalda məğlub olan 25 000 US$ - -

Yoldaşlıq görüşləri

Kubokda oynamırsınızsa, oyunçularınızın hamısına məşq vermək üçün hazırlıq oyunu təşkil etmək imkanınız vardır. Yoldaşlıq görüşləri əsasən ehtiyat oyunçularınızı oynatmaq və məşq vermək üçün təşkil olunur, amma eyni zamanda yeni düzülüşləri və təlimatları yoxlamaq üçün yaxşı bir fürsətdir. Niyə də ən yaxşı dostunuzla şərəf matçı oynamayasınız?

Yoldaşlıq görüşünü təşkil etmək

Yoldaşlıq görüşünü təyin etməyin asan yolu komandanı yoldaşlıq səhifəsindəki yoldaşlıq hovuzuna əlavə etməkdir. Necə oyun oynamaq istədiyinizi seçin və proqram avtomatik olaraq sizin istəyinizə uyğun rəqib seçəcək və onunla yoldaşlıq görüşünü təyin edəcək (sizin kriteriyalara uyğun rəqib tapılan kimi).

Kubokdan kənarda olduğunuzda və bir yoldaşlıq görüşü təşkil etmədiyiniz zamanda eyni vəziyyətdə olan başqa bir komandaya oyun təklifi edə bilərsiniz. Bəzı komandalara özəl tənzimləmələrindən və ya Menecerlik Lisenziyalarının statusundan asılı olaraq təklif edə bilməzsiniz.

Bütün yoldaşlıq görüşü təklifləri (sizə təklif göndərən komandalar daxil olmaqla) “Yoldaşlıq görüşləri” səhifəsində göstərilir. Bir təklifi qəbul edən kimi, həmin təklif təqvim səhifəsində göstərilir.

Season break friendlies

During weeks 15 and 16 of the season you will also be able to play friendlies during the weekend as long as they do not clash with a qualification match.

During this period, challenging someone for a friendly will work a little differently. When making the challenge, a drop down will appear where you can select if the challenge is for a mid-week or weekend friendly.

Həftəsonu yoldaşlıq matçları üçün təyin olunma, istər beynəlxalq, istər milli, Bazar ertəsi 06:00-dan Cümə 23:59-a kimi mümkün olacaq.

Yoldaşlıq görüşlərinin növləri

İki növ yoldaşlıq görüşləri var: normal yoldaşlıq görüşü və kubok qaydaları ilə yoldaşlıq görüşü. Kubok qaydası ilə olanda oyunun əsas vaxtı ərzində bərabər bitdikdə əlavə vaxt (və ola bilərki penaltilər) oynanılır.

Beynəlxalq yoldaşlıq görüşləri

Siz xaricdə yoldaşlıq görüşü oynamağı seçə bilərsiniz və ya başqa ölkənin komandasını öz meydanınınıza dəvət edə bilərsiniz. Əgər siz səfərdə oynayırsınızsa oyun həmin ölkənin yerli vaxtına görə təşkil olunacaq. Məsələn: əgər siz Portuqaliyada oynayırsınızsa, oyun Portuqaliyada matçların həmişəki keçirilmə vaxtında, yəni Mərkəzi Avropa Vaxtına (MAV) uyğun olaraq saat 21:45-də keçiriləcək.

Harada oynamağınızdan asılı olmayaraq komandanız Çərşənbə axşamı saat 18:00-da yola çıxır və Cümə axşamı saat 08:00-da geri qayıdır. Beynəlxalq yoldaşlıq görüşləri ən geci Çərşənbə axşamı saat 18:00-a kimi günü təyin olunmalıdır və komandanız Cümə axşamı geri dönməyənə qədər yeni oyun təyin etmək olmaz. Əgər klubunuz beynəlxalq yoldaşlıq görüşü oynamayıbsa, onda siz növbəti həftənin beynəlxalq yoldaşlıq görüşünü cümə axşamı saat 06:00-dan etibarən təyin edə bilərsiniz.

Hər xarici ölkədə oynadığınız oyun sizə 6 000 US$ məbləğinə başa gələcək, eyni zamanda beynəlxalq səfər oyunları daha çox azarkeş cəlb edir.

Digər qaydalar

Yoldaşlıq görüşünə gələn izləyici sayı rəsmi oyuna nisbətən çox az olur. Kubok qaydaları ilə oynanan yoldaşlıq görüşləri normal yoldaşlıq görüşlərinə görə daha çox diqqət çəkir, beynəlxalq oyunlar isə daha da çox diqqət cəlb edir.

Yoldaşlıq görüşlərində nə özünə inam və komanda ruhu, nə də azarkeşləriniz və onların əhval-ruhiyyələri təsir görür. Bununla barabər, sırf yoldaşlıq görüşü olduğu üçün oyunçularınızın zədə riski azalmır.

Neytral meydançada oynamaq

Əgər siz heç bir komandanın doğma meydança üstünlüyünün olmasını istəmirsinizsə, neytral meydançada oynaya bilərsiniz. Lakin sizin bölgəyə aid neytral meydançada oynayırsınızsa, siz meydança sahibi üstünlüyünü əldə edəcəksiniz (səfər komandası kimi göstərilsənizdə). Meydan sahibi yoldaşlıq görüşündən gəlir əldə etməyəcək.

Harada oynamağınızdan asılı olmayaraq, xarici komandalarla oynayacağınız oyun beynəlxalq yoldaşlıq görüşü sayılır. Neytral meydanda keçirilən oyunda heç bir komanda bayraq qazanmır. Lakin oyun ev sahibi komandasının ölkəsində, lakin neytral meydanda oynanılırsa, yalnız qonaq komanda kolleksiyası üçün bayraq qazanır.

Hattrick Arena yarışları

Hattrick Arena Hattrick komandaları üçün alternativ yarış sistemidir. Hattrick Arena turnirlərinin bir çox növləri var, məsələn rəsmi tək matçlar olan Duellərdən tutmuş dağ yarışlarına qədər, harada ki siz "Dağın Fatehi" adına yiyələnə bilərsiniz. İstədiyiniz qaydaları təyin edərək özünüz yarada və keçirə biləcəyiniz özəl turnirlər də var.

Qeyd edək ki, hətta turnirdə oynasanız belə, hər həftə müntəzəm yoldaşlıq oyunları keçirə bilərsiniz.

Turnir yaratmaq və ya ona qoşulmaq

Hattrick Arena sərbəst turnir yaratma sisteminə malikdir. Turnirlərin daha maraqlı olması üçün xüsusi qaydalardan istifadə edərək özünüz və dostlarınız üçün xüsusi bir turnir yarada bilər və ya başqaları tərəfindən yaradılmış turnirlərə qoşula bilərsiniz.

Turnirin yaradıcısı kimi siz turnirin bütün aspektləri üzrə qərar verə bilərsiniz. Məsələn ad, format, ölçü, matç vaxtları və yalnız müəyyən kateqoriyalı oyunçulara (yerli, minimum və ya maksimum yaş) icazə vermək və ya iştirakçı komandalar üçün maaş və ya güc reytinqi limitinin təyin edilməsi kimi xüsusi qaydalar təyin edə bilərsiniz.

Hər kəs Hattrick Kreditlərindən istifadə edərək turnir qura bilər. Qızıl, Platin və ya Almaz Supporterisinizsə, pulsuz turnirlər yaratmaq və ya iştirak etmək də mümkündür.

Arenada matç günləri

Hattrick Arenada olan matçlar neytral meydançalarda oynanılır və siz heç bir gəlir (və heç bir fanklub üzvü) əldə etmirsiniz.

Bütün Hattrick Arena matçları normal matçlar kimi eyni sistemdən istifadə edir. Ona görə sizin oyunçularınızın cari formaları, bacarıqları, təcrübələri, zədə statusu və sayr matç günündə istifadə ediləcək. Burada 2 istisna var: komanda ruhu (və komanda güvənliyi) standart bir dəyərdə olur və kartlar fərqli işləyir. Daha ətraflı məlumat üçün aşağıya baxın.

Matçların həm də oyundan sonra komandanıza və ya oyunçularınıza heç bir təsiri yoxdur. Oyunçular bu matçlardan heç bir məşq və ya təcrübə almır, matçlar düzülüş təcrübəsinə, komanda ruhuna və s. təsir etmir.

Divizion Döyüşləri və Kubokları

Siz həmçinin Hattrick Arenada bir neçə rəsmi yarışlar tapa bilərsiniz. Bunlar Hattrick tərəfindən yaradılmışdır və dəvət olunarsınızsa, pulsuz iştirak edə bilərsiniz.

Divizion Döyüşlərində siz və liqanızdakı digər menecerlər digər ölkələrin eyni divizionuna qarşı birlikdə yarışırsınız. Hər turda liqanız fərqli bir liqaya qarşı oynayacaq, burada iştirakçı komandaların hər biri digər komandalardan biri ilə qarşılaşacaq. Məqsəd mövsümün sonunda ölkənizin ən yaxşı liqası olaraq digər ölkələr arasında çempion olmaqdır!

Hattrick həmçinin iki Trofey turniri də təşkil edir və hər ikisi mövsümlər arası fasilədə keçirilir. Nəsillərin Trofeyi, eyni vaxtda Hattrick oynamağa başlayan menecerlərin bir-birinə qarşı oynadığı turnirdir.

Supporter Kuboku bütün hazırkı Hattrick Supporterləri üçün olan bir yarışdır.

Hattrick Arena haqqında daha ətraflı

Arena matçları haqqında bilməli olduğunuz bütün lazımi məlumatlar burada qeyd olunmuşdur:

  • Komanda ruhu: Komanda ruhu Hattrick Arena matçlarında sabit (məmnun) olur.
  • Komanda güvənliyi: Güvənlik Arena matçlarında sabit səviyyədə (üstün) qalır.
  • Zədələr:
  • Kartlar (öz turnirləriniz): Turnirlərin öz kart statusu var, və "normal" Hattrick-dən tamamilə fərqli qırmızı / sarı kart sistemindən istifadə olunur. Məsələn, turnir matçında alınan istənilən kart həmin turnirin matçları üçün hesaba alınır. Buna bərabər olaraq, əgər oyunçu normal Hattrick-də qırmızı kart alarsan, o turnir matçında oynaya bilər.
  • Cards (Ladders): Cards don't count at all in ladder tournaments.
  • Məşq: Turnir matçları zamanı futbolçular məşq əldə etmir.
  • Təcrübə: Futbolçu turnir matçlarından heç bir təcrübə qazanmır.
  • Düzülüşlər: Sizin normal Hattrick-dəki düzülüş təcrübəniz turnir matçlarına da aid olur. Lakin bu matçlardan heç bir düzülüş təcrübəsi qazanılmır.

Dağ yarışları

Dağda sizin hədəfiniz ən yüksəyə qalıb "Dağın Fatehi" olmaqdır. Və orada bacardığınız qədər qalmaqdır. Yuxarıya qalxmaq üçün sizdən yuxarıda olan komandaları maçta dəvət edirsiz, və siz qalib gəlsiz dağda onların yerini ələ keçirirsiz.

Dəvət qaydaları

Dağda olduğunuz mövqedən asılı olaraq komandaları görüşə dəvət edə bilərsiz.

  • Mövqe 2-5: Dağ turnirində yalnız özündən yuxarı olan komandanı matça dəvət edə bilər.
  • Mövqe 6-11: Özündən 1-2 yuxarı yerləşən komandaları matça dəvət edə, ancaq 5 mövqeyindən yuxarı olanları dəvət edə bilməz.
  • Mövqe 12-18: Özündən 1-3 yuxarı yerləşən komandaları matça dəvət edə, ancaq 10 mövqeyindən yuxarı olanları dəvət edə bilməz.
  • Mövqe 19-39: Özündən 1-5 yuxarı yerləşən komandaları matça dəvət edə, ancaq 16 mövqeyindən yuxarı olanları dəvət edə bilməz.
  • Mövqe 40-63: Özündən 1-7 yuxarı yerləşən komandaları matça dəvət edə, ancaq 35 mövqeyindən yuxarı olanları dəvət edə bilməz.
  • Mövqe 64-99: Özündən 1-10 yuxarı yerləşən komandaları matça dəvət edə, ancaq 57 mövqeyindən yuxarı olanları dəvət edə bilməz.
  • Mövqe 100-129: Özündən 1-15 yuxarı yerləşən komandaları matça dəvət edə, ancaq 90 mövqeyindən yuxarı olanları dəvət edə bilməz.
  • Mövqe 130-169: Özündən 1-25 yuxarı yerləşən komandaları matça dəvət edə, ancaq 115 mövqeyindən yuxarı olanları dəvət edə bilməz.
  • Mövqe 170-199: Özündən 1-35 yuxarı yerləşən komandaları matça dəvət edə, ancaq 145 mövqeyindən yuxarı olanları dəvət edə bilməz.
  • Mövqe 200-249: Özündən 1-50 yuxarı yerləşən komandaları matça dəvət edə, ancaq 165 mövqeyindən yuxarı olanları dəvət edə bilməz.
  • Mövqe 250-599: Özündən 1-75 yuxarı yerləşən komandaları matça dəvət edə, ancaq 200 mövqeyindən yuxarı olanları dəvət edə bilməz.
  • Mövqe 600-1099: Özündən 1-100 yuxarı yerləşən komandaları matça dəvət edə, ancaq 525 mövqeyindən yuxarı olanları dəvət edə bilməz.
  • Mövqe 1100-2499: Özündən 1-250 yuxarı yerləşən komandaları matça dəvət edə, ancaq 1000 mövqeyindən yuxarı olanları dəvət edə bilməz.
  • Mövqe 2500-5499: Özündən 1-500 yuxarı yerləşən komandaları matça dəvət edə, ancaq 2250 mövqeyindən yuxarı olanları dəvət edə bilməz.
  • Mövqe 5500+: Özündən 1-1000 yuxarı yerləşən komandaları matça dəvət edə, ancaq 5000 mövqeyindən yuxarı olanları dəvət edə bilməz.

Dəvət edən matç üçün kredit ödəyir və dəvət edilən avtomatik olaraq dəvəti qəbul edir. Matç dəvətdən 24 saat sonra oynanılır. Əgər dəvət edən qalib gələrsə, Kreditlər geri qaytarılır.

Mövqe matçdan sonra dəyişir

Əgər siz komandaya dəvət göndəribsizsə və qalib gəlibsizsə, dəvət etdiyiniz komandanın mövqeyini götürürsüz. Dəvət edilmiş komanda 1 mövqe aşağı düşür (bu həmçinin dağda olan 2 komanda arasında olan komandalara da şamil edilir).

Misal: Komanda A 54-cü mövqedədir və B komandasına dəvət göndərir, hansı ki, 47-cidir. Əgər A qalib glərsə, A B-dən 47-ci mövqeni götürür. B 48-ci mövqeyə düşür, və 48-ci mövqedə olan komanda 49-a düşür, 49-cu mövqedə olan komanda 50-yə, və sayr.

Əgər siz komandaya dəvət göndərib oyunda məğlub olsaz, hər iki komanda müvafiq yerlərində qalır.

Dəvət lütfülük müddəti

Matç üçün dəvət ediləndən sonra, digər komandalar sizi 12 saat ərzində dəvət edə bilməzlər (son matçın başlanma vaxtından sonra). Bu o mənaya gəlir ki, sizin digər komandaya dəvət göndərib dağda dırmaşmaq üçün lütfülük müddətiniz var.

Siz dəvət edən olan matçdan sonra, siz digər komandanı 12 saat ərzində dəvət edə bilməzsiz (son matçın başlanma vaxtından sonra). Bu isə digər komandalara sizi dəvət etməyə şans yaradır. Həmçinin, məsələn, #2-nin dərhal #1-ə dəvət göndərməsinin qarşısını alır, #3-dən ona dəvət göndərilməsinin qarşısını alır və həmin mövqeni ələ keçirir.

Milli komandalar

Əsl həyatda olduğu kimi, Hattrickdə də, milli komandalar bir-birilərinə qarşı yarışırlar. Amma Hattrickdə milli komandaların məşqçiləri sizin tərəfinizdən seçilir! Bəli, sizin tərəfinizdən! Hər Hattrick ölkəsinin əsas milli heyəti olduğu kimi, 21 yaş altı oyunçuların da komandası var. Bu o deməkdir ki, hər ölkənin sizin tərəfinizdən seçilmiş iki milli məşqçisi var. Dünya Çempionatı formatı 77-ci sezonda dəyişdi. (17 Yanvar 2021-ci il).

Milli komanda yarışları

Milli komandalar bir-biriləri ilə üç əlaqəli çempionatlarda yarışırlar - Qitə Kuboku, Millətlər Kuboku və hal-hazırda olan Dünya Çempionatı. Kuboklar ümumilikdə iki sezon davam edir. Qitə Kubokları - Asiya/Okeaniya, Avropa, Afrika və Amerika üçün başlayacaq və Dünya Çempionatı ilə bitəcək.

Millətlər Kuboku, Dünya Çempionatına daxil ola bilməyən komandalar üçün, Dünya Çempionatı ilə paralel vaxtda olaraq keçiriləcəkk.

Milli komandaların öz ayrı vərəqə statusu "normal" Hattrickdən tamamilə fərqli qırmızı / sarı kart sistemi var. Məsələn, Milli/U21-də vərəqə alan oyunçu yalnız Milli/U21 yarışlarına şamil edilir. Eynilə, normal Hattrickdə qırmızı alan oyunçu Milli/U21də oynaya bilər. Vərəqələr hər yarışın sonunda (və ya milli həmin yarışdan kənarlaşdırılarsa) sıfırlanır.

Qitə Yarışları

Qitə Kubokunda hər bir Hattrick Milli komandasının yeri var. Bu Qitə Kuboku hər bir qrupda 6 milli olmaq şəkildə oynanılacaq. Qruplar Milli Komanda sıralamasına görə təyin olunacaq.

Qitə Kuboku ev və səfər oyunları sistemi ilə keçiriləcək və 1/4 finallar, yarımfinallar və son həftədə oynanılacaq final ilə birlikdə 10 həftə davam edəcək.

Hər regionun ən yaxşı 8 komandası 1/4, yarımfinallar və finalda oynayacaq və digər millilər bu ərəfədə Cümə günü hazırlıq oyunları keçirə biləcəklər. 1/4 finallarda cədvəlin ilk 4 pilləsində qərarlaşanlar (yerinə, xallarına, top fərqinə, vurulan qollara və ya hər şey bərabərdirsə təsadüfi şəkildə) təsadüfi şəkildə 1/4 finala vəsiqə qazanan və aşağıda qərarlaşan digər 4 komanda ilə qarşılaşacaq. Həmçinin nəzərə alın ki, eyni qrupdan olan iki komanda 1/4 finallarda bir-biriləri ilə qarşılaşmayacaq. Qalib Qitə Çempionu adına sahib olacaq və qızıl kubok ilə təltif ediləcək. Gümüş və bürünc mükafatlar müvafiq olaraq 2-ci, 3-cü və 4-cü yerləri tutanlara veriləcək.

Dünya Çempionatı

Dünya Çempionatı 13-cü həftədə başlayacaq və həm 1-ci mövsümün sonuna kimi, həm də 2-ci mövsümün sonuna kimi davam edəcək. Dünya Çempionatı 5 mərhələyə bölünəcək və yarımfinallar və finallar ilə yekunlaşacaq.

Birinci mərhələdə 96 komanda iştirak eədəcək - hər birində 6 komanda olmaqla, 16 Qrup. Oyunlar ev və səfərdə oynamaqlar keçiriləcək. Hər qrupun ilk 4 yeri, 2-ci mərhələyə keçəcək.

Mərhələ 2-də, hər birində 4 komanda olmaqla 16 qrup olacaq. Bu mərhələdə də ev və səfər oyunları keçirilməklə güclü təyin olunacaq və hər qrupun 2 güclüsü 3-cü mərhələyə keçəcək.

3-cü Mərhələdə, hər birində 4 komanda olmaqla 8 qrup olacaq və neytral meydançada bir oyun keçiriləcək. Hər qrupun ilk 2 yeri 4-cü mərhələyə keçəcək.

Mərhələ 4 və 5, müvafiq olaraq hər birində 4 komanda olmaqlar, 4 və 2 qruplardan ibarət olacaq. Hər bir komanda bir-biriləri ilə neytral meydançada 1 oyun keçirəcək və hər qrupun ilk 2 yeri növbəti mərhələyə keçəcək.

Yarım final və finallar neytral meydançalarda keçəcək. Finalın qalibi Dünya Çempionu adlanacaq və qızıl mükafat ilə mükafatlandırlacaq. 2-ci və 3-cü yerlərə, müvafiq olaraq gümüş və bronz mükafatlar paylanacaq.

Hər mərhələdən öncə komanda güvənliyi və komanda ruhu tam və ya qismən sıfırlanır. Məsələn, əgər komandanın hal-hazırdakı komanda ruhu 9 olarsa, komanda ruhunun ortaq məxrəci 5 olduğu üçün, 80% sıfırlanma sizin komanda ruhunuzu (9 - 5) * 0.80 = 3.2 qədər azaldacaq. Nəzərə alın ki, komanda ruhu və güvənliyinin ortaq məxrəci olan rəqəm dəyişməz olaraq qalır (5.0).

Millətlər Kuboku

Dünya Çempionatına vəsiqə ala bilməyən komandalar Millətlər Kubokunda iştirak edəcək. Dünya Çempionatı ilə paralel başlayacaq bu yarışma İsveçrə formatında keçiriləcək (Supporter Həftəsi Kuboku kimi).

Bu, sadəcə olaraq təsəlliverici turnir deyil, həm də kiçik komandalar üçün vacib ola bilər, çünki Millətlər Kubokunda son mövqe növbəti Qitə Çempionatının səbətlərə bölünməsi üçün istifadə olunur. Millətlər Kubokunun final mərhələsində, Dünya Kubokunun yarımfinal və final mərhələləri keçirilən zaman, ilk 8 yeri tutan komanda pley-off oynayacaq və qalib olan kubok qazanacaq – turnir cədvəlində ilk 4 yeri tutan komandalar (mövqe, xal, top fərqi, vurulan qollar və hər şey bərabərdirsə) dörddəbir finala vəsiqə qazanmış daha aşağı 4 komanda ilə təsadüfi qarşılaşır.

Millətlər Kubokunda oyunçular zədələnməyəcək, lakin kartlar hər çempionatda olduğu kimi burada da işləyəcək. Düzülüş təcrübəsi Qitə Çempionatından Dünya Çempionatına daşınacaq və daha sonra da hər Millətlər Kuboku matçında yenilənəcək. Nəzərə alın ki, hər Dünya Çempionatı və Millətlər Kuboku öncəsi düzülüş təcrübəsini yeniləyə bilərsiniz.

Qalib Millətlər Kuboku mükafatının sahibi olacaq.

Dünya Çempionatı seçmələri

Qitə Kuboklarından 96 komanda Dünya Çempionatına vəsiqə qazanacaq.

Hər qitənin Dünya Çempionatına qatılmaq üçün bəlirli sayda yerləri var. Hər Qitə Kubokunun qruplarında ən yaxşı nəticə göstərənlər Dünya Çempionatına vəsiqə qazanacaq. Yerlər aşağıdakı cədvəldə göstərildiyi kimi təyin olunacaaq: Avropaya 32 yer, Asiya-Okeaniya 21 yer, Afrika 12 və Amerikaya 20 yer.


Qitə Ümumi komandalar Dünya Çempionatı Yerləri
Avropa 48 32 (4 yüksəlmə / qrup)
Asiya-Okeaniya 42 21 (3 yüksəlmə / qrup)
Afrika 24 12 (3 yüksəlmə / qrup)
Amerika 30 20 (4 yüksəlmə / qrup)

Qitə çempionatının qrup mərhələsindən birbaşa vəsiqə qazana bilməyən komandalar üçün bir neçə pley-off matçları keçiriləcək. 11 mövcud pley-off matçı ilə, Dünya Çempionatına vəsiqə qazana bilməyən ən yaxşı 22 komanda, qitə çempionatlarında xallarına, top fərqinə və qrup mərhələlərində vurduğu qollara əsasən, pley-off mərhələsinə vəsiqə əldə edəcək.

Pleyoff mərhələsində yüksək reytinqli komanda (son DÇ nəticələrinə əsasən) ən aşağı reytinqli komanda ilə üzləşəcək. Reytinqdə ən yaxşı ikinci komanda, reytinqə görə aşağıdan ikinci komanda ilə üzləşəcək və üzləşmələr bu qaydada davam edəcək. Play-off matçları ev və səfər oyunlarından ibarət olacaq və Komanda Ruhu və Komanda Güvənliyi tam sıfırlanacaq. Qalib komanda Dünya Çempionatında iştirak üçün yer haqqı qazanacaq. Matç heç-heçə ilə yekunlaşarsa, əlavə vaxt və penaltilər əsasında qalib müəyyənləşəcək.

Milli komandaların sıralaması

Hər komandanın sıralamasına əsasən Regional Kubokların qruplarında yerləşdirələcək. Son 5 sezonun göstəriciləri sıralamaya təsir göstərəcək. Lakin nəzərinizdə olsun komandanızın daha əvvəlki göstəricisi, sıralamanıza daha az təsir edəcək.

Sıralamaya təsir edən 3 faktor var: hər oyunun nəticəsi (N), oyunun vacibliyi (V) və rəqib komanda nə qədər güclü idi (R). Başqa sözlə desək sıralamanın formulası aşağıdakı kimidir: P = N x V x R


Oyun Nəticəsi (N) Xallar Oyun Vacibliyi (V) Xallar
Qələbə 3 Dünya Çempionarı Yarım Final 4
Heç-heçə 1 DÇ qalan mərhələlər 2.5
Məğlubiyyət 0 Qitə Finalı 3
Penaltilərin Qalibi 2 Qitənin geri qalan matçları 2
Penaltilərin məğlubu 1 Millətlət Kuboku 1
Yoldaşlıq Görüşü 0

T dəyişkəni üçün biz, rəqib komandanın sıralamasını 250-dən çıxırıq.

Daha sonra, final sıralama, son 5 sezonun (P) göstəricilərinin ortalaması olaraq götürülür və 100% 70% 50% 30% 20% əmsallarına vurulur. Hal-hazırdakı sezon 100% il götürülür, 4 sezon qabaq isə 20% ilə. Sıralama hər oyundan sonra yenilənir.

Qitə Kubokunun püşkatması

Qitə Kubokunda komandaları yerləşdirmək üçün biz, Milli Komanda Sıralamasından istifadə edərək püşkatma torbaları yaradırıq. Hər bir qrupun ilk komandaları ən yüksək komandalardan ibarət olur. Bundan sonra qrupların digər yerlərini doldurmaq üçün 5 torbamız qalır. Bu qruplarda yerləşdirmə komandaların sıralama xalına müvafiq olaraq baş tutacaq. Məsələn: Amerika Qitə Kubokunda bizim 6 komandadan ibarət 5 qrupumuz var. Qrupların ilk sıraları, sıralamada ilk 5 yeri tutan komandalar tərəfindən tutulacaq. Sonra qrupların ikinci sıraları, sıralamada 6-dan 10-cu yerə qədən olan komandalardan yığılacaq və bu qaydada davam edəcək. Canlı püşkatmada, biz bütün qruplar üzərində potlar boşalın, qruplar dolana qədər işləyəcəyik.

Dünya Çempionatı püşkatması

Komandanın Qitə Kubokundakı nəticəsi, Dünya Çempionatının püşkatmasında təsiri olacaq. D.Ç ilk mərhələsində 16 qrup olacaq və hər qrupun ilk komandası avtomatik seçiləcək. Qitə Çempionatında ən yüksək yeri tutan Avropa komandası (aşağıdakı cədvəldə AB #1) həmişə 1-ci qrup üçün seçilən ilk komanda olacaq və Amerikadan 8-ci yeri tutan komanda həmişə 16-cı qrupda seçilən ilk komanda olacaq.

Komandalar hər bir qrupa yerləşdikdən sonra, canlı püşkatma keçiriləcək. Qitə Kubokunun sıralaması helə də çox vacibdir, lakin komandalar bir-başa qrupa yerləşdirilmədən öncə püşkatma qablarına atılır. Əgər aşağıdaki cədvələ nəzər yetirsək, "Komanda 2" sırasında, 4 komanda birinci püşkatma qabına yerləşdirələciyini görəcəksiniz. Bunlar komandalar Afrikada 8-ci, 7-ci, 6-cı və 5-ci sıralamadadır. Bu yerdən əlavə bu komandalar 1,2,3 və 4-cü qruplara ikinci komanda kimi yerləşdirələck püşkarma əsasında. 4 yeni komanda puşkatma qabına girəcək və 5,6,7 və 8-ci qruplarında yerləşdiriləcək. Bu prosses 16 qrupun hər birinə 6 komanda seçilənə qədər davam edəcək.

Bu sistem deterministikdir, biz güclü qitələrdən bütün komandaları eyni qrupda toplaya bilmərik. Amma eyni zamanda biz püşkatmalarda təsadüfi hallar da edəcəyik ki, Qitə Kuboklarında iştirak edən komandaların menecerləri tutduqları yerə görə DÇ qruplarındakı yerlərini təyin edə bilməsin. Bu DÇ daha rahat qrupa düçmık üçün suni şəkildə komandalarının uduzdurmaqlarının qarşısını alacaq. Və bu həmçinin canlı püşkatmanı daha da əyləncəli edəcək.


Qrup Komanda 1 Komanda 2 Komanda 3 Komanda 4 Komanda 5 Komanda 6
1 AV#1 AFR#8
POT#1
AME#9
POT#5
ASO#16
POT#9
AV#17
POT#13
W#11
POT#17
2 AV#2 AFR#7
POT#1
AME#10
POT#5
ASO#15
POT#9
AV#18
POT#13
W#10
POT#17
3 AV#3 AFR#6
POT#1
AME#11
POT#5
ASO#14
POT#9
AV#19
POT#13
W#9
POT#17
4 AV#4 AFR#5
POT#1
AME#12
POT#5
ASO#13
POT#9
AV#20
POT#13
W#8
POT#17
5 AV#5 AFR#4
POT#2
AME#13
POT#6
ASO#12
POT#10
AV#21
POT#14
W#7
POT#18
6 AV#6 AFR#3
POT#2
AME#14
POT#6
ASO#11
POT#10
AV#22
POT#14
W#6
POT#18
7 AV#7 AFR#2
POT#2
AME#15
POT#6
ASO#10
POT#10
AV#23
POT#14
W#5
POT#18
8 AV#8 AFR#1
POT#2
AME#16
POT#6
ASO#9
POT#10
AV#24
POT#14
W#4
POT#18
9 AME#1 ASO#8
POT#3
AME#17
POT#7
AV#16
POT#11
AV#25
POT#15
W#3
POT#19
10 AME#2 ASO#7
POT#3
AME#18
POT#7
AV#15
POT#11
AV#26
POT#15
W#2
POT#19
11 AME#3 ASO#6
POT#3
AME#19
POT#7
AV#14
POT#11
AV#27
POT#15
W#1
POT#19
12 AME#4 ASO#5
POT#3
AME#20
POT#7
AV#13
POT#11
AV#28
POT#15
ASO#21
POT#19
13 AME#5 ASO#4
POT#4
AFR#9
POT#8
AV#12
POT#12
AV#29
POT#16
ASO#20
POT#20
14 AME#6 ASO#3
POT#4
AFR#10
POT#8
AV#11
POT#12
AV#30
POT#16
ASO#19
POT#20
15 AME#7 ASO#2
POT#4
AFR#11
POT#8
AV#10
POT#12
AV#31
POT#16
ASO#18
POT#20
16 AME#8 ASO#1
POT#4
AFR#12
POT#8
AV#9
POT#12
AV#32
POT#16
ASO#17
POT#20

AV: Avropa
AME: Amerika
AFR: Afrika
ASO: Asiya / Okeaniya
D: Pley-off yeri

Seçkilər

Seçkilər sezonun başlanğıcında, D.Ç finalından iki gün sonra keçirilir. Hər ikinci sezonda siz Əsas Milli və U21 Millinin baş məşqçilərini seçirsiniz. Hər bir məşqçi iki sezonluq seçilir və D.Ç finalından 1 həftə sonra kontraktı bitir. Nəzərinizdə olsun ki, siz səs verə bilmək üçün Hattrick-də ən az 1 sezon oynamlısınız.

Səsvermə hüququ

Seçkidə yalnız bir dəfə səs verə bilərsiniz. Ancaq bu səs yekun hesablamada əlavə ağırlıq qazana bilər. Bu səsvermə sistemi oyuna olan bağlılığı mükafatlandırır, amma bunun əsas səbəbi seçkiləri manipulyasiya etməyi çətinləşdirməkdir.

Yerli bir istifadəçisinizsə, oyunda 1 mövsüm sonra ilk səsinizi alırsınız. Oyunda 5 mövsümdən sonra ikincisini, 10 mövsümdən sonra üçüncüsünü və 15 mövsümdən sonra dördüncü səs haqqını qazanırsınız. Yerli komandalar bu şəkildə cəmi 4 səs toplaya bilərlər.

Başqa bir liqada (Hattrick International istisna olmaqla) əlavə bir komandanız varsa, ilk səsinizi iki mövsümdən sonra, 10 mövsümdən sonra ikinci və son əsas səsinizi alırsınız.

Bütün istifadəçilər, komanda idarəçiliyinin nə qədər aktiv olmasından asılı olaraq iki səsə qədər səs alırlar. Bunların manipulyasiyasını çətinləşdirmək üçün necə işlədiyini tam olaraq izah etməyəcəyik, ancaq hər hansı bir normal idarə olunan komanda üçün əldə edilməsi çox asan, lakin saxta komandalar dəstəyi saxlayırsınızsa əldə etmək çox yorucu olacaq şəkildə dizayn edilmişdir. Nəzərə alın ki, bir istifadəçi olaraq, səsinizin tam ağırlığını görməyəcəksiniz, sadəcə sistemin arxasındakı prinsipləri izah edəcəyik.

Milli komandaların heyəti

Milli komandanın məşqçisi, 26 oyunçunu (real istifadəçilər olan komandalardan) milliyə dəvət edir. U21 Millinin oyunçularının ən azı 19 yaşı, Əsas Milli komandanın oyunçularının isə 22 yaşı olmalıdır. Məşqçi oyunçunu komandaya seçən kimi, oyunçu haqqında bütün məlumatları sizin gördüyünüz kimi görə bilir.

Hər bir milli komandanın qitə kuboku və DÇ öncəsi öz düzülüş təcrübəsi var. Milli komandaların məşqçilərinin hansı 6 düzülüş təcrübəsinin "üstün" səviyyədə olmasına qərar verməsi üçün 1 həftə vaxtı var və geri qalan düzülüşlər zəif təcrübə ilə başlayacaq. Bu düzülüş seçimi üçün iki müddət var: birincisi seçkilərdə qalib gəldikdən Komanda Ruhu və Komanda Güvənliyi yenilənən günə, qitə çempionatlarının ilk matçına kimi mümkündür. İkincisi isə 12-ci həftədən 13-cü həftədə Komanda Ruhu və Komanda Güvənliyi sıfırlana kimi mümkündür.
Nəzərə alın ki, Milli/U21 komandalar üçün gündəlik yenilənmə hər gün səhər saat 03:00-da baş verir.

Milli komandanın oyunçusuna sahib olmaq

Əgər sizin komandanızın heyətindəki oyunçu eyni vaxtda Milli Komandanın üzvüdürsə bu sizin komanda da oynama problemi yaratmayacaq çümki, klub oyunları ilə millinin oyunları müxtəlif günlərdə baş tutur. Milli komandadakı oyunlar oyunçunuza heç bir məşq yararı verməyəcək. Xatırladaq ki, oyunçu milli komanda da oynayarkən zədələnmə riski də var.

Əgər sizin komandanızın oyunçusu milli üçün oynamağa başlayarsa bunun sizin klub üçün bir neçə üstünlükləri var:

- Milli oyunçunun maaşının 33% və ya 40% endirilir. Müvafiq olaraq faiz dərəcələri oyunçunun xarici liqada və ya ana vətəni olan liqada oynamasına görə dəyişir.

- Oyunçunuz çox təcrübə qazanır. Oyunçunuzun təcrübə qazanma səviyyəsi keçirdiyi oyunlara görə dəyişir. Misal olaraq azalan qaydada DÇ-da Yarımfinal və Final oyunları, DÇ oyunları, Qitə Kubokunda 1/4, Yarımfinal və Final, Qitə Kuboku oyunları, Millətlər Kuboku və yoldaşlıq görüşlərində oyunçular təcrübə qazanır.

- Əgər oyunçunuz milli oyun vaxtında zədələnərsə, klub təzminat olaraq oyunçunun maaşının 100% hissəsini zədəli olduğu müddətdə geri alır. Bu oyunçu maaşına endirimdən əlavə olaraq edilir.

Milli komandaların yoldaşlıq matçlarında zədələr olmur.

Qeyd edək ki, milli komandanı sarsıtmaq üçün siz millinin oyunçu və ya oyunçularına təxribat tərtib etməyin. Çünku belə bir hal olası halda, milli komandanın Administratorları son əlac olaraq təxribata uğramış oyunçuları, transfer siyahısına çıxartmaq hüququna malikdirlər.


Vəzifəyə namizəd olmağı düşünürsünüzsə və ya daha çox məlumat əldə etmək istəyirsinizsə, milli komandalar üçün qaydaları oxumağı məsləhət görürük.

Dünya Çempionatı Cədvəli - Sezon 1

Hft B.E Ç.A Çər C.A B.A B
1 Seçkilər Səsvermə Seçkilər Səsvermə Seçkilər Səsvermə Seçkilər Səsvermə Seçkilər Səsvermə/Canlı püşkatma
/Yoldaşlıq Görüşləri
Seçkilər Səsvermə Seçkilər Səsvermə
2 Seçkilər
Nəticələr
- - - Yoldaşlıq Görüşləri - -
3 - - K.R./K.G. Sıfırlanması 100% sıfırlanır - Q.Ç Matç 1 - -
4 Q.Ç Matç 2 - - - Q.Ç Matç 3 - -
5 Q.Ç Matç 4 - - - Q.Ç Matç 5 - -
6 - - - - Q.Ç Matç 6 - -
7 - - - - Q.Ç Matç 7 - -
8 - - - - Q.Ç Matç 8 - -
9 - - - - Q.Ç Matç 9 - -
10 - - - - Q.Ç Matç 10 - -
11 - - - - Q.Ç 1/4 Final - K.R./K.G. Sıfırlanması 100% sıfırlanır
(Yalnız Pley-off)
12 Q.Ç Yarım FinalW Matç 1 - - - Q.Ç FinalW Matç 2 - Canlı püşkatma
13 - - K.R./K.G. Sıfırlanması 100% sıfırlanır - D.Ç. M1 Matç 1 - -
14 D.Ç. M1 Matç 2 - - - D.Ç. M1 Matç 3 - -
15 - - - - D.Ç. M1 Matç 4 - -
16 - - - - D.Ç. M1 Matç 5 - -

Dünya Çempionatı Cədvəli - Sezon

Hft B.E Ç.A Çər C.A B.A B
1 - - - - D.Ç. M1 Matç 6 - -
2 - - - - D.Ç. M1 Matç 7 - -
3 - - - - D.Ç. M1 Matç 8 - -
4 - - - - D.Ç. M1 Matç 9 - -
5 - - - - D.Ç. M1 Matç 10 - -
6 - - K.R./K.G. Sıfırlanması 80% sıfırlanır - D.Ç. M2 Matç 1 - -
7 D.Ç. M2 Matç 2 - - - D.Ç. M2 Matç 3 - -
8 D.Ç. M2 Matç 4 - - - D.Ç. M2 Matç 5 - -
9 - - - - D.Ç. M2 Matç 6 - -
10 - - K.R./K.G. Sıfırlanması60% sıfırlanır - D.Ç. M3 Matç 1 - -
11 D.Ç. M3 Matç 2 - - - D.Ç. M3 Matç 3 - -
12 - - K.R./K.G. Sıfırlanması 40% sıfırlanır - D.Ç. M4 Matç 1 - -
13 D.Ç. M4 Matç 2 - - D.Ç. M4 Matç 3 - -
14 - - - - D.Ç. M5 Matç 1 - -
15 D.Ç. M5 Matç 2 - - - D.Ç. M5 Matç 3 - -
16 D.Ç. Yarım Final - - D.Ç. Final - -

Q.Ç.: Qitə Çempionatı
D.Ç.: Dünya Çempionatı
D.: Pley-off
K.R.: Komanda Ruhu
K.G.: Komanda Güvənliyi

Hattrick Masters

Hattrick Masters ölkə çempionları və kubokun qaliblərinin iştirak etdiyi beynəlxalq turnirdir. Turnir 4 həftə davam edir və ölkə çempionatının 4-cü həftəsindən sonra başlayır. Oyunlar bazar ertəsi saat 16:00-da, cümə axşamı isə saat 20:00-da başlayır.

Təqvim

Masters-də 256 komanda iştirakə edə bilər və oyunlar ard-arda 8 mərhələdə oynanılır. Hər mərhələ üçün püşk tamamilə təsadüfi olur, və matçlar neytral meydançalarda oynanılır.

Əgər birinci mərhələ üçün komanda sayı az olarsa, təsadüfi şəkildə ikinci mərhələdən etibarən oynamaq üçün komandalar seçilir. Komanda sahibini itirərsə və yaxud dəyişərsə, o Mastersdən kənarlaşdırılır. Bir komanda həm ölkə kubokunun qalibi, həm də ölkə çempionu olarsa, Mastersdə həmin ölkəni sadəcə o komanda təmsil edəcək.

Turnirin xüsusi qaydaları

Masters oyunları üçün aşağıdakı qaydalar təyin edilmişdir:

Vərəqələr və zədələr: Vərəqələr nəzərə alınmır (qırmızı vərəqə alan oyunçu, təbii ki oyundan xaric edilir), lakin zədələr zədə kimi qalır.

Komanda Davranışı: “Mövsümün Oyunu” (MO) və “Sakit Oyna” (SO) komanda ruhunda dəyişiklik edir, lakin normal oyundakı kimi güclü dəyişiklik hiss edilmir. Komandanın əhval-ruhiyyəasi oyun vaxtı normal oyunlardakı kimidir.

Məşqlər: Masters oyunları oyunçuların məşqinə təsir etmir.

Masters oyunları əldə edilən gəlir

Əldə edilən gəlir ev sahibi və qonaq komanda arasında bərabər bölüşdürülür. Aşağıda göstərildiyi kimi, ən yaxşı komandalar həmçinin pul mükafatı alırlar.

Kubokda yüksək nəticə göstərən komandalar müəyyən miqdarda pul mükafatı alırlar. Hattrick Masters qalibi 800 000 US$, finaliçı 400 000 US$ və yarım finalda uduzan komandalar 200 000 US$ alır. ¼ finalda uduzanların hər biri 100 000 US$ və 1/16 uduzan hər bir komanda 50 000 US$ mükafat alır.

Əlavə klub

Supporter Platinum ilə sizin əlavə klubu idarə etməyinizə imkan var. Siz bu klubu fərdi idarə edirsiz, ilk klubunuzu idarə etdiyiniz kimi, və bu o mənaya gəlir ki, əlavə klubun öz ayrı oyunçu heyəti, meydançası, maliyyəsi, gənclər komandası və sayr var.

Əlavə klub açmaq

Siz istənilən vaxt əlavə klub aça bilərsiz. Sizin əlavə klub ya əsas klubunuz olan eyni ölkədə və ya əgər digər ölkədə yer varsa orda oynaya bilər.

Əlavə klub müəyyən ilkin məbləğlə başlayacaq (digər yeni klublar kimi), amma sahiblər menecer lisenziyasını etməyəcək.

Ümumi qaydalar

Sizin iki əlavə klubunuz ola bilər.

Siz klublarınız arasında heç bir transfer edə bilməzsiz və ya oyunçu ala bilməzsiz əgər digər komanda bu oyunçuya görə ana klubu və ya əvvəlki klub mükafatı alacaqsa.

Eyni ölkədə olan əlavə klub

Sizin əsas və əlavə klublarınız nə eyni liqada, nə seçmə mərhələdə, nə də kubokda bir-biri ilə oynaya bilməzlər (final mərhələsini çıxmaq şərti ilə). Hər iki klub eyni divizionda oynaya bilər, amma müxtəlif liqalarda.

Qeyri-mümkün kimi görsənsə də, əgər eyni istifadəçinin üç klubu yarımfinallara vəsiqə əldə edərsə, o zaman klublardan biri digəri ilə bu mərhələdə qarşılaşa bilər.

Əgər bir komanda yüksək liqada artıq çıxış edirsə, və digər komanda yüksək liqaya çıxmaq şansı əldə edirsə, bu klub yüksək liqaya çıxa bilməyəcək. Bunun əvəzinə yüksək liqadan aşağı düşən komandalardan ən yüksək reytinqli olan bu şansdan yararlanacaq. Bu hadisə kvalifikasiya matçlarından sonra baş verəcək.

Əgər hər iki klub yüksək liqaya eyni mövsümdə qalxarsa, ancaq əsas klub yuxarı qalxacaq.

Digər ölkədə olan əlavə klub

"Xarici" menecerlər üçün əlavə klub yeri üçün nəzərdə tutulan say həmin ölkədə istifadə olunmayan klubların sayından, ölkənin böyüklüyündən və orda oynayan istifadəçi sayından asılıdır.

Klubların minimum 50%-i yerli istifadəçilər üçün saxlanılır. Məsələn 168 komandası olan ölkənin ən azı 84 komandası yerli istifadəçilər üçün saxlanılır (və digər 84 yer isə istənilən menecer, yerli və ya xarici tərəfindən götürülə bilər). Amma əgər ölkənin 90%-i doludursa - yerdə qalan yerlər yerli istifadəçilər üçün saxlanılacaq.

Liqaları dəyişmə pəncərəsində dəyişin

Əlavə klubların liqalarını mövsümlər arası fasilədə dəyişmək mümkündür, amma digər klubunuzun oynadığı liqaya dəyişə bilməzsiniz.

Bayraqlar

Bayraqlar klublarda ayrı-ayrı toplanır, əlavə klubların öz bayraq kolleksiyası var.

Əlavə kluba qarşı oynamaqla həmin ölkənin bayrağını əldə edə bilərsiz, və əlavə klub da öz kolleksiyasında sizin bayrağı əldə edəcək.

Nailiyyətlər

Nailiyyətlər menecer tərəfindən qazanılır, və nailiyyətlər hər istifadəçi üçün yaddaşda saxlanılır (hər klub üçün yox).

Seçkilərdə səsvermə

Siz əlavə klubunuzun olduğu ölkənin (HT International xaric) milli komanda seçkilərində ilk səs vermə haqqınızı iki sezondan sonra və ikinci və final səs vermə haqqınızı isə 10 sezondan sonra əldə edəcəksiniz.

Bankrotluq

Əgər sizin əsas klubunuz bankrot olarsa, siz əlavə klubunuzu da itirəcəksiz.

Əgər sizin əlavə klubunuz bankrot olarsa, əlavə klubunuzu açdığınız tarixdən 16 həftə sonra yenisini əldə edə bilərsiz (əgər sizin əlavə klubunuz 16 həftədən daha çox mövcuddursa, o zaman yeni klubu dərhal aça bilərsiz).

Əlavə klubu bağla

Siz əlavə klubu istənilən anda bağlaya bilərsiniz. Amma əgər siz əlavə klubu bağlasanız, siz ən azı ilk əlavə klubunuzun açıldığı tarixdən 16 həftə sonra yenisini aça bilərsiz. Qeyd: Bağlamaq istəiyiniz əlavə klubunuzda Transfer siyahısında oyunçunuz varsa əlavə klubunuzu bağlaya bilmərsiniz.

Platinum üzvlüyünün bitməsi

Əgər sizin Platin üzvlüyünüz, əlavə klub lisenziyanız və ya Almaz üzvlüyünüz bitərsə, siz əlavə klubunuzun bir həftə daha meneceri ola bilərsiz, amma siz onu idarə edə bilməyəcəksiz. Bitdikdən 7 həftə sonra, sistem sizin əlavə klubunuzla əlaqəni dayandıracaq. Əgər siz bu müddət ərzində yenidən Platin, əlavə klub lisenziyası və ya Almaz üzvlük alarsızsa, o zaman əlavə klubunuza yenidən daxil ola bilərsiniz. Əgər almasanız, o zaman klubunuz sahibsiz olacaq və ona yenidən geri dönə bilməyəcəksiniz.

 
Server 071